Naxçıvanlı aviatorlar peşe bayramlarını qeyd etdiler
Naxçıvanda ilk hava limanı Heydər Əliyevin təşəbbüsü və bilavasitə köməyi sayəsində 1976-cı ildə istifadəyə verilib.
1992-ci ildə isə onun səyi ilə yenidən qurulub. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Beynəlxalq Hava Limanının akt zalında aviatorların peşə bayramı münasibətilə düzənlənən tədbirində deyilib. Muxtar Respublikada ilk mülki aviasiyanın yaranması tarixindən danışan hava limanının direktoru İlqar Vəliyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin göstərişi ilə 2006-cı ilin yanvar ayından etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan sərnişin təyyarələrinin sayı 4-dən 6-ya çatdırılıb. Onun sözlərinə görə, hazırda Naxçıvan Muxtar Respublikası Beynəlxalq Hava Limanından gün ərzində Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə 1, həftənin I-V günü Moskva-Naxçıvan-Moskva marşrutu üzrə 2 reys yerinə yetirilir. Tədbirdə çıxış edən hava limanının əməkdaşları Müzəffər Zeynalov, Sabir Hüseynov, İman Quliyev peşə bayramı münasibətilə həmkarlarını təbrik etməklə yanaşı, onlara göstərilən qayğı müqabilində sərnişinlərə bundan sonra da yüksək səviyyədə xidmət göstərməyin vacibliyini vurğulayıblar.
Yer imleri