KAİNATDAKI TƏMƏL QÜVVƏLƏR

Kainatdakı fiziki qanunların Böyük Partlamadan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi "dörd əsas qüvvə"nin çevrəsində birləşir. Bu qüvvələr kainatdakı bütün düzəni və sistemi yaratmaq üçün Böyük Partlamadan dərhal sonra, ilk atom hissəciklərinin yaranmasıyla birlikdə formalaşıblar.

Atomlar - yəni maddə kainatı ancaq bu qüvvələrin təsirilə formalaşdıra və müəyyən nizamla sistemləşdirə bilib. Bunlar cazibə, elektromaqnit, güclü və zəif nüvə qüvvələridir. Hər biri digərindən fərqli qüvvəyə və təsir sahəsinə malikdir. Güclü və zəif nüvə qüvələri sadəcə, atomun quruluşunu bəlirləyir. Digər iki qüvvə - yəni cazibə və elektromaqnetizm isə atomlar arasındakı ilişgini və dolayısıyla, bütün maddi obyektlərin arasındakı münasibətləri tənzimləyir. Dünyadakı qüsursuz düzən bu qüvələrin çox həssas dəyərlərinin sonucudur. Maraqlısı isə bu qüvvələr bir-birlərilə qarşılaşarkən yaranan mənzərədir. Çünki Big Bang-dan sonra meydana çıxan və kainata yayılan maddələr aralarında uçurum olan bu qüvvələrə uyğun şəkildə müəyyənləşdirilib. Məhz bu təməl qüvvələr maddi kainatın yaranmasına imkan veriblər. Onların arasındakı nisbət o qədər həssas şəkildə tənzimlənib ki, ancaq və ancaq bu şəkildə maddəyə lazımi təsiri göstərə bilirlər.

Güçlü nükleer kuvvet:
15
Zayıf nükleer kuvvet:
7.03 x 10-3
Yer çekimi kuvveti:
5.90 x 10-39
Elektromanyetik kuvvet:
3.05 x 10-12

İndi isə həmin qüvvələrə bir-bir nəzər yetirək.

1. Güclü nüvə qüvvəsi.

Kitabın əvvəlindən bu yana atomun anbaan necə yaradıldığını və bu yaradılışın həssas dəngələrini izlədik. Özümüz də daxil olmaqla, ətrafdakı hər şeyin atomlardan yarandığını və bu atomların da çoxlu hissəciklərdən yarandığını gördük. Yaxşı, bəs atomun nüvəsini əmələ gətirən bütün bu hissəcikləri bir arada tutan nədir? Bu, fizikanın tanıdığı ən böyük qüvvələrdən biri olan Güclü nüvə qüvvəsidir. Bu qüvvə atom nüvəsindəki proton və neytronların dağılmadan bir yerdə qalmasını təmin edir. Və beləcə, atomun nüvəsi yaranır. Bu qüvvə o qədər şiddətlidir ki, nüvədəki proton və neytronları az qala bir-birinə yapışdırır. Buna görə də, həmin qüvvəni daşıyan çox kiçik hissəciklərə latınca "yapışdırıcı" anlamına gələn "qluon" deyilir. Bu qüvvənin və onun "yapışdırmasının" şiddəti çox həssas şəkildə tənzimlənib və protonlarlar neytronları bir-birlərindən konkret lazımlı məsafədə saxlayır. Belə ki, əgər qüvvə azacıq çox olsa həmin hissəciklər bir-birlərinin içinə girəcək, azca zəif olsaydı isə, dağılıb gedəcəkdilər. Özü də həmin qüvvə Böyük Partlamadan bu yana heç dəyişməyib. Bu nüvə qüvvəsi açığa çıxanda nə qədər böyük dağıdıcı gücünün olduğu isə Hirosima və Naqasakidəki faciələr göstərdi. Qarşıda incələliklərinə varacağımız atom bombasının bu qədər dağıdıcı gücə malik olmasının səbəbi məhz atom nüvəsində saxlanan həmin gücün açığa çıxmasıdır.

