Bu ilin yayına qədər “Azercell Telekom” və “Bakcell”ə 3G lisenziyası veriləcək.
Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir deyib ki, hazırda “Azercell” və “Bakcell”in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə lisenziya ilə bağlı ünvanladıqları müraciətlərə baxılır. Radiotezliklər İdarəsi də bir neçə sualın aydınlaşdırılmasını istəyir: “İstənilən halda bu proses bu ilin yayına qədər yekunlaşacaq”.