SÜRƏTLƏNDİRİLƏN HİSSƏCİKLƏR
Sürətləndiricilər və reaktorlar

Maddənin əsasını əmələ gətirən ən kiçik hissəciklər atomdan milyon dəfələrlə kiçikdir. Onları incələmək ancaq hissəciklər fizikası sahəsində son dərəcə mürəkkəb təcrübələr aparmaq yoluyla mümkündür. Bu təcrübələrə isə kompüter vasitəsilə nəzarət edilir.

Hissəciklər fizikası maddənin lap təməl daşlarını təşkil edən parçacıqları və onların arasındakı əlaqələri araşdıran elm sahəsidir. Son illər yüksək səviyyədə inkişaf etmiş texnologiylar vasitəsilə aparılan təcrübələr nəticəsində maddənin quruluşu haqındakı bilgilərimiz sürətlə dərinləşməkdədir.



Hissəciklər fizikasının araşdırmaları kilometrlərlə uzunluğu olan sürətləndirici labarotoriyalarda aparılır. Həmin sürətləndiricilərin elektromaqnit sahəsində yüklü hissəciklər, xüsusilə də proton və elektronlar sürətləndirilir və yönləndirilir. Daha sonra onlar ya sabit hədəflərlə, ya da bir-birlərilə toqquşdurulurlar. Bu zaman ortaya çıxa nəticələr müxtəlif detektorlar vasitəsilə qeyd edilir və incələnir.



1950-ci illərdən başlayaraq yüksək templə inkişaf edən sürətləndirici və detektor texnologiyaları sayəsində yüksək enerjili toqquşma təcrübələri keçirilib və onların incələnməsi nəticəsində maddənin ən kiçik hissəcikləri kimi tanıdığımız proton və neytronların "kvark" adlandırılan daha kiçik alt hissəciklərdən əmələ gəldikləri bəlli olub. Yüksək enerjili sistemlərdə aparılan ölçmələr protonun yarısının yüzdə biri qədər olan məsafədə belə maddənin quruluşunu araşdırmaq imkanı yaradıb. Sürətləndirici labarotoriyalar, onların xüsusi cihaz və avadanlıqları olduqca baha başa gəldiyi üçün, dünyada cəmisi bir neçə belə mərkəz var. Ən önəmliləri CERN (Cenevrə), DESÜ (Hamburq), Fermilab-FNAL (Çikaqo) və SLC (Kaliforniya) labarotoriyalarıdır. Bu labarotoriyalardan SLC-in uzunluğu 3, CERN-in uzunluğu isə 27 kilometrdir. Amma nəhənglik yarışında birincilik çələngi ABŞ-ın Texas ştatının mərkəzində qurulan və diametrinin 85 kilometr olacağı nəzərdə tutulan amerika proyekti SSC-yə məxsusdur. Təbii ki, həmin labarotoriyalardakı cihazların dəyəri də ölçülərə uyğun olaraq artır... Məsələn, SSC-dəki cihazaların toplam dəyəri 6 milyard dollardır.20
(harun yahya Atom möcüzƏsi)

20. Stephen Hawking'in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, s 142, 143