3 sonuçtan 1 ile 3 arası

Azərbaycanlının təsbehləri Ginnesin Rekordlar Kitabına düşəc

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Azərbaycanlının təsbehləri Ginnesin Rekordlar Kitabına düşəc

    Fərhad Babaxanov 81 ölkəni təmsil edən 2400 təsbeh toplayıb.Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı Fərhad Babaxanov dünyanın ən böyük təsbeh kolleksiyası ilə Ginnesin Rekordlar Kitabına düşəcəyi günü gözləyir. Rusiya Turizm İttifaqı sədrinin baş məsləhətçisi vəzifəsində çalışan Babaxanov son 40 ildə minlərlə təsbeh toplayıb. O, bu təsbehlərlə rekord qırmağı düşünür. Babaxanovun topladığı təsbehlər arasında fərqli din və inanclara aid və 81 ölkəni təmsil edən 2400 təsbeh var.Həmin təsbehlərlə evinin divarlarını bəzəyən soydaşımız özünü təsbehsiz təsəvvür etmədiyini deyir.Onun təsbehləri arasında II Papanın ölümüylə bağlı hazırlanan və davamlı olaraq gül ətri verən təsbeh, həmçinin, Məkkədən gətirdiyi 7 kiloqram ağırlığındakı təsbeh var. Bundan başqa, İsrail həbsxanalarında saxlanılan fələstinlilərin Fələstin bayrağı rəngində hazırladığı təsbeh də kolleksiyaya daxildir.
    F.Babaxanov ilk dəfə təsbeh yığmağa 40 il əvvəl Bakıda ali məktəbdə oxuyarkən tələbə yoldaşının atasının İrandan gətirdiyi təsbehləri görəndən sonra başlayıb.“Xüsusən Türkiyə və Suriyada hazırlanan təsbehlərin ustalıq işinə heyran qalıram” – deyə, o bildirib.Rusiya Rekordlar Kitabı tərəfindən “Rusiya və MDB rekordçusu” nişanıyla mükafatlandırılan F.Babaxanovun adının yaxın aylarda Ginnesin Rekordlar Kitabına düşəcəyi gözlənilir.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycanlının təsbehləri Ginnesin Rekordlar Kitabına düşəc

    Ugurlar dileyek
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Azərbaycanlının təsbehləri Ginnesin Rekordlar Kitabına düşəc

    inshallah.ugurlar

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.