Fiziki varlığın sərhədi - kvarklar


Atomun quruluşundan kvarkın quruluşuna: Müasir sürətləndiricilərin vasitəsilə atomu əmələ gətirən ən kiçik hissəcikləri də incələmək mümkündür. Yuxarıdakı şəkildə bu proses miqyaslara uyğun şəkildə göstərilib.


Atomun nüvəsindəki proton və neytronlar "kvark" adlandırılan daha kiçik hissəciklərin birləşməsi nəticəsində yaranır.

Vur-tut 20 il bundan əvvələ qədər atomun ən kiçik tərkib hissələrinin proton və neytronlar olduğu sanılırdı. Ancaq çox yaxın bir tarixdə bəlli oldu ki, onların özləri də daha kiçik hissəciklərdən ibarətdirlər.

Bu kəşfdən sonra atomun içindəki "alt hissəcikləri" (hipotetik hissəciklər də deyirlər) və onların özlərinə məxsus hərəkətini incələmək üçün fizikanın ayrıca bir sahəsi meydana çıxdı. Bu yöndə aparılan araşdırmalar göstərdi ki, gerçəkdən də, atomu əmələ gətirən proton və neytronlar özləri "kvark" adlanan daha kiçik hissəciklərdən ibarətdirlər. İnsan ağlının qavraya bilməyəcəyi qədər kiçik olan protonu əmələ gətirən kvarkların ölçüsü isə daha da heyrətvericidir: 10-18 (0,000000000000000001) metr.

Protonun içindəki kvarklar heç vaxt bir-birlərindən çox uzaqlaşmırlar. Çünki nüvənin daxilindəki hissəcikləri bir arada tutan "Güclü Nüvə Qüvvəsi" burada da təsirini göstərir. Kvarkların arasındakı məsafə artdıqca bu qüvvə də şiddətlənir və sonucda iki kvark bir-birlərindən maksimum katrilyonda bir metr qədər aralana bilirlər. Bu cazibə "Güclü Nüvə Qüvvəsi"ni daşıyan qlüonlar sayəsində gerçəkləşir. Kvarklarla qlüonlar bir-birlərilə son dərəcə sıx əlaqədədirlər. Ancaq elm adamları hələ ki, bu əlaqənin nəyin sayəsində mümkün olduğunu aydınlaşdıra bilməyiblər. Fizikanın bu sahəsində davamlı araşdırmalar aparılır. Fəqət insan oğlu sahib olduğu ağıl, bilgi və elmə rəğmən, bu sirli aləmin haqqında hələ təzə-təzə nəsə öyrənməyə başlayıb. Üstəlik, bu əsrarəngiz aləmə girdikcə incəliklər daha da artır, insan isə "kvark" ismi verdiyi hissəciklərin 10-18 m.-lik sərhədində dayanıb. Yaxşı, bəs bu sərhədin o üzündə nələr var?

Bu gün elm adamları qoyulan suala cavab vermək üçün müxtəlif tezislər irəli sürürlər, amma yuxarıda da dediyimiz kimi, həmin sərhəd fiziki kainatın son nöqtəsidir. Bundan o tərəfdəki varlıqlar daha maddə yox, ancaq enerji şəkilində mövcud ola bilərlər. Önəmli məsələ isə insanın bütün texnoloji imkanlarına baxmayaraq, yenicə kəşf etdiyi bu məkanda fiziki qanunların dəqiq saat kimi işləməsi, gərəkən bütün tarazlıqların qorunmasıdır.

Üstəlik, bu məkan bütün kainatdakı maddələrin - o sıradan, insanın da,- təməl "materialı" olan atomun içidir. İnsan isə öz orqanizmində daim işləyən bu qüsursuz mexanizmdən hələ yenicə xəbər tutmağa başlayıb. İnsanın bu haqdakı bütün bilgiləri son bir neçə onillik ərzində qazanılıb. Vücudumuzu oluşduran hüceyrələr, onların təməlindəki molekullar, molekulların içindəki atomlar, atomların daxilindəki proton və neytronlar, onların da içindəki kvarklar çox mükəmməl mexanizmlər şəklində çalışırlar;

bu mexanizmlərin çox yüksək səviyyədə yaradılışı isə imanından asılı olmayaraq, hamını heyrətə salır. Üstəlik, onu da düşünmək gərəkdir ki, bütün bu qüsursuz mexanizmlər həyatımız boyunca heç xəbərimiz belə olmadan, çox müntəzəm şəkildə çalışmaqdadırlar. Onların üstün güc və bilik sahibi Allah tərəfindən yaradıldığı və elə Onun tərəfindən də idarə edildiyi ağıl və vicdan sahibi olan heç kimdə şübhə doğurmamalıdır.

"Göylərdə və yerdə kim varsa, hamısı Ondan [ruzi, mərhəmət və mədəd] dilər. O, hər gün bir işdədir. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?" (“Rəhman” surəsi, / 29-30)
(harun yahya Atom möcüzƏsi)