Azərbaycan və Türkiyə silah istehsalını həyata keçirən birgə şirkət yaradacaq.
Hazırda şirkətin hansı istiqamətlər üzrə fəaliyyət göstərməsi, struktru müzakirə olunur. Türkiyə tərəfdən Makina və Kimya Qurumunun paya malik olacağı bu şirkət Azərbaycan tərəfinin iştirakı ilə Bakıda ilkin mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin tələbatını nəzərə alaraq bəzi atıcı silahların istehsalını həyata keçirəcək. Sonrakı mərhələdə döyüş sursatları və artilleriya silahlarının istehsalı da nəzərdə tutulur. Şirkət eyni zamanda həm Türkiyə, həm də Azərbaycan tərəfinin əlaqələrindən istifadə etməklə ixracat da həyata keçirəcək.
Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyənin birgə yaratdığı “Azərsimtel” adlı şirkət mövcuddur. Türkiyənin müdafiə şirkətlərindən isə ASELSAN-ın Azərbaycanda törəmə şirkəti fəaliyyət göstərir.