Bakının Qaradağ rayonunda yeləşən “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, yanğın saat 10.00 radələrində ticarət mərkəzinin ticarət obyektləri olmayan 12-ci sırasında baş verib. Hadisə yerinə 2 yanğınsöndürən maşın gəlib.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESSS-ə verilən məlumata görə, hazırda yanğın tam nəzarətə alınıb və alovun digər sıralara keçməsinin qarşısı alınıb.

Hadisənin nə səbəbdən baş verməsi məlum deyil. ANSPRESS