“TƏBİİ SEÇMƏ ŞÜURLU ŞƏKİLDƏ SEÇİM EDƏ BİLİR'' İDDİASI TARİXİN ƏN BÖYÜK YALANLARINDAN BİRİDİR



* Təbiətdə güclü olan növlərin təhlükələrdən qorunaraq həyatda qalması, zəif olanların isə mühit şəraitlərinə və təhlükələrə məğlub olaraq məhv olmasıdır.

*Darvinistlər bunu orqan və toxumalar səviyyəsində izah etməyə çalışırlar. Mutasiyaların olduğunu və mutasiyalar nəticəsində faydalı toxumaların meydana gəlməsini ehtimallar daxilində digər toxumalara görə təbii olaraq seçiləcəyini və bu seçmə nəticəsində həyat üçün uyğun olan toxumalardan uyğun orqanların meydana gələcəyini iddia edirlər.

*Bu mövzuda təsadüf iddiasını rədd edirlər. "Mutasiyalar təsadüfən reallaşır, amma buradakı faydalı nəticəni “təbii seçmə” seçir" deyirlər. Təbii seçmənin sanki çox sayda ehtimal arasından ən faydalı olanını seçməyə qadirmiş kimi göstərməyə çalışırlar.



Bu iddianın əsassızlığını göstərən məqamlar:

*Canlı üçün faydalı olan, onun mövcud strukturunu təkmilləşdirən hər hansı bir mutasiyanın reallaşması qeyri-mümkündür. Mutasiyaların 99% -i zərərli, 1%-i isə təsirsizdir. Faydalı mutasiya hələ MÜŞAHİDƏ EDİLMƏMİŞDİR. Buna görədir ki, "təbii seçmənin faydalı mutasiyalar arasından seçim etməsi" qeyri-mümkündür.

* Təbii seçmə şüurlu mexanizm deyil. Onun reallaşan mutasiyalar arasından ən faydalısını seçə biləcək şüuru yoxdur.

*Təbii seçmə yolu ilə ən faydalı növ seçilərsə belə, bu vəziyyət heç bir halda o canlıya yeni bir orqan əlavə etməyəcək. Sürətli qaçan zebralar yaşayır, zəif olanlar isə ova çevrilirlər, lakin bu vəziyyət heç bir zaman zebraları pələngə çevirmir.



*Təbii seçmənin əvvəldən təyin olunmuş plana görə seçim etməsi qeyri-mümkündür. Bunun əksini söyləmək təbii seçmənin şüura sahib olduğunu iddia etməkdir. Təsadüfi reallaşan hadisələrdə şüurun olduğunu iddia etmək məntiqsizlikdən xəbər verir. Lakin Darvinistlər təsadüf iddiasının gülünclüyündən xilas olmaq üçün təbii seçmədə şüur olduğunu iddia edir və insanları aldadırlar.


* Darvinistlərin iddialarına görə, təbii seçmə, ortada heç bir şeyin yoxkən göz kimi kompleks bir orqanı planlamalı, onun bütün xüsusiyyətlərini əvvəldən bilməli və plana uyğun olaraq HEÇ SƏHVƏ YOL VERMƏDƏN hər mərhələni ən doğru şəkildə yerinə yetirməlidir. Göz yaranana kimi xətaya yol vermədən müəyyən bir plan daxilində qərarlı davranaraq işinə davam etməlidir. Ard-arda mükəmməl orqanlar meydana gətirməli, görən bir beyin yaratmalı və gördüklərini şərh edən bir şüur var etməlidir. Ən əsası da bunların hamısını eyni anda etməlidir. Əlbəttə, şursuz atomların bunu etməsi qeyri-mümkündür. Lakin Darvinistlərin israrla müdafiə etdikləri əslində tam olaraq budur.

Təbii seçmə ilə əlaqədar Darvinistlərin etirafları

Charles Darvin:

“Nəzəriyyəmin çətinlikləri və ona qarşı olan etirazlar belə təsnifləndirilə bilər: ... İkincisi; məsələn fərqli quruluşu və vərdişləri olan yarasanın dəyişiklik keçirərək başqa bir quruluş və vərdişləri olan heyvana çevrilməsi mümkündürmü? Təbii seçmə adlı bir mexanizmin bir tərəfdən zürafənin milçək qovmağa yarayan quyruğu kimi çox az əhəmiyyətli bir orqanı, digər tərəfdən isə göz kimi mükəmməl və kompleks olan orqanı yaratmasına inana bilərikmi?

Charles Darvin, Növlərin Mənşəyi, Onur Nəşrləri, Beşinci Nəşr, Ankara 1996, s. 186

J. Hawkes:

Quşların, balıqların, çiçəklərin və.s göz qamaşdırıcı gözəlliyini təbii seçməyə borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Bundan əlavə,necə ola bilər ki insan şüuru belə bir mexanizmin məhsulu ola bilsin? Necə ola bilər ki, bu möhtəşəm insan beyni - Sokrat, Leonardo da Vinçi, Shakespir, Nyuton və Eynşteyn kimi dahilər "həyat mübarizəsi" deyilən meşə qanununun bizə bir hədiyyəsi olsun?

J. Hawkes, "Nine Tentalizing Mysteries Of Nature," New York Times, nömrə. 33, 1957



Dr. Colin Patterson:

Heç kim bu günə qədər təbii seçmə mexanizmləri ilə yeni növ yarada bilməyib. Heç kim belə bir şeyin yanına belə yaxınlaşa bilməyib.

Colin Patterson, "Cladistics", BBC, Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982

Arthur Koestler:

Hazırki dövrün intellektual insanları Darvinin təsadüfi mutasiyalar və təbii seçmənin “sehirli gücü” sayəsində bütün suallara cavab tapdıqlarına inanmağı davam edirlər, təsadüfi mutasiyaların etibarsızlığından və təbii seçmənin isə cəfəngiyyat halına gəldiyi gerçəyindən xəbərsiz bir şəkildə.

Arthur Koestler, Janus : A Summing Up, Vintage Books, 1978, s. 185

Pierre Paul Grassé:

J. Huxley və digər bioloqlar təkamülün, təbii seçmə mexanizması vasitəsi ilə işlədiyini iddia etdiyi nəzəriyyəsi əslində, demoqrafik gerçəklərin, genotiplərin regional dalğalanmasının və coğrafi yerləşmələrinin müşahidəsindən başqa bir şey deyil. Hazırda yaşayan növlər on minlərlə il keçməsinə baxmayaraq dəyişmədən qalıblar. Təbii şəraitdən qaynaqlanan dalğalanmalar, genlərin əvvəldən dəyişdiyi nəzərə alındığı zaman təkamülə dəlil olaraq istifadə edilə bilməz. Bunun ən yaxşı sübutu isə milyonlarla il heç bir dəyişikliyə məruz qalmayan fosillərin olmasıdır.

(Pierre Paul Grassé, Evolution On Living Organisms: Evidence for a New Theory of Information, Academic Press, Yanvar/1978)
(məqalə harun yahya)