2 sonuçtan 1 ile 2 arası

Erməni əsgərlər bir-birini güllələyib

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Erməni əsgərlər bir-birini güllələyib

    Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərin atəşkəsin pozulması nəticəsində ölməsi barədə məlumatı təkzib edirAzərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması və Azərbaycan hərbçiləri tərəfindən bir erməni əsgərinin vurularaq öldürülməsi barədə Ermənistan tərəfinin iddiasını təkzib edib.Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını deyib: “Əldə etdiyimiz məlumatlara görə, Sarkis Voskanyan səngərdə erməni əsgərləri arasında baş verən atışma nəticəsində ölüb. Hadisə zamanı bir erməni əsgəri də ağır yaralanıb. İrəvan mərkəzi hospitalının bir qrup həkimi yaralı əsgəri xilas etmək məqsədilə cəbhə bölgəsinə ezam olunub. Baş vermiş olayla bağlı Ermənistan Hərbi Prokurorluğunda cinayət işi başlanıb, üç nəfər həbs edilib”. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Çinari kəndi yaxınlığında Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində pulemyot bölməsinin komandiri, müqavilə əsasında xidmət edən 29 yaşlı kiçik serjant Sarkis Voskanyanın başından güllə yarası alaraq həlak olduğunu açıqlayıb.
    [

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Erməni əsgərlər bir-birini güllələyib

    SAG OLEE XEBERE GOREE ECCEB EDEIBLERR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.