Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Təzəkənd kənd sakini itkin düşüb.
Bu barədə APA-nın Gürcüstan bürosuna Marneulidə fəaliyyət göstərən Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, fevralın 27-də, axşam saatlarında Sadaxlı kəndində, Gürcüstan-Ermənistan sərhədinə yaxın ərazidə mal-qara otaran A.Abdullayev naməlum şəraitdə yoxa çıxıb. Onun 10 baş iribuynuzlu mal-qarasının və atının da yoxa çıxdığı bildirilib.
S.Mehdiyev deyib ki, A.Abdullayevin yaxınları məlumatı təsdiqləyiblər.
İlkin ehtimala görə, Marneuli sakini ermənilər tərəfindən girov götürülüb