2 sonuçtan 1 ile 2 arası

Dibçəyə əkilmiş çinar kimiyəm

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Dibçəyə əkilmiş çinar kimiyəm

    Dünən Füzulinin və Cəbrayılın işğal günü idi. Amma getmədim. O rayonlardan sovrulub Bakının küçələrinə töküldüymüz ilk illərdə hər il dünənki günü məlum yerdə toplaşır, dərdləşir, olan-qalandan danışırdıq, amma illər keçdikcə Sabirin o məşhur sözünü özümə şamil eləməyə başladım: “Ağladıqca kişi qeyrətsiz olur”. Özümdən utanmağa başladım, istədiyim nədir yəni, yasamı gəlmişəm, görüşəmi? Dərdin var, get bir yerdə otur çək də. Mən duyğuların, ağrıların kollektiv yaşanmasına inanmıram. Dərdi olan dərdin çəkər, biz dərdimizlə şəkil çəkdiririk.

    Üzə deyilməsə də, arxada çox deyilib: “Torpaqlarını verib, gəlib Bakıda adam olublar”. Yanımda başqası haqqında söylənsə də, o sözü tamamilə öz üstümə götürmüşəm, özümə aid eləmişəm. Nə fərqi var axı, o, ya mən? Ağrı çəkənin, dərd götürənindir. Doğrudur, nə köçkün statusum var, nə də hər hansı imtiyazım, amma doğulduğun torpağa, oynadığın həyət-bacaya, atanın məzarına gedə bilmirsənsə, kim olursan-ol... Mənliyi olan və o torpaqlardan məhrum qalmış hər bir kişi dibçəyə əkilmiş çinar fidanı kimidir. Mən çinar fidanıyam, dibçəyə əkilmişəm, elə bilirəm ki, bu 17 ildə bir arpa boyu qədər uzanmamışam, yarpaq açmamışam, böyüməmişəm. Yaşlanmamışam, əskimişəm, köhnəlmişəm; qocalmamışam, nimdaş olmuşam...

    Hərdən üzümü ovcuma alıb bir tərəfdə büzüşür, o kənd-kəsəyə qayıdıram. Kimlər gözümün qabağına gəlir, İlahi! Qarış-quruş Bəhrəm, Privet Mustafa, dəllək Qüdülüş... Ölənlər, ölməyənlər bir-bir gözlərim önündən keçir. Nə qədər səmimi, nə qədər təbii adamlar idilər.

    Bakıda yeddi il tələbə oldum, Bakıda yeddi dəfə baş qırxdırmadım. Uşaqlar zarafatla deyirdilər ki, milyoner başını 3 manata qırxdırır. Əli 13 manata. Yalan da demirdilər, qatarla 6 manat o başa, 6 manat bu başa, bir manat da Qüdülüşə. Yastı-yastı, şirin-şirin danışmağı vardı Qüdülüşün, kəndin ağsaqqallarının siyahısını tutmuşdu, bu gün kimin üzü, başı qırxılmalıdır. İndi deyirlər, Zabrat tərəfdə haradasa bir budkası var. Sağlığınıza daha mənim də başımda Qüdülüşlük bir şey qalmayıb.

    İllər ötür, o qanlı-qadalı günlər, üzünün qanı torpağa yapışmış o qəhrəman oğullar aybaay, günbəgün bizdən uzaqlaşır. Ad çəkməyə qorxuram, qorxuram ki, birisini unudub qəlbini qırım. O qədər fədakar, ürəkli oğullar idilər ki! Allah hamısına rəhmət eləsin!

    Bəlkə də bu 17 ildə qoyub gəldiyim o torpaqlar haqqında yazdığım ilk elegiyadır bu. Əslində yazmağa niyyətim də yox idi, bir agentlikdən Vüqar adında tanımadığım gənc bir əməkdaş zəng edib israrla yazı istədi. Mənim üçün hər ağrıdan yazı çıxmır, bəzi mövzuları yazırsan, bəzi mövzuları ağlayırsan. Mən Cəbrayıl mövzusunu hər dəfə ağlayıb içimə yazmışam. Bu dəfə də hələ tanımadığım o Vüqar qardaşımızın təşviqi ilə özümdən bir neçə sətir oğurlamaq istədim.

