Atomun digər tərəfi: elektronlar



Bu şəkildə elektronların dalğa hərəkəti zamanı cızdıqları 4 fərqli orbit göstərilib. Elektronlar hissəcik xüsusiyyətləri sayəsində planetlərin Günəşin ətrafındakı hərəkətinə bənzər hərəkət edirlər. Fəqət elektronların bu fərqli hərəkətləri
Yer kürəsinin Günəşin ətrafında fırlanarkən, eyni zamanda öz oxu ətrafında dönməsi kimi, elektronlar da atom nüvəsinin ətrafında hərəkət edirlər. Bu hərəkət də planetlər kimi, bir orbit boyunca fasiləsiz şəkildə baş verir. Fəqət dünya ilə günəşin miqyaslarıyla atomun miqyasları çox fərqlidir. Əgər müqayisə aparmaq istəsəniz, təsəvvür edin ki, atomu dünya boyda böyütsək, elektron sadəcə... alma boyda olacaq.19

Ən güclü mikroskopların belə göstərə bilməyəcəyi qədər kiçik bir sahədə dönüb-dolaşan onlarla elektron atomun daxilində çox qarışıq hərəkət yaradır. Burada diqqət çəkən ən önəmli nöqtə nüvəni elektrik yükündən toxunan bir zireh kimi örtən bu elektronların atomun içində ən kiçik bir qəzaya belə yol verməmələridir. Nəzərə alın ki, atomun içində baş verə biləcə ən kiçik qəza da onun üçün fəlakət olar. Amma belə bir qəza heç vaxt baş verməz; çünki bütün proseslər mükəmməl düzən və qüsursuz sistemlə cərəyan edir. Nüvənin çevrəsində saniyədə 1000 km. kimi azman sürətlə durmadan dönən elektronlar heç vaxt bir-birlərinə toxunmazlar. Aralarında heç bir fərq olmayan bu elektronların ayrı-ayrı orbitlərlə hərəkət etmələri son dərəcə şaşırdıcıdır və ağıllı bir planlaşdırmanın, hesablamanın mövcudluğundan xəbər verir. Əgər onların kütlələri və sürətləri bir-birlərindən fərqli olsaydı, nüvənin ətrafında fərqli orbitlərdə düzülmələri təbii qarşılana bilərdi. Necə ki, Günəş sistemindəki kütlələri və sürətlərilə fərqlənən planetlər bu ardıcıllıqla kiçikdən böyüyə doğru düzülüblər və ayrı-ayrı orbitlərdə hərəkət edirlər.

Amma atomlardakı elektronların durumu artıq dediyimiz kimi, qətiyyən belə deyil. Eynən bir-birinin bənzəri olan elektronların nüvənin ətrafında nəyə görə fərqli orbitlərdə düzülmələri, bu orbitlərin hansı səbəbdən bir-birinə qarışmamaları, ağlasığmaz dərəcədə kiçik məkanda ağlasığmaz dərəcədə böyük sürətlə hərəkət etmələri və bu zaman nəyin sayəsində bir-birlərilə toqquşmamaları hələ ki, cavabsız suallardır; əslində isə, onların cavabı bizi bir nöqtəyə gətirir - bu bənzərsiz düzən və həssas dəngə ancaq və ancaq Allahın qüdrəti sayəsində mümkün olur:

"O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir" ("Həşr" surəsi, 24).

Elektronlar neytron və protonlardan haradasa 2000 dəfə kiçik hissəciklərdir. Atomda elektronların sayı protonların sayına bərabər olur və hər elektron hər protonun daşıdığı müsbət (+) yükə bərabər mənfi (-) yükə sahib olur. Nüvədəki müsbət (+) yükün cəmiylə elektronların mənfi (-) yükü bir-birlərini tarazlaşdırır və atom neytral olur. Elektronların daşıdığı elektrik yükü bəzi fiziki qanunlara uyğun olmalıdır. Belə ki, eyni işarəyə malik yüklər bir-birlərini itələyir, əks işarələr isə cəzb edir. Buna görə də, ilk baxışdan belə görünə bilər ki, eyni yükə (-) malik olan elektronlar bir-birlərini itələyərək, nüvənin ətrafından dağılıb gedəcəklər.

