Maddənin anbaan yaradılışı

Big Bang nəzəriyyəsinin də ortaya qoyduğu kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlama hər yönüylə insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlar və detallarla doludur.

Partlamanın hər anındakı istilik, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas göstəricilərə malik olmalıdırlar. Bu göstəricilərdən cəmisi biri uyğun gəlməzsə, bu gün içində yaşadığımız kainat var olmazdı. Həmin amillərin hansınınsa dəyəri hətta sıfıra yaxın bir həddə dəyişsə belə, kainatın yaranması prosesi pozula bilərdi.

Qısası, kainat və onun "tikinti materialı" olan atomlar Böyük Partlama anından dərhal sonra Allahın yaratdığı bu tarazlıqlar sayəsində yoxdan var olmağa başlayıb. Elm adamları bu proses zamanı meydana gələn mükəmməl fiziki qaydaların və ölçülərin düzənini (sistemini) anlamaq üçün xeyli cəhd göstəriblər. Bu gün həmin istiqamətdə çalışan alimlərin qəbul etdikləri gerçəklər bunlardır:

. "0" anı: Nə maddənin, nə də zamanı mövcud olduğu və partlayışın baş verdiyi bu an fizikada t = 0 anı olaraq qəbul edilir. Yəni t = 0 anında heç bir şey yoxdur. Yaradılışın başladığı bu andan öncəni anlamaq və təsvir etmək üçün o dönəmdə mövcud olan fiziki qanunları (təbiət qanunlarını) bilməliyik. Çünki hazırkı fiziki qanunlar o vaxt keçərli olmayıb.

Fizikanın dərk edə bilmədiyi olaylar ən kiçik zaman aralığı olan 10-43 saniyədən etibarən başlayır. Bu, insan ağlının əsla qavraya bilməyəcəyi bir zaman dilimidir. Bəs hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz bu zaman aralığında nələr olub? Fiziklər bu günə qədər həmin anda baş verə biləcək prosesləri bütün detallarıyla açıqlayan bir nəzəriyyə ortaya çıxarmağı bacarmayıblar.5 Çünki hesablama aparmaq üçün tələb olunan faktlar yoxdur. Riyazi və fiziki qayda-qanunlar bu nöqtədən o yana keçə bilmirlər. Yəni hər bir detalı çox həssas dəngələrlə qurulmuş bu partlamanın öncəsi də, onun ilk anları da çağdaş elmin və insan beyninin qavrama gücünün xaricindədir. Zamanın olmadığı bir andan başlayan bu yaradılış anbaan maddənin və fiziki qanunların ortaya çıxmasını təmin edib.

İndi isə bu partlama zamanı çox qısa bir müddətdə böyük dəqiqlik və həssaslıqla meydana gələn olaylara nəzər salaq. Öncə də dediyimiz kimi, fizikada hər şey 10-43 saniyə sonrasından etibarən hesablana bilir və ancaq bu andan sonra enerji və zaman qeydə alınır. Yaradılışın bu anında temperatur 1032 (100.000.000.000.000.000.-000.000.000.000.000) dərəcə olub. Müqayisə etsək, günəşin hərarəti milyonlarla (108), günəşdən çox böyük ulduzların istiliyi isə milyardlarla dərəcələrlə (1011) ifadə edilir. Və indiyə qədər təsbit olunmuş ən yüksək hərarətin milyardlarla dərəcə həddində olduğunu nəzərə alsaq, 10-43 anındakı temperaturun nə dərəcədə yüksək olduğunu müqayisəyə gətirmək mümkündür.

10-43 saniyəlik bu dövrdən bir pillə irəli gedib, saniyənin 10-37 olduğu zamana gələk. Bu iki müddət arasındakı zaman fərqi bir-iki saniyə kimi deyil, saniyənin katrilyon dəfə katrilyonda biri qədərdir! Bu anda hərarət yenə də fövqəladə yüksək olub, 1029 (100.000.000.-000.000.000.000.000. 000.000)0C dəyərindədir. Bu pillədə hələ atomlar yaradılmayıb.6

. Bir addım daha atıb, 10-2 saniyəlik dönəmə girək. Bu dövr saniyənin yüzdə biri qədərdir. Burada artıq "ilkin kainat" formalaşmağa başlayıb. Daha atom nüvəsini əmələ gətirən proton və neytron kimi hissəciklər gözə dəymir. Ortada sadəcə elektron və onun əksi olan pozitronlar var. Çünki kainatın o andakı hərarət və sürəti yalnız bu hissəciklərin yaranmasına imkan verir. Partlamadan heç bir saniyə belə keçməmiş, artıq elektron və pozitronlar yaranıb! Bu məqamdan sonra yaranacaq hər atom hissəsinin məhz hansı anda ortaya çıxacağı çox önəmlidir. Çünki mövcud fiziki qanunların formalaşması üçün hər bir hissəsicik xüsusi anda ortaya çıxmalıdır. Hansının öncə, hansının sonra yaranacağı çox mühümdür. Bu ardıcıllıq hətta ən kiçik bir şəkildə pozulsaydı belə, indiki kainat formalaşa bilməzdi...

“Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə4 etdiyini görmürsənmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər!” ("Həcc" surəsi, 18).

Burada dayanaraq, bir az düşünək.

Böyük Partlama nəzəriyyəsi kainatı əmələ gətirən bütün maddənin yoxdan ortaya çıxdığını göstərməklə Allahın varlığına aid bir dəlil ortaya qoymuş oldu. Amma məsələ bununla bitmədi, Böyük Partlamanın ardınca heç bir saniyə belə keçməmiş, atomun hissəciklərinin də yoxdan var edildiyi bəlli oldu. Bu hissəciklərin sahib olduğunu inanılmaz dəngə və düzənə diqqət etmək gərəkdir. Qarşıdakı səhifələrdə incəliklərinə qədər anladacağımız bu dəngə (tarazlıq) sayəsində kainat bu günkü durumundadır və bizlər də rahatca yaşaya bilirik. Qısası, böyük bir qarışıqlıq və xaos yaratması gözlənilə bilən partlayışın ardınca mükəmməl bir düzən, bizim "fizika qanunları" adlandırdığımız dəyişməyən qanunlar ortaya çıxıb. Bu isə, Böyük Partlama da daxil olmaqla, kainatın yaradılışından üzübəri hər an qüsursuz şəkildə nizamlandığını və idarə olunduğunu göstərir.

İndi isə prosesin inkişafını qaldığımız yerdən izləməyə davam edək. Bir pillə sonraya - partlayışdan 10-1 saniyənin keçdiyi ana gələk. Burada hərarət 30 milyard dərəcədir. t=0 anından bura qədər hələ 1 saniyə də keçməyib. Ancaq atomun digər hissəcikləri olan neytron və protonlar artıq bəlirlənməyə başlayıb. Sonrakı bölümlərdə qüsursuz yaradılışlarını incələyəcəyimiz neytron və protonlar beləcə, bir andan da qısa müddət ərzində yoxdan var ediliblər.

. Partlamadan sonrakı 1-ci saniyəyə gələk. Həmin andakı maddənin sıxlığına nəzər salanda son dərəcə fövqəladə bir rəqəmlə rastlaşırıq. Hesablamalara görə, o dönəmdəki mövcud kütlənin sıxlığı 3,8 milyard kq/litrdir. Bu rəqəmi riyazi şəkildə kağızda göstərmək asan olsa da, tam qavramaq mümkün deyil. Onun nə qədər böyük olduğunu daha asan şəkildə anlatmaq üçün belə bir örnək gətirək: əgər Everest zirvəsi bu sıxlığa sahib olsaydı, onun cazibə qüvvəsi Yer kürəsini bir andaca udardı.7

Daha sonrakı zaman diliminin ən əsas xüsusiyyəti isə istiliyin xeyli azalmasıdır. Kainat təxminin 14 saniyəlik ömrə sahib olanda temperaturu 3 milyard dərəcəyə düşüb, özü isə çox müdhiş bir sürətlə genişlənməkdə davam edib. Hidrogen və heliumda olduğu kimi dayanıqlı atom nüvələri də məhz bu dönəmdə formalaşıb. Yəni bir protonla bir neytronun ilk dəfə eyni araya gəlməsi üçün şərait yaranıb. Kütlələri var ilə yox arasında olan bu iki hissəcik fövqəladə cazibə yaradaraq, müdhiş yayılma sürətinə qarşı durmağa başlayıblar.

Göründüyü kimi, son dərəcə planlaşdırılmış və nəzarətdə saxlanılan prosesin getdiyi bəllidir. Ağılalmaz bir partlamanın ardınca həssas düzən və tarazlıq yaranır. Protonlar və neytronlar bir araya gələrək, maddənin əsası oan atomu formalaşdırmağa başlayırlar. Həmin hissəciklərin özləri təbii ki, birləşərək atom yaratmaq və bu zaman bütün qüvvələrin tarazlığına əməl etmək üçün gərəkən gücə və bilgiyə sahib deyillər.
. Həmin proses start götürəndə kainatın istiliyi artıq 1 milyard dərəcəyə düşmüşdü. Bu, Günəşin mərkəzindəki hərarətdən 60 dəfə çoxdur. ...İlk andan 3 dəqiqə 2 saniyə keçib. Artıq foton, proton, anti-proton, neytron və anti-neytron kimi atom hissəcikləri əmələ gəlib.

