"Böyük partlayış"ın dəlilləri


Corc Smut

Kainatın böyük bir partlama nəticəsində yaranmağa başlaması gerçəyi təsdiqini tapandan sonra astrofiziklər bu yöndə araşdırmalarını sürətləndirdilər. Corc Qamova (George Gamov)görə, əgər kainat bir partlamadan yaranıbsa, demək, həmin partlayışdan sonra "artıq qalan" radiasiya fəzaya dağılmalıdır. Bu versiyanın yayıldığı illərdə bütün elmi tapıntılar Big Bang-ı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. 1965-ci ildə Arno Penzias (Arno Penzias) və Robert Uilson (Robert Wilson) adlı iki araşdırmaçı təsadüf nəticəsində həmin radiasiya dalğalarını kəşf etdilər. "Kosmik fon radiasiyası" adı verilən bu radiasiya fəzadakı bəlli bir qaynaqdan yayılan hər hansı radiasiyadan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləcə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın Big Bang-ın ilk dönəmlərindən qaldığı ortaya çıxdı. Üstəlik, bu rəqəm elm adamlarının öncədən proqnozlaşdırdıqları rəqəmə çox yaxın idi. Penzias və Uilson Big Bang-ı təcrübə yoluyla sübuta yetirən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.


Bir müddət sonra isə Corc Smut (George Smoot) və onun NASA-dakı komandası kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun ölçmələrinin doğru olduğunu təsdiqlədilər.

Peykdəki həssas cihazların göstəriciləri Big Bang-ın həqiqət olduğunu bir daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar Big Bang-ın ilk anlarındakı hərarət və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE Big Bang-ın həqiqət olduğunu aşkar dəlillərlə ortaya qoymuşdu və elmi çevrələr artıq bu açıq gerçəyi etiraf etmək zorunlaydılar.



Bir başqa dəlil isə fəzadakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Belə ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti Big Bang-dan "artıq" qalan hidrogen-helium nisbətinin nəzəri göstəricilərinə son dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması Big Bang-ın elm aləmində qəti qəbul olunmasıyla sonuclandı. Ünlü elmi jurnal olan "Scientific American" 1994-cü ilin oktyabrında Big Bang modelinin "əsrimizin qəbul olunmuş yeganə modeli" olduğunu yazmışdı.


Arno Penzias və Robert Bob Uilsonun kosmik fon radiasiyasını ilk dəfə kəşf etdikləri Bell labarotoriyasındakı nəhəng "buynuz antennası". Penzias və Uilson bu kəşflərinə görə 1978-ci ildə Nobel mükafatı aldılar.


Uzun illər boyunca "hüdudsuz kainat" modelini dəstəkləmiş alimlər də bir-birinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit kainat nəzəriyyəsini müdafiə edən Dennis Şiama (Dennis Sciama) Big Bang gerçəyi qarşısında düşdüyü aciz durumu belə anlatmışdı:

- Bir vaxtlar "sabit kainat" nəzəriyyəsini müdafiə edənlərlə ona qarşı çıxanların arasında çox sərt çəkişmə vardı. Çoxları kimi mən də inandığım üçün deyil, gerçək olmasını istədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim. Modelin yanlışlığını göstərən dəlillər ortaya çıxdıqca həm mən, həm də Fred Hoyl onlara necə cavab verəcəyimizi bilmirdik. Amma dəlillər çoxalınca artıq oyun bitdi və "sabit durum" nəzəriyyəsini bir tərəfə atdıq.2


Kainatın gerçəkdən də böyük bir partlama nəticəsində yarandığına sübutlar tapan COBE peykinin buraxılış anı.
(harun yahya Atom möcüzƏsi)

2. Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Kitapçılık ve Yayıncılık, 1993, s. 62-63