Ancaq belə olmur. Əgər elektronlar nüvənin ətrafından dağılsaydılar, bütün kainat boşluqda dolaşan proton, neytron və elektronlardan ibarət olardı. Başqa tərəfdən, müsbət yükə sahib olduğu üçün, nüvə mənfi yüklü elektronları çəkib özünə yapışdırmalıydı. Bu halda da atom özü-öz içinə çökərdi. Ancaq bu da baş vermir. Çünki elektronların bir az əvvəl dediyimiz azman sürəti (1000 km/s), onların bir-birlərinə təsir göstərdikləri itələmə qüvvəsi və nüvənin elektronları cəzb etmə gücü o qədər həssas şəkildə uyğunlaşdırılıb ki, arada çox mükəmməl tarazlıq yaranır. Sonucda atomdakı sistem dağılıb parçalanmadan qurtulur. Atoma təsir göstərən bu qüvvələrdən təkcə biri qədərindən azca artıq və ya əksik olsaydı, atom heç vaxt yaranmazdı. Və ya, tutaq ki, nüvədəki eyni yüklü protonları bir-birinə bağlayan nüvə qüvvələri olmasaydı, onlar bir-birlərinə heç yaxınlaşmazdılar da. Eyni şəkildə, neytronlar da heç vaxt nüvəyə qatılmayacaqdılar. Nəticədə isə "atom" adlı bir şey ümumiyyətlə, mövcud olmayacaqdı. Bütün bu incə hesablar göstərir ki, heç bircə atom da təsadüf nəticəsində yaranmayıb, hər şey Allahın sonsuz elmi nəticəsində var olub. Yoxsa, içində yaşadığımız kainat heç yaranmadan sonu yetişərdi. Elə ilk andaca proses tərsinə dönər, dəhşətli bir xaos alınardı.

Ancaq hər şeyin yaradıcısı, sonsuz güc və elm sahibi olan Allah kainatdakı bütün tarazlıqlar kimi, atomu da çox həssas dəngə üzərində qurub və buna görə də, həmin kiçik hissəciklər mükəmməl düzən içində varlıqlarını sürdürürlər. Alimlər illərlə Allahın yaratdığı bu sistemi araşdıraraq, çözməyə çalışsalar da, sonda sadəcə, kəşf edilən faktlara bəzi adlar verməklə kifayətləniblər:

"elektromaqnit qüvvəsi", "Güclü Nüvə Qüvvəsi", "Zəif Nüvə Qüvvəsi", "cazibə qüvvəsi"... Ancaq kitabın girişində də dediyimiz kimi, heç kim "niyə?" sualının üzərində düşünməyib. Heç kim düşünməyib ki, niyə bu qüvvələr müəyyən şiddətlə, müəyyən qaydalara görə hərəkət edirlər? Niyə onların təsir göstərdikləri sahələr, tabe olduqları qanunlar və və intensivlikləri arasında tam bir uyğunluq var? Elm adamları bütün bu sualların qarşısında çarəsiz qalıblar. Çünki onların bacardıqları sadəcə, olayların hansı ardıcıllıqla düzüldüyünü və necə inkişaf etdiyini araşdırmaqdır. Həmin araşdırmaların sonucunda isə bu gerçək ortaya çıxıb:

kainatın hər yerində hətta bircə atomu belə özbaşına buraxmayan möhtəşəm bir ağıl və iradə sahibinin proseslərə müdaxiləsi görünür. Bütün qüvvələri bir-birinə uyğunlaşdıraraq tarazlıq yaradan o güc və qüvvətin sahibi isə Allahdır. Allah qüdrətini istədiyi yerdə və istədiyi vaxtda təcəlli etdirir. Ən kiçik atomdan tutmuş, ucsuz-bucaqsız qalaktikalara qədər bütün kainat Allahın istəməsi və qoruması nəticəsində varlığını sürdürür. Allah Quranda özündən başqa bir qüvvə olmadığını belə xəbər verir:

"Əgər özlərinə zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvət və qüdrətin Allaha məxsus olduğunu və onun əzabının şiddətli olacağını bilərdilər" ("Bəqərə" surəsi, 165).
(harun yahya Atom möcüzƏsi)