    Bəlkə də ona görə yaza bildim ki, başımıza gələnlərdən artıq fərqli qənaətlər çıxarmağa başlamışam. Bilmirəm, bir daha o yerlərə dönmək mənə nəsib olacaq, ya yox. Amma bildiyim bir şey var ki, bu hadisələr bizim üçün çox ciddi bir imtahandır.

    Allah-Təala Qurani-Kərimdə buyurur ki, əgər bir toplum öz niyyətini, istiqamətini düzəltməzsə, yəni haqqa doğru yönəlməzsə, Allah-Təala o toplumun səmtini xeyrə çevirməz.

    Şəhidlik ölümün zirvəsidir. Allah-Təala bu üzüqara quluna şəhidlik nəsib eləsin. Amma şəhid ola bilmək üçün öncə cihad ruhu, şəhidlik anlayışı lazımdır. Ölüm gerçəyi hər birimizlə üz-üzə, göz-gözədir, zamanı yetdimi, bir andaca ley kimi qapıb aparacaq. Amma bu ölüm məsələsi kiminə ayrılıqdırsa, kiminə də təsəllidir. Heç bu mənzərəni göz önünə gətirə bilirsinizmi?:

    Bir qoca uşağa baxıb düşünür: “Eh, hələ bunun qarşısında nə qədər çətin yollar var, bu dünyanın nə qədər dərdini-sərini çəkəcək, bizim yaşımıza yetişəcəkmi görəsən? Dirigözlü gor evinə gedə biləcəkmi?” Sonra da qəlbində dua edir: “Allah köməyin olsun, balaca. Biz heç, biz artıq ömür deyilən bu yükü birtəhər soyub quyruğuna gətirdik, sən gör nələr çəkirsən”.

    Uşaq da qocaya baxıb təxminən belə düşünür: “Yazıq qoca gözləri görmür, qulaqları eşitmir, bu gün-sabahlıqdır. Bu işıqlı dünyadan köçüb qaranlıq bir qəbirə girəcək”.

    Mən indi özümü təxminən o qocanın yerində görürəm. Bu söhbəti də ona görə danışdım ki, həqiqətə hər kəs durduğu yerdən baxır və gördüyündən də qənaət çıxarır. Üç il, beş il deyil, o yurddan qopduğumuz 17 ili də ötdü. O bayatıda deyildiyi kimi,

    Bir gününə dözməzdik,

    Olduq illər ayrısı.

    Yerliçilik, o rayondan, bu kənddən, filan məhlədən... Mənim üçün o qədər bəsit və iyrənc söhbətlərdir ki, bu barədə heç danışmaq istəmirəm. Amma etiraf edim ki, Cəbrayılın hansısa kəndindən bir adama rast gələndə saxlayıb 3-5 dəqiqə danışdırmaq, hal-əhval tutmaq istəyirəm. İstəyirəm ki, o kənd adlarını, o yoxuşları, o adamların danışığındakı mənə doğma olan o ləhcəni yaddaşımda, ruhumda yeniləyim, möhkəmləndirim. Yəni bu mənada hər cəbrayıllı mənim üçün bir ovuc yovşan qoxulu torpaq kimidir.

    Bəlkə də dostların gözü axtardı, “Əli bu il gəlmədi” dedilər. Nə deyirlər, desinlər, elə bilirəm ki, duyğularımı, ağrılarımı başa düşəcəklər...

    Mən bir çinar fidanıyam, dibçəyə əkilmişəm.

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Dibçəyə əkilmiş çinar kimiyəm

    Allah-Təala Qurani-Kərimdə buyurur ki, əgər bir toplum öz niyyətini, istiqamətini düzəltməzsə, yəni haqqa doğru yönəlməzsə, Allah-Təala o toplumun səmtini xeyrə çevirməz.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.