Elektronlar insanların xidmətində



Elektrik həyatımız üçün çox vacibdir. Onsuz heç bir şey edə bilmərik. Yemək yeyərkən, televizora baxarkən, yolda gedərkən - həmişə elektrikin təsirini hiss edir, ondan faydalanırıq. Bir düyməni basırıq, ətrafımız işıqlanır, digərini basırıq, elektrik cizhazları çalışmağa başlayır...


Bu günə qədər heç bir elm adamı atomdakı, dolayısıyla, kainatdakı qüvvələrin səbəbini, qaynağını və niyə bəlli durumlarda bəlli qüvvələrin ortaya çıxmasını izah edə bilməyib. Elmin gördüyü iş sadəcə gerçəkləri kəşf edərək, ona bəzi adlar verməkdən ibarətdir. Bu cür "ad qoymalar" elm aləmində böyük tapıntı kimi dəyərləndirilir. Halbuki, elm adamları kainatda yeni bir qanun yaratmağa, yeni bir sistem qurmağa deyil, sadəcə, mövcud olanları qavramağa çalışırlar. Gördükləri iş də əsasən Allahın kainatdakı saysız yaradılış möcüzələridən hansınınsa nəyinisə tapıb, ona bir ad qoymaqdan ibarətdir. Allahın yaratdığı üstün sistemin hansısa cəhətini təsbit edən bir alim müxtəlif elmi mükafatlara layiq görülür, məşhurlaşır, ad-san qazanır. Halbuki, bu zaman əsl heyranlıq heç şübhəsiz, o möcüzəni yaradana - yəni Allaha yönəlməlidir.

"Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır" ("Yunus" surəsi, 6).
(harun yahya Atom möcüzƏsi)