Bu dönəmdə mövcud olan bütün hissəciklərin sayı və bir-birlərinə təsiri çox kritikdir. Belə ki, hissəciklərin hansınınsa sayında cüzi fərq əmələ gələrsə, onların saxladığı enerji tarazlığı pozulacaq və enerjinin maddəyə dönməsi əngəllənəcək. Məsələn, elektron və pozitronlara baxaq: onlar bir araya gələndə enerji ayrılır. Bu səbəbdən, ikisinin də sayı çox önəmlidir. Tutaq ki, 10 elektronla 8 pozitron qarşı-qarşıya gəlir. Bu halda onların 8-i pozitronlarla qarşılıqlı təsirə girəcək və müəyyən qədər enerji ayrılacaq. 2 elektron isə sərbəst qalır. Elektron kainatın "tikinti materialının" - atomun tərkib hissələrinin biri olduğundan, kainatın genişlənməsi üçün bu dönəmdə yetərincə elektronun mövcudluğu vacibdir.

Əvvəlki örnəyin üzərində düşünməyə davam edərək, tutaq ki, qarşı-qarşıya gələn elektronlarla pozitronlardan ikincilərin sayı daha artıqdır. Bu halda da kainatın formalaşması prosesi əsla normal davam edə bilməyəcəkdi. Yox, əgər pozitronlarla elektronların sayı bərabər olsa, bu dəfə ortaya yalnız enerji çıxacaq, maddə yaranmayacaqdı. Amma elektronların sayındakı çoxluq sonradan kainatdakı protonların sayına bərabər olacaq şəkildə çox həsas ölçüylə tənzimlənib. Bu, sonradan yaranacaq atomlarda elektron və protonların sayının bərabər olması üçün edilib. Demək, Böyük Partlamadan sonra ortaya çıxan hissəciklərin sayı bu qədər incə bir hesabla bəlirlənib və nəticədə yaranan maddə kainatı formalaşdırıb. Prof. Dr. Stiven Uenberq (Steven Weinberg) bu hissəciklər arasındakı qarşılıqlı təsirin nə dərəcədə kritik olduğunu belə anladır:


Stiven Uinberq

- Əgər ilk bir neçə dəqəqədə kainatda yaranan hissəciklərin sayı bərabər olsaydı, temperatur 1.000.000.000 dərəcədən aşağı düşəndə onların çoxu yox olar və sadəcə hərarətdən başqa heç nə qalmazdı. Hissəciklərin və anti-hissəciklərin yox olmasının ardınca maddənin yaranması üçün sadəcə pozitronlardan bir az çox elektron, anti-protonlardan bir az çox proton və anti-neytronlardan azca artıq neytron qalmalıydı.8

. ...İlk andan 34 dəqiqə 40 saniyə keçib. Kainatın yaşı artıq yarım saata yaxındır. Temperatur milyard dərəcədən düşərək, 300 milyonun üzərində dayanıb. Elektronlarla protonlar bir-birlərilə çarpışaraq, enerji ayırmaqda davam edirlər. Artıq atomu yaradacaq hissəciklərin sayı maddi kainatın formalaşmasına imkan verəcək durumdadır. Partlama sürətinin nisbətən yavaşımasıyla bərabər, haradasa kütləsi belə olmayan bu hissəciklər bir-birlərinin cazibəsinə düşməyə başlayırlar. Bir elektronun bir protonun cazibəsinə düşməsi sonucunda ilk hidrogen atomu yaranır. Bununla yanaşı, kainatda görəcəyimiz təməl qüvvələrlə tanışlığımız başlayır.

İnsan şüurunun qavramaq imkanında belə olmadığı qüsursuz bir layihənin nəticəsi olan bu proses çox həssas tarazlıq nəticəsində baş tutub. Bu qüsursuzluq onu araşdıran hər kəsi çox önəmli bir gerçəyə gətirib çıxarır. Ortada üstün bir yaradılış və bu yaradılışın hər anına ciddi nəzarət misalı var. Çünki partlamadan sonra meydana gələn hər hissəciyin müəyyən bir zaman anında konkret temperatura və sürətə malik olması gərəkdir. Buna nail olmaq üçün dəqiq saat mexanizmi kimi çalışan sistemin əlbəttə ki, öncədən incəliklərinə qədər qurulması və proqramlaşdırılması lazımdır. Yəni Böyük Partlama və onun sonucunda ortaya çıxan qüsursuz kainat hələ partlayışdan öncə hazırlanıb və sonra da həyata keçirilib. Onu düzənləyən, proqramlaşdıran və gerçəkləşməsinə nəzarət edən isə əlbəttə ki, hər şeyin yaradıcısı olan Allahdır.


