ATOMUN YARANMA MACƏRASI

Azman hüdudlarıyla insan ağlının qavrama sərhədlərini məhdudlaşdıran kainat yarandığı ilk andanca həssas tarazlıq və düzən içində qüsursuz işləməkdədir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, necə işlədiyi bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. Kainatdakı düzəni, sistemi ağıl və vicdanlarıyla dəyərləndirən elm adamları üçün onun yaranmasıyla bağlı sualları cavablandırmaq çətin olmayıb. Çünki düşünən və dərk edən insan üçün bu qüsursuz layihənin bütün kainata hakim olan Allah tərəfindən yaradıldığı gözlər önünə sərilmiş aşkar bir həqiqətdir. Allah bu gerçəkliyi Quranda belə bildirib:

"Həqiqətən, göylərin və yerin yaradılması, gecəylə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün dəlillərdir" ("Ali-İmran" surəsi, 190).

Fəqət yaradılış dəlillərinə göz yummağa çalışan elm adamları illərdir ki, ardı-arası kəsilməyən bu suallara cavab verməkdə çətinlik çəkirlər. Elmi gerçəkliklərə daban-dabana zidd olan boş nəzəriyyələrini qorumaq üçün onlar hətta demaqogiyaya, saxta dəlillərə əl atmaqdan da çəkinmirlər. Amma 21-ci əsrdə elmin inkişafı bir gerçəyə işarə edir: Kainat üstün bir güc və sonsuz elm sahibi olan Allah tərəfindən yoxdan var edilib.
(harun yahya Atom möcüzƏsi)