Elektronların orbit



Elektronlar atomun içində son dərəcə mürəkkəb orbitlərlə hərəkət edirlər. Bu kiçik məkanda böyük şəhərin yollarındakından qat-qat qəliz durumun yaranmasına rəğmən, heç vaxt toqquşma baş vermir.

Ən güclü mikroskopların belə görə bilməyəcəyi qədər kiçik bir məkanda fırlanan onlarla elektron öncə də dediyimiz kimi, atomun içində son dərəcə mürəkkəb trayektoriyalar yaradırlar. Ancaq bu mürəkkəblik eyni zamanda, ən sistemli şəhərin yol-hərəkət qaydalarıyla müqayisə edilməyəcək dərəcədə düzənlidir və elektronlar heç vaxt bir-birilə toqquşmazlar. Çünki onların hər birinin ayrıca orbiti var və bu orbitlər bir-birlərilə kəsişmirlər.

Atom nüvəsinin çevrəsində 7 orbit var. Heç vaxt dəyişməyən bu 7 orbitdəki elektronların sayı belə bir riyazi formulla müəyyənləşir: 2n2. Atomların hər bir orbitindəki elektronların maksimum sayı da bu formulla bəlirlənir (formuldakı "n" hərfi orbitin nömrəsini göstərir). Kainatı əmələ gətirən sonsuz sayda atomların elektron orbitlərinin heç bir çaşqınlıq yaratmadan 2n2 formuluna uyğunlaşmaları ortada bir düzənin olduğunu göstərir. Elektronların inanılmaz sürətlə hərəkət etmələrinə rəğmən, atomun daxilində heç bir "qəza"nın baş verməməsi də həmin düzənin nəticəsidir. Bu düzən heç bir halda təsadüflərlə izah edilə bilməz. Onun yeganə izahı Quranda deyildiyi kimi, Allahın hər şeyi öz qüdrətinin bir təcəllisi olaraq düzən və intizam içində yaratmasıdır. Allahın yaratdığı bu düzən Quranda belə xəbər verilib:

"...Allah hər şey üçün bir ölçü müəyyənləşdirib" ("Talaq" surəsi, 3).
"...Hər şeyi yaradaraq, bir düzən verib, müəyyən ölçüylə təqdir edib" ("Furqan" surəsi, 2).
"...Onun dərgahında hər şey bir ölçü ilədir. O, qeybi də, aşkarı da biləndir. Hamıdan böyük və ucadır" ("Rəd" surəsi, 8-9).
"Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik" ("Hicr" surəsi, 19).
"...Göyü O ucaltdı, mizan-tərəzini [ədalət tərəzisini] O qoydu" ("Rəhman" surəsi, 7).
"Günəş və Ay müəyyən bir ölçü ilə hərəkət edər" ("Rəhman" surəsi, 5).
"...Şübhəsiz, Allah hər şeyin hesabını biləndir" ("Nisa" surəsi, 86)

QURANDAN İŞARƏLƏR

Elektronların orbitləri məsələsini incələyərkən Qurandakı bununla bağlı ayələrə diqqət yetirmək gərəkdir. Atom nüvəsinin ətrafında 7 orbit var, onların hər birində isə müəyyən sayda elektron fırlanır. Quranda göyün və yerin təbəqələrinin sayını bildirən 7 rəqəmi "atomun göyü" olan elektronların orbitlərinin sayına işarə də sayıla bilər.

"O, göyü biri digərilə tam uyğun gələn 7 təbəqə halında yaradandır. Allahın yaratdıqlarında heç bir ziddiyyət və uyğunsuzluq görməzsən. O, göy üzünü heç bir qüsuru olmadan yaratdı" ("Mülk" surəsi, 3).

Bu say heç bir zaman dəyişməz, nə 6 olar, nə də 8. Burada möcüzəvi cəhət elektronların orbitlərinə işarə edən sayın ayə ilə tam uyğun gəlməsidir.

Ayələrdən də anlaşıldığı kimi, aləmlərin Rəbbi olan Allah hər şeyi qüsursuz bir ölçü, hesab və düzən içində yaradandır. Bu ölçü və hesab atomun ən kiçik hissəciklərindən tutmuş, kainatdakı ən nəhəng göy cisimlərinə qədər hər yerdə və hər şeydə keçərlidir. Bu da Allahın sonsuz gücünün, elminin, sənətinin və hikmətinin sonucudur. Allah yaratdığı varlıqlardakı və sistemlərdəki mükəmməl ölçü, düzən, dəngə və hesabla bu sifətlərini insanlara tanıdır, sonsuz qüdrətini gözlər önünə sərir. Bütün elmi araşdırmalar və kəşflər əslində insanı bu gerçəyə gətirməlidir.
(harun yahya Atom möcüzƏsi)