Kainatın yaradılışı

İnsanlar yüzillərdir ki, "kainat necə yarandı?" sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model yaradılıb. Lakin bu nəzəriyyələr incələnəndə bəlli olur ki, hamısı təməldə iki modeldən birinin üzərində qurulub. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan "sonsuz kainat", ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan "böyük partlama" modelidir. Birinci model kainatının nə başlanğıcı, nə sonu olmadığını, ikincisi isə əksinə, böyük bir partlama nəticəsində yarandığını və durmadan genişləndiyini nəzərdə tutur. Artıq keçərliyini itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də indiki kimi qalacağını nəzərdə tutur. Bu nəzəriyyə əski Yunanıstanda yaranmış, daha sonra Avropa intibahı dönəmində yenidən gündəmə gəlmiş, materialist fəlsəfənin əsasında durmuşdu. Əslində, intibah elə əski yunan filosoflarını incələmək üzərində qurulmuşdu. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi gerçək kimi insanlara təqdim olundu. Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırıb, gəlişdirmişdilər. Həm də bu səbəbdən "sonsuz kainat" ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə, kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın durğun (statik) bir quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə olunan bilgilər bu nəzəriyyənin heç daşını daş üstündə də qoymadı. Bəlli oldu ki, kainıt sonsuz deyil - əvvəli olduğu kimi, sonu da olacaq.


Ser Fred Hoyl

Kainatın sonsuzluğu fikri həmişə dinsizliyin və Allahı inkar edən ideologiyaların dayaq nöqtəsi olub. Çünki kainatın başlanğıcı və sonu olmaması haqda müddəalar eyni zamanda, onu yaradanın da olmaması fikrinə gətirib çıxarırdı. Amma elmin inkişafı materialistlərin bu iddiaların keçərsizliyini sübut edərək, kainatın "Böyük partlama" adlandırılan proses nəticəsində yoxdan var edildiyini tutarlı arqumentlərlə ortaya qoydu. Yoxdan var edilmənin isə tək bir adı vardı: Yaradılış! Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılıb.

Ünlü ingilis astronomu Fred Hoyl (Sir Fred Noyle) da bu nəzəriyyədən rahatsız olanların biriydi. Hoyl "steady-state" (sabit durum) adlı nəzəriyyəylə kainatın genişləndiyini qəbul etməklə yanaşı, onun məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə gərəkli miqdarda maddə birdən-birə, özü-özünə var olmağa başlayır. "Sonsuz kainat" fikrini dəstəkləmək üçün son dərəcə qəliz və ağlasığmaz açıqlamalarla ortaya atılan bu nəzəriyyə elmi olaraq sübuta yetirilən "Big Bang" (Böyük partlayış) modeliylə daban-dabana ziddir. Onlar bu gerçəyə qarşı dirənməyə davam etdilər, amma elmi kəşflər getdikcə gec-tez hamıya qalib gəlirdi.
(harun yahya Atom möcüzƏsi)