MÜDAFİƏ TEXNOLOGİYASINDAN İSTİFADƏ EDƏN TAVUS KƏPƏNƏYİ



Tavus kəpənəyinin ən maraqlı xüsusiyyətlərindən biri qanadlarını açdığı zaman birdən-birə üzərində göz şəklinin yaranmasıdır. Yaxşı gözlər nəyə görə birdən-birə ortaya çıxır? Bunu bilmək üçün kəpənəyin olduğu məkanı araşdırmaq bəs edir. Kəpənəyin qanadında bir anda meydana çıxan saxta gözlər ətrafda kəpənəyi yeyə biləcək bir quşun olmağına işarədir. Bu saxta gözləri, təhlükənin fərqində olan tavus kəpənəyi düşmənini qorxudub uzaqlaşdırmaq üçün istifadə edir.

Bu təəccüblü müdafiə texnalogiyasının nə qədər təsirli olduğunu öyrənmək üçün Stokolm Universitetinin zooloqu Adrian Vallin və qrupu tavus kəpənəkləri üzərində bir təcrübə aparıblar. Araşdırma qrupu tavus kəpənəklərinin qanadlarındakı saxta gözləri bir vasitə ilə tündləşdirib sərbəst buraxıblar. Nəticədə saxta gözləri tündləşdirilən kəpənəklərin 20-dən 13-nü quşlar yeyib, qanadlarına müdaxilə edilməyən 34 kəpənəkdən isə sadəcə 1-i ovlanıb.

Bu təcrübə kəpənəklərin qorunması üçün olduqca ağıllı şəkildə planlanmış üsuldan istifadə edildiyini göstərir. Aydındır ki, kəpənəklər bu xüsusiyyətlə var olmaq məcburiyyətindədirlər, əks halda növlərinin artımını təmin olunmayacaqdır. Əlbəttə burda bir çox sual meydana çıxır. Kəpənəklər təhlükəni necə hiss ediblər? Saxta gözlərdən istifadə edərək quşları qorxuda biləcəklərini, bunun təsirli müdafiə texnikası olduğunu necə kəşf ediblər?



Bir kəpənəyin düşmənlərini necə uzaqlaşdıracağını fikirləşib tapması, sonra bunu etmək üçün bir müdafiə mexanizmi təkmilləşdirib onu öz bədənində yerləşdirməsi əlbətdə ki mümkün deyil. Bu xüsusiyyətlər kəpənək yarandığı an onunla birlikdə var olmalı və kəpənək bu xüsusiyyətinin necə istifadə edəcəyini də bilməlidir.

Nəticə olaraq ortada, hər vicdanlı insanın etiraf edəcəyi bir həqiqət var: Tavus kəpənəyi bu xüsusiyyətə sahib olaraq bir anda yaradılmışdır. Düşmənlərinə qarşı tətbiq etdiyi bu müdafiə mexanizmi də Allahın ilhamı ilə olur.

Allah yaratdığı canlıları izləyəndir, qoruyandır:

….Sənin Rəbbin hər şeyi hifz edəndir. (Səbə surəsi, 21)
(məqalə harun yahya)

QAYNAQ: FOCUS Jurnalı, Mart 2005