2 sonuçtan 1 ile 2 arası

"Kəlilə və Dimnə"nin hikməti, Ramazanın bərəkəti

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    "Kəlilə və Dimnə"nin hikməti, Ramazanın bərəkəti

    Artıq Ramazan ayı yarıya çatdı. Arxada qalan günlərin bərəkətindən faydalananlar mizanlarının savab gözünü xeyli ağırlaşdırdılar. Faydalanmayanların isə irəlidə hələ yarım ay vaxtları var. Hələ çox şey itirilməyib, zərərin harasından qayıtsan xeyirdir. Gəlin biz də Ramazanın bərəkətindən faydalananların sırasına qoşulaq. Sizi bilmirəm mən, ötən yazımda bildirdiyim kimi, “Kəlilə və Dimnə”ni mütaliə etməklə baqajıma yeni hikmətlər əlavə etməyə çalışıram. Oradakı hekayətləri təfsilatı ilə oxucularıma çatdırmaq imkanım olmasa da, hikmətli ifadələrin bir qismini bu guşəmdə yaza bilərəm. Elə isə gəlin davam edək.

    - Düşmənə o qədər güzəştə get ki, işini yola verəsən, o qədər güzəştə getmə ki, qorxaq hesab edilib hərifi qudurdasan.

    - Kim acizlik göstərsə, xeyir qapıları onun üzünə bağlanar, onun düşündüyü tədbirlərin, görmək istədiyi işlərin qarşısına böyük sədlər çəkilər.

    - Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdadır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.

    - Düzgün rəylər, deyilmişləri nəzərdən keçirib deyilməmişləri dərk etmək yolu ilə meydana çıxar.

    - Kimin qüvvətli iradəsi, ağıllı məşvərətçiləri varsa, xoşbəxtdir, o, birincinin vasitəsilə zəfər çalar, ikincinin köməyilə xətərin qarşısını alar.

    - Vəzir və vəkillərdən, məşvərətçi və məsləhətçilərdən kim öz şahına bu cür xidmət edib həqiqəti ortaya çıxarmağa səy göstərməsə, o düşmən hesab edilməlidir.

    - Xoşbəxtlik-zəhmət və iradə, əmək və səy nəticəsində əldə edilir.

    - Bu dünyada insan üçün doğru sözdən, düzgün əməldən daha qiymətli heç bir dövlət, heç bir dost ola bilməz. Ağıllı adam bu dünyanın malına bel bağlamamalı və əbədi yaşaya biləcək qayələr uğrunda çalışmalıdır.

    - Od özünün isti və yandırıcı olmasına baxmayaraq bir ağacın üstünə düşsə, nə qədər çox yandırsa, yer üzərində olan hissəsindən artıq yandıra bilməz, halbuki, su özünün soyuq və söndürücü olmasına baxmayaraq ən böyük və zorba ağacları kökündən qoparıb apara bilər. Dörd şey az olsa belə, yenə onları çox hesab etmək lazımdır: yanğın, xəstəlik, düşmən və borc...

    - Əgər iki adam böyük bir arzuya nail olmaq istəsə - mürüvvətdə üstün olanı qalib gələr; mürüvvətdə bərabər olsalar - iradədə üstün olan qələbə çalar; iradədə bərabər olsalar - köməkçi və dostları çox olan qabağa düşər; əgər bu cəhətdən də aralarında fərq olmasa- o zaman taleyi uğurlu, bəxti güclü olan aparar.

    - Ölkənin varlığı və dövlətin yaşaması kamil əql, tükənməz iradə, düzgün məsləhət və kəskin qılıncsız mümkün deyil.

    - Ağıl meydanında piyada, təcrübə aləmində naşı olanın qazandığı çox tez əlindən çıxar. Ona peşmançılıq və təəssüfdən başqa heç bir şey qalmaz.

    - Xoşbəxtliyi əldə etmək və nemətlərə yiyələnməkdən iki adam daha çox məhrum olar: birincisi, heç kəsə inanmayan və hikmət sahiblərinin sözünə qulaq asmayan, ikincisi, heç kəsin inanmadığı və hikmət sahiblərinin etibar etmədiyi.

    - Zülmdən əl çəkə bilməyən, əfv edib bağışlamaqda əli olmayan adam yaxşı ad qazanmaq nemətindən məhrum olar və mərd adamlar içərisində üzü-qara hesab edilər.

    - Hikmət sahibləri valideyinləri - dostlara, qardaşı - yoldaşa, arvadı - sirdaşa oxşadırlar; qohumu- borc alanlara, qızı - səfərə çıxanlara, oğlu isə varis qalanlara bənzədirlər.

    - Gözü ağrıyan adam gözünü günəşə və ya küləyə tərəf çevirsə, onun bu qəhrəmanlığı yalnız korluqla nəticələnə bilər.

    - Yemək- içməyinin həddini bilməyən və ya mədəsinin həzm edə biləcəyindən çox yeyən, tikəsini boğazından keçməyəcək qədər böyük götürən adamı öz qənimi hesab etmək lazımdır.

    - Beş xasiyyəti olan ac qalmaz, hara getsə məqsədinə çatar, yadlar dost olar, qürbət- vətən. Bu beş xasiyyət bunlardır: mərdimazarlıq etməmək, şübhəli işlərlə məşğul olmamaq, əxlaq qaydalarına riayət etmək, xeyirxahlıq göstərmək, adət və ənənələri pozmamaq.

    ”Kəlilə və Dimnə”nin yeni hikmətləri ilə gələn həftə görüşənədək.

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: "Kəlilə və Dimnə"nin hikməti, Ramazanın bərəkəti

    Deyerli melumatina gore tesekkurler. Allah butun oruc tutanlarin orucunu qebul etsin ichinde forumda oruc tutan userlerimiz olmaqla AMİN

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.