Atomdakı boşluq



Öncə də qeyd etdiyimiz kimi, atomun həcminin böyük hissəsi boşluqdan ibarətdir. Bu zaman ortaya belə bir sual çıxır: belə böyük boşluğa nə ehtiyac var?

Gəlin, bu cür düşünək: ən sadə deyimlə, atom bir nüvə və onun çevrəsində dolaşan elektronlardan ibarətdir. Nüvəylə elektronların arasında heç bir şey yoxdur. Bu "heç bir şey olmayan" mikroskopik həcm, atomun ölçülərinə görə əslində, çox böyükdür. Məsələn, təsəvvür edin ki, əgər nüvənin yerində 1 cm.-lik kiçik bir kürə olsaydı, ona ən yaxın elektron bu kürədən 1 kilometr uzaqda fırlanardı.17

Yaxud, başqa bir örnəyə baxaq. Fransalı fiziklərdən birinin yazdığına görə, "Təməl hissəciklərin arasında çox böyük boşluq var. Əgər oksigen atomunun nüvəsinin protonunu önümdəki masanın üstündəki iynənin ucu boyda düşünsəm, onun ətrafında fırlanan elektron Hollandiya, Almaniya və İspaniyadan keçən bir çevrə cızar. Ona görə də, əgər bədənimi oluşduran bütün atomlar bir-birlərinə toxunacaq qədər yaxınlaşsaydılar, artıq məni görə bilməzdiniz. Çünki mən haradasa millimetrin bir neçə mində biri qədər olan toz dənəciyi boyda olardım".18

Bu yerdə kainatdakı ən böyük məkanla ən kiçik məkan arasında qəribə bir bənzərlik ortaya çıxır. Belə ki, əgər gözlərimizi ulduzlara doğru çevirsək, orada da atomdakı kimi boşluqların olduğunu görəcəyik. Planetlər, ulduzlar və ulduz sistemləri arasında milyardlarla kilometrlik boşluqlar mövcuddur. Amma bu boşluqların hər ikisində insan ağlının ala bilmədiyi bir düzən, sistem hakimdir.
Nüvənin içi: proton və neytronlar

1932-ci ilədək nüvənin proton və elektronlardan ibarət olduğunu düşünürdülər. Həmin il Çedvik (Chadwick) adlı ünlü elm adamı neytronun varlığını kəşf edərək, Nobel ödülü qazandı. Bununla da bəşəriyyət atomun daxili quruluşuyla dəqiq tanış oldu.

Atom nüvəsinin nə qədər kiçik olduğundan danışmışıq. Onun içində yerləşən bir protonun ölçüsü isə 10-15 metrdir. Sizə elə gələ bilər ki, bu qədər kiçik bir hissəciyin insan həyatında heç bir rolu yoxdur. Ancaq yanılırsınız: ətrafınızda gördüyünüz hər şeyin təməli insan ağlının qavramaqda çətinlik çəkdiyi qədər kiçik olan bu hissəciklərdən əmələ gəlir.
(harun yahya Atom möcüzƏsi)