5 sonuçtan 1 ile 5 arası

Polşa prezidenti təyyarə qəzasında həlak oldu

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Polşa prezidenti təyyarə qəzasında həlak oldu

    Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Polşa prezidentinin Smolenskdə qəzaya uğramış təyyarəsinin göyərtəsində 97 nəfər olub.

    97 nəfərdən 89-u Polşa nümayəndə heyətinin üzvüdür.

    Lex Kaçinski Smolenskə 1940-cı ildə Katın meşəsində Sovet hərbçilərinin qətlə yetirdiyi minlərlə polyakın xatirəsinə ucaldılmış kompleksə baş çəkməyə gedirmiş.

    Qəza nəticəsində Kaçinski və xanımı da daxil olmaqla 132 nəfər həlak olub.

    İlkin versiyaya əsasən, qəzaya güclü duman səbəb olub.

    Smolenskin qubernatoru jurnaslitlərə bildirib ki, təyyarə Smolensk aeroportuna yaxınlaşarkən ağaca toxunub və alışıb.

    Lex Kaçinski 2005-ci ildə Polşanın prezidenti seçilmişdi. O, vaxtilə 80-ci illərdə Polşanın «Solidarnost» hərəkatının rəhbəri Lex Valensanın müşaviri olub.

    Kaçinski bir neçə dəfə Azərbaycana da səfər edib. Onun Bakıya sonuncu səfəri 2009-cu ilin iyulunda olmuşdu.








  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Polşa prezidenti təyyarə qəzasında həlak oldu

    Polşada növbədən kənar prezident seçkisi keçiriləcək

    Polşa prezidenti Lex Kaçınskinin təyyarə qəzası nəticəsində həlak olması ilə əlaqədar, ölkədə yeni dövlət başçısının seçilməsi üçün növbədən kənar seçki keçiriləcək. Bu barədə ölkə hökumətinə istinadən “Reuters” agentliyi xəbər verib.

    “Konstitusiya müvafiq olaraq biz növbədən kənar seçkilər keçirməliyik”, - deyə məlumatda bildirilir.

    Prezident seçkisinin təqribi keçirilmə tarixi iki həftə ərzində açıqlanacaq. Seçkilər isə tarix təyin olunan müddətdən iki ay ərzində keçirilməlidir.

    Xatırkadaq ki, Polşa prezidentinin səlahiyyətləri ölkə Seyminin spikeri Bronislav Komorovskiyə keçib. Seym sədrinin dəftərxanasından verilən məlumata görə, hazırda o, Qdanskdan təcili olaraq Varşavaya qayıdır.

    Polşa Konstitusiyasına görə, prezidentin vəfat etdiyi zaman onun səlahiyyətlərini Parlamentin Aşağı palatasının spikerinə keçir. /ANS/

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Polşa prezidenti təyyarə qəzasında həlak oldu

    Rehmet elesin olenlere
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Polşa prezidenti təyyarə qəzasında həlak oldu

    Allah rəhmət eləsin
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Polşa prezidenti təyyarə qəzasında həlak oldu

    Polşada bir həftəlik matəm elan olundu,Allah səbr versin
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.