2. Atomun təhlükəsizlik kəməri

Zəif nüvə qüvvəsi hazırda Yer üzündəki düzəni saxlayan ən önəmli faktorlardan biridir. O, atomun daxili nizamının qorunmasına xidmət edir. Onun yaratdığı dəngə sayəsində maddələrin quruluşu pozulmur və insanlara zərər verə biləcək enerjini yaymırlar. Atomun bu tarazlığını nüvədəki protonlarla neytronların arasındakı həmin qüvvə təmin edir. Bu qüvvə özəlliklə içində çoxlu proton və neytron olan atom nüvələrində tarazlığın qorunması üçün əvəzsizdir. Və bu zaman tarazlığın qorunması üçün gərəkərsə, bir proton neytrona çevrilə bilər. Bu zaman nüvədəki protonların sayı dəyişdiyi üçün artıq atomun özü də başqa atoma çevrilir. Prosesin nəticəsi çox önəmlidir: bir atom parçalanmadan başqasına dönüb və varlığını qoruyub. Beləcə, canlılar nəzarətsiz şəkildə ətrafa dağılıb, onlara ziyan gətirə biləcək təhlükəli hissəciklərə qarşı bir növ "təhlükəsizlik kəməri" taxmış olurlar.

3. Elektronları orbitində tutan güc - Elektromaqnit qüvvəsi

Bu qüvvənin kəşfi fizikada yeni bir cığır açdı. Hər cismin öz quruluşuna görə müəyyən "elektrik yükü" daşıdığı və bu elektrik yükləri arasında bir qüvvənin olduğu öyrənildi. Bu qüvvə əks elektrik yüklü hissəciklərin bir-birini cəzb etməsini, eyni yüklülərin isə əksinə, itələməsini təmin edir. Nəticədə, atomun nüvəsindəki protonlarla ətrafında hərlənən elektronlar arasında qarşılıqlı cazibə yaranır. Beləcə, atomun əsas elementləri - nüvə və elektronlar bir yerdə qalır. Bu qüvvənin şiddətindəki ən kiçik bir fərq elektronların ya nüvədən qopmasına, ya da əksinə, ona "yapışmasına" səbəb ola bilər. Hər iki halda da atomun və dolayısıyla, maddənin ortaya çıxması baş tutmazdı. Demək, bu qüvvə ilk dəfə ortaya çıxdığı andan etibarən sahib olduğu dəyər sayəsində nüvədəki protonlar elektronları atomun mövcud olması üçün gərəkən ən optimal qüvvəylə cəzb edirlər.
4. Kainatı nizamlayan qüvvə: Cazibə qüvvəsi


Cazibə qüvvəsinin olmadığı mühitdə ancaq xüsusi vasitələrin köməyilə bir müddət qalmaq mümkündür. Çünki canlılar yalnız cazibənin olduğu sistemdə yaşamlarını davam etdirə bilərlər.

Bu, bilavasitə hiss edə bildiyimimz tək qüvvə olmasına rəğmən, haqqında çox az bilgiyə sahibik. Onun intensivliyi digər qüvvələrə nisbətən daha az olsa da, çox böyük kütlələrin bir-birlərini qarşılıqlı cəzb etməsinə imkan yaradır. Kainatdakı qalaktikaların, ulduzların bir-birlərinin çevrəsində qalmalarını səbəbi bu qüvvədir. Yerin və digər planetlərin Günəşin ətrafında bəlirli bir orbitdə hərlənə bilmələri də həmçinin bu qüvvəni sayəsində mümkün olur. Onun sayəsində biz Yerdə addımlaya bilirik. Bu qüvvənin dəyəri azalarsa, bütün kainat nizamını itirərək, nəhəng və dəhşətli xaosa çevrilər, insanlar Yer üzüdən qoparaq, fəza boşluğuna səpələnərlər. Qüvvə artsa isə, yenə də eyni dəhşət yaşanar: ulduzlar bir-birlərinə çarpılar, dünya Günəşə yapışar, bizlər torpağın içinə girərik. Bütün bunlar çox uzaq ehtimallar kimi görünsə də, cazibə qüvvəsinin indiki intensivliyinin cüzi də olsa dəyişməsi deyilən dəhşətlərin gerçəkləşməsinə səbəb ola bilər. Bu mövzuda araşdırma aparan bütün elm adamları barəsində danışdığımız bütün təməl qüvvələrin dəqiq tənzimlənməsinin kainatın varlığı üçün çox vacib olması fikrindədir. Ünlü bioloq Maykl Denton (Michael Denton) "Nature's Destiny: Now the Laws of Biology Reveal Purrose in the Universe" (Təbiətin qədəri: Bioloji qanunlar Kainatdakı Məqsədi necə göstərir) adlı kitabında yazır:

