3 sonuçtan 1 ile 3 arası

Tanınmış jurnalist Mailə Muradxanlı vəfat edib

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Tanınmış jurnalist Mailə Muradxanlı vəfat edib

    Azərbaycanın tanınmış jurnalisti, publisist Mailə Muradxanlı vəfat edib.
    Ağır xəstəlikdən əziyyət çəkən jurnalist bu gecə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində vəfat edib. Mailə Muradxanlı bu gün torpağa tapşırılacaq.
    Qeyd edək ki, ömrünün 48 ilini Azərbaycan mətbuata həsr etmiş Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin əmək fəaliyyətinə başlayıb. Bu telekanalda ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsinə qədər yüksəlib. "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A. Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında səhnələ.dirilib. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətnin müəllifidir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub.
    Son illərdə ANS telekanalında çalışan Mailə Muradxanlı “Zərif çərşənbə” verilişinin aparıcılarından biri idi.
    M. Muradxanlı yazılı mətbuat orqanlarında da müntəzəm məqalələri dərc olunub. O, maraqlı oçerk və publisistik yazıların müəllifidir. M. Muradxanlı tərcümə etdiyi xarici əsərlər də Azərbaycanın teatrlarında səhnələşdirilib.
    M. Muradxanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalistidir.

    Allah rəhmət eləsin!



    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Tanınmış jurnalist Mailə Muradxanlı vəfat edib

    Allah Rahmet Elesin yakınlarına da sabr versin
    HaKKım heLaL,Sewqim haRam oLsun

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Tanınmış jurnalist Mailə Muradxanlı vəfat edib

    Allah Rəhmət etsin.Yeri cənnətlik olsun.Amin
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.