3 sonuçtan 1 ile 3 arası

"Microsoft"un vitse-prezidenti İlham eliyevle görüşüb

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    "Microsoft"un vitse-prezidenti İlham eliyevle görüşüb

    KREYQ MANDİ "WİNDOWS XP" PROQRAMININ AZƏRBAYCAN DİLİNDƏ VERSİYASININ İLK DİSKİNİ DÖVLƏT BAŞÇISINA TƏQDİM EDİB

    Dünən prezident İlham Əliyev "Microsoft" şirkətinin baş vitse-prezidenti Kreyq Mandinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı "Microsoft" şirkətinin prezidenti Bill Qeyts və baş vitse-prezident Kreyq Mandi ilə İsveçrədə keçirdiyi görüşü xatırladıb. İlham Əliyev bu görüş zamanı ölkəmizin "Microsoft" şirkəti ilə əməkdaşlığının konkret istiqamətlərinin müzakirə olunduğunu bildirib. O, hazırda Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına böyük diqqət yetirildiyini deyib və bu baxımdan "Microsoft" şirkəti ilə əlaqələrin genişləndirilməsinin faydalı olacağına əminliyini söyləyib. Kreyq Mandi "Microsoft" şirkətinin prezidenti Bill Qeytsin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq səfər çərçivəsində səmərəli görüşlər keçirdiyini bildirib: "Sizinlə keçirdiyimiz ilk görüş məndə və "Microsoft" şirkətinin prezidenti Bill Qeytsdə çox yaxşı təəssürat yaradıb. Görüş zamanı hiss etdik ki, siz qlobal baxışlara malik lidersiniz. Görüşdə bildirmişdiniz ki, siz enerjinin inkişafına söykənən cəmiyyətdən biliyə arxalanan cəmiyyətə keçməyi fikirləşirsiniz. Bu, ölkənizin gələcəyi baxımından çox önəmlidir". Görüşün sonunda Kreyq Mandi "Microsoft" şirkətinin Azərbaycan üzrə birinci məhsulu olan "Windows XP" proqramının Azərbaycan dilində versiyasının ilk diskini və Bill Qeytsin şəxsən dövlətimizin başçısına göndərdiyi kitabı İlham Əliyevə təqdim edib.


    525-ci qəzet
    [
    Ya da
    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    türkiye,malatya
    Mesajlar
    8

    evet işte

    evet işte bu azeri kardeslerimiz acısından süper olmus

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485
    SAtisa Cixan kimi alacam

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.