- Əgər cazibə qüvvəsi indikindən bir trilyon dəfə güclü olsaydı, kainat çox balaca və qısa ömürlü bir məkan olardı. Orta ölçülü ulduz bizim Günəşdən trilyon dəfə kiçik olar və cəmisi bir il yaşayardı. Yox, əgər cazibə qüvvəsi indikindən azca güclü olsaydı, ümumiyyətlə, heç bir ulduz və qalaktika yaranmazdı. Digər qüvvələr arasındakı dəngələr də son dərəcə həsassdır. Əgər güclü nüvə qüvvəsi azca zəif olsaydı, kainatda hidrogendən başqa heç bir kimyəvi element görməzdik. Heç bir başqa atom yaranmazdı. Eyni qüvvə əgər elektromaqnit cazibəsindən güclü alınsaydı, kainatdakı yeganə element iki protondan ibarət nüvəyə malik bir atom olardı. Bu durumda kainatda hidrogen yaranmayacaq və demək, ulduzlar və qalaktikalar da formalaşmayacaqdı. Ya da, indikinə heç bənzəməyəcəkdilər. Qısası, əgər haqqında danışdığımız təməl qüvvələr məhz bu günkü kimi olmasaydılar, onda indi nə kainat var olacaqdı, nə də həyat.11

Ünlü fizik Pol Devis isə kainatdakı fizika qanunlarının mövcud ölçülərinə heyranlığını belə ifadə edir:

- İnsan kosmosu araşdırdıqca inamsızlıqdan uzaqlaşaraq, daha imanlı hala gəlir. Kainatın başlanğıcı haqda son bilgilər, onun quruluşu, getdikcə genişlənməsi və bütün bunların incə şəkildə düzənlənmiş olması insanı heyran etməyə bilməz.12


Bütün kainatda cazibə kimi təməl qüvvələrin üzərində qurulmuş mükəmməl və qüsursuz düzən hökm sürməkdədir. Bu düzənin sahibi əlbəttə ki, hər şeyi qüsursuzcasına yoxdan var edən Allahdır. Çağdaş fizika və astronomiyanın ən öndə gələn qurucusu və dünyanın ən böyük alimlərindən sayılan İsaak Nyuton (1642-1727) bu gerçəyi belə ifadə edib:

"Günəş sisteminin, planetlərin və kometlərin möhtəşəm düzəni yalnız ağıllı və güclü bir varlıtın qüdrətilə davam edə bilər. Bu varlıq təkcə dünyanın ruhunu deyil, hər şeyi yönəldir. O, Allahdır".



Bütün kainatda bu təməl qüvvələrlə bağlı qurulmuş üstün bir nizamlama və qüsursuz düzən hökm sürür. Bu düzənin sahibi əlbəttə ki, hər şeyi qüsursuz şəkildə yoxdan var edən Allahdır. Ən kiçik qüvvəylə ulduzları orbitlərində tutan, ən şiddətli qüvvəylə kiçik atom nüvəsini nizamlayan aləmlərin rəbbi olan Allahdır. Bütün qüvvələr onun qoyduğu "ölçü"lərə görə hərəkət edir. Allah kainatın yaradılışındakı düzənə, bəlli ölçüyə hesablanmış dəngələrə Qurani-Kərimdə belə diqqət çəkir:

"O Allah ki, göylərin və yerin hökmü Onundur. O heç bir övlad götürməyib; O, hər şeyi yaradıb və onu əvvəlcədən müəyyən edib" ("Furqan" surəsi, 2).
(harun yahya Atom möcüzƏsi)

11. Michael Denton, Nature’s Destiny:How The Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press,1998, s.12-13
12. Paul Davies, The Accidental Universe, Cambridge: Cambridge University Press, 1982, Önsöz.