Dalğa, yoxsa hissəcik?



Elektronlar ilk dəfə kəşf ediləndə onların da eynən nüvənin içindəki proton və neytronlar kimi hissəciklər olduğunu düşünürdülər. Ancaq sonradan aparılan təcrübələr elektronların da eynən işıq hissəcikləri - fotonlar kimi dalğa xüsusiyyətinə malik olduğunu üzə çıxardı.

İşığın, məsələn, suya atılmış bir daşın yaratdığı dalğalar kimi yayıldığı bəllidir. Ancaq işıq bəzən özünü həm də maddi hissəciklər kimi aparır, pəncərəyə dəyən yağış damlaları kimi kəsik-kəsik, qırılan (diskret) maddi təsir (işıq təzyiqi) göstərir. Buna görə də deyirlər ki, işığın ikili təbiəti var - o həm hissəcik, həm də dalğa özəlliyinə sahibdir. Eyni ikili təbiət elektronda da müşahidə olunur.

Təbii ki, bu fakt elm aləmində böyük qarışıqlıq yaratdı. XX əsrin ən ünlü fiziklərindən biri olan professor Riçard Feynman bunu belə anladır:

“Elektronların və işığın necə davrandıqları artıq bizə bəllidir. Necə davranırlar? Özlərini sırf hissəcik kimi apardıqlarını desəm, sizə yanlış yol göstərmiş olaram. Dalğa kimi davrandıqlarını desəm də, həmçinin. Onlar anoloqu olmayan bir şəkildə hərəkət edirlər. Texniki dildə buna "kvant mexanikasına uyğun hərəkət tərzi" deyə bilərik. Bu, öncə gördüyümüz heç bir şeyə bənzəməyən bir davranış tərzidir. Bir atom yayın ucuna bağlanmış kütlə kimi hərəkət etmir. Heç planetlərin orbitlər üzrə hərəkət etdiyi miniatür günəş sistemi kimi də davranmır. Nüvəni saran bulud və ya duman təbəqəsinə də bənzəmir. Biz indiyə qədər onların davranışına bənzəyən heç bir şey görməmişik. Bir qədər sadələşdirsək, elektronları fotonlara bənzətmək olar. Onların ikisi də qəribədirlər, amma eyni cür qəribədirlər. Necə davrandıqlarını təsəvvürə gətirmək üçün çox güclü fantaziya lazımdır - çünki bu, bizə məlum olan hər şeydən fərqlidir”.21

Elm adamları elektronların belə davranışlarını heç cür izah edə bilmədikləri üçün çıxış yolu kimi bu hərəkətə yeni bir ad qoydular: "Kvant mexanikası hərəkətləri". Bu məqamdakı əsrarəngiz proseslərlə bağlı heyrətini professor Feynman "...amma bunun necə olduğunu sormayın, çünki onsuz da heç kim bilmir" sözlərilə dilə gətirir.22

Amma məsələ heç də Feynmanın dediyi qədər qəliz deyil. Bəzilərinin özlərini dalana dirəmələrinin səbəbi ortadakı açıq dəlillərə rəğmən, bu möhtəşəm sistem və düzənin uca bir Yaradıcı tərəfindən qurulduğunu qəbul etmək istəməmələridir. Halbuki, hər şey son dərəcə aşkardır: Allah kainatı yoxdan var edib, qüsursuz və heç nəyə bənzəməyən şəkildə qurub. Alimlərin heç bir cavab tapmadıqları və hər dəfə "...axı bu, necə olur" deyə təəccüblərini bildirdikləri sualların cavabı budur ki, Böyük Yaradıcı sadəcə "OL" deməklə hər şeyi yoxdan var edib.

"Göyləri və yeri yoxdan yaradan Odur. Bir şeyin yaranmasını istədiyi zaman ona yalnız "Ol!"- deyər, o da olar" ("Bəqərə" surəsi, 117).
(harun yahya Atom möcüzƏsi)

21. Richard Feynman, Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 150
22. Richard Feynman, Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 151