“Masallı Rayon Telekommunikasiya Qovşağında baş verən partlayışın təfərrüatları barədə hələlik heç bir məlumat yoxdur. Yəqin ki, araşdırmalar nəticəsində hadisənin səbəbləri bəlli olacaq”. Bunu hadisə yerində jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının hadisə yerində çalışdıqlarını, onlar işlərini tamamlayandan sonra təmir-bərpa işlərinə başlanacağını deyib.

Nazir partlayış nəticəsində 24500 abonentin rabitəsiz qaldığını bildirib: “Bizim üçün əsas insan amilidir. Qalan problemlər aradan qaldırılacaq, öz qüvvəmizlə binanı bərpa edəcəyik”.