Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində itki veriblər.
Həlak olan hərbçi sıravi Anuşavan Kirakosyandır. Erməni hərbçi iyunun 16-da baş vermiş atışmada öldürülüb.
Qeyd edək ki, cəbhənin Füzuli istiqamətində ermənilərin atəşkəs rejiminin pozması nəticəsində Azərbaycan ordusu da bir əsgərini itirib. Şəki rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Xan Səfər oğlu Əsgərov ermənilərin açdığı atəş nəticəsində şəhid olub.