Helium atomu

Bu planlaşdırma təkcə atomda deyil, kainatın hər yerində müşahidə olunur. Başlanğıcda işıq sürətilə bir-birindən qopub uzaqlaşan bu hissəciklər yalnız hidrogen atomu yaratmaqla qalmayıb, bugünkü kainatda gördüyümüz bütün sistemləri, qalaktikaları, kvazarları və s.-i əmələ gətiriblər. Sadəcə bir atomun yaranması üçün gərəkən hissəciklərin təsadüf nəticəsində bir araya gəlib həssas tarazlıq yaratması belə mümkünsüz olduğu halda, planetlərin, ulduzların, qalaktikaların, qısası, kainatdakı bütün sistemlərin təsadüfən ortaya çıxmasını demək, əlbəttə ki, böyük bir məntiqsizlik olar. Bu bənzərsiz planlamanı quran və gerçəkləşdirən bütün kainatın yaradıcısı olan Allahdır.

Yaradılışı ayrıca bir möcüzə olan hidrogen atomunun ardınca digər atomlar da yaranıb. Amma burada belə bir sual ağla gəlir ki, digər atomlar nəyə görə yarandı, bütün proton və neytronlar hansı atomdan nə qədər yaradacaqlarına necə qərar verdilər? Bu sualın cavabı bizi yenə də eyni nəticəyə gətirir: bütün maddələrin atomlarının meydana çıxması üçün uyğun planlama və nəzarət var. Bu planlama insan şüurunun sərhədlərinə sığmır və böyük Yaradılışa işarə edir.

Böyük Partlamayla ortaya çıxan fiziki qanunlar aradan keçən təxminən 17 milyard illik zaman ərzində heç bir dəyişikliyə uğramayıblar. Üstəlik, bu qanunlar o qədər incə hesablama nəticəsində yaranıblar ki, bu günə qədər cüzi də olsa, dəyişikliyə uğramayıblar; çünki belə bir dəyişiklik bütün kainatı alt-üstə edə bilərdi. Bu məqamda ünlü fizik, prof. Stveni Houkinqin (Prof. Sterhen Nawking) fikirləri maraq doğurur. O, bütün bu məsələlərin əslində bizim anlaya biləcəyimizdən daha incə hesablamalar üzərində qurulduğunu belə açıqlayır:

[ijpg[/img]
Hidrogen atomu

«Əgər Big Bang-dan bir saniyə sonra genişləmənin miqyası 100000 milyon dəfə milyonda bir qədər az olsaydı, kainat genişlənmək əvəzinə, öz içinə çökəcəkdi».9

Bu dərəcədə incə hesablarla baş verən Böyük Partlama zamanın, məkanın və maddənin özü-özünə yaranmadığını, Alah tərəfindən var edildiyini açıq-aşkar ortaya qoyur. Çünki yuxarıda anladılan olayların kor təsadüflər nəticəsində meydana gəlməsi və kainatdakı bütün maddələrin əsası olan atomları yaratması qətiyyən mümkün deyil. Bunu düşünən bütün elm adamları kainatın sonsuz bir qüdrət və qüvvət tərəfindən yaradıldığını qəbul edirlər. Ünlü astrofizik Hyu Ross (Nugh Ross) kainatı yaradanın bütün ölçülərin fövqündə olduğunu belə anladır:

- Zaman olayların meydana gəldiyi ölçüdür. Əgər zaman BÖyük Partlamayla birlikdə ortaya çıxıbsa, demək, kainatı yaradan səbəb zaman və məkandan qətiyyən asılı deyil. Bu, bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda Yaradanın bəzilərinin dediyi kimi, nə kainatın özü, nə də onun içindəki bir güc olmadığına dəlalət edir.10


“Onlar altından çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!” ("Nəhl" surəsi, 12).


Big Bang-ın ən əsas cəhətlərindən biri də odur ki, bu nəzəriyyə insanlara Allahı daha da yaxşı tanımaq imkanı verir. Kainatın içindəki bütün maddələrlə birlikdə yoxdan var edilməsi Allahın gücünün ən böyük dəlillərindəndir. Partlama zamanı enerjinin həssas dəngəsinin qorunması isə Allahın elminin sonsuzluğunu isbatlayır.
(harun yahya Atom möcüzƏsi)

6. Colin A. Ronan, The Universe Explained, The Earth-Dwellers's Guide to the mysteries of Space, Henry Holtand Company, s. 178, 179
7. Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.186
8. Steven Weinberg, İlk Üç Dakika, (The First Three Minutes), TÜBİTAK Popüler Bilim Kitapları serisi, 1995, s. 84
9. Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet, s.9
10. Hugh Ross, The Creator and the Cosmos, How Greatest Scientific Discoveries of the Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, s. 76