Elektronların qapısını açdığı rəngarəng dünya



Heç düşünmüsünzmü, qapqara bir dünyada yaşamaq necə olardı? Bir anlığa təsəvvür edin ki, bədəniniz, çevrənizdəki insanlar, dənizlər, göy üzü, ağaclar, çiçəklər, qısası, hər şey qapqaradır. Belə bir dünyada yaşamağı əsla istəməzdiniz, elə deyilmi?

Yaxşı, bəs Yer üzünü rəngli edən nədir? Dünyamızı son dərəcə gözəlləşdirən rənglər necə yaranır?

Maddənin quruluşundakı bəzi özəlliklər bizim onları rəngli görməyimizi təmin edir. Konkret olaraq, rənglər elektronların atom daxilindəki bəzi hərəkətlərinin nəticəsində meydana çıxır. Bu yerdə təbii ki, "elektronların hərəkətilə rənglərin nə əlaqəsi ola bilər?" sualı ortaya çıxacaq. Həmin əlaqəni qısaca anladaq.

Elektronlar yalnız müəyyən orbitlərdə hərəkət edirlər. Bu orbitlərin 7 dənə olduğunu artıq bilirik. Hər orbit müəyyən enerji səviyyəsinə malikdir. Bu enerji səviyyələri orbitlərin nüvəyə yaxınlığı-uzaqlığıyla müəyyənləşir. Orbit nüvəyə nə qədər yaxındırsa, elektronun enerjisi o qədər az, nə qədər uzaqdırsa, o qədər çox olur.


Günəşdən dünyamıza gələn şüaların 70 faizi Yerdə həyatın var olması üçün ən uyğun şüalardır

Elektronların orbitlərinin hər birinin aşağı səviyyəsində "alt orbitlər" də var. Elektronlar müntəzəm olaraq öz orbitlərilə "alt orbit"in arasında hərəkət edirlər. Amma bu, özbaşına olmur; elektronların orbitlər arasında "səyahət etməsi" üçün xaricdən enerji almaları gərəkdir. Bu enerjinin qaynağı isə fotonlardır.

Foton - ən sadə dillə desək, "işıq hissəcikləri"dir. Kainatdakı ulduzların hamısı bir növ foton mənbələridir. Dünyamız üçün ən önəmli qaynaq isə təbii ki, Günəşdir. Fotonlar Günəşdən çıxaraq, saniyədə 300.000 km. sürətlə bütün fəzaya yayılırlar.

Günəşdən gələn həmin fotonlar Yer üzündəki maddələrin atomlarına çarpılanda elektronların bayaq dediyimiz "səyahəti" başlayır. Onlar geriyə - öz orbitlərinə dönəndə isə gözümüzə gələn rəngi formalaşdıracaq fotonu təzədən xaricə göndərirlər.

Bir neçə cümlədə sadə şəkildə izah etdiyimiz bu proses ilk yaradılışdan bu yana heç bir axsama olmadan davam edir. Onun hər mərhələsi çox dəqiq plan və düzən içində baş verir. Elektronlarla fotonlar arasındakı bu mexanizmin bircə bölümünün belə işləməməsi rəngsiz, hətta qaranlıq bir dünyanın bərqərar olmasına gətirb çıxarardı. Amma işıqlı və rəngli kainatı görə bilməyimizi təmin etmək üçün dəqiq plan və düzən içində işləyən bu mexanizmin mərhələlərini bir də sadalayaq:

. Günəşdən Yer üzünə gələn işıq foton dənəcikləri halında yayılır. Bu foton dənəcikləri Yerdəki maddələrin atomlarına çarpılırlar.
. Fotonlar atomun içərilərinə doğru çox da irəliləyə bilmir. Orbitdəki elektronlarla toqquşur.
. Elektronlar onlara çarpılan bu fotonları udurlar.
. Elektronlar udduqları fotonların da enerjisini aldıqları üçün daha yüksək enerji səviyyəsinə uyğun orbitə keçirlər.
. Daha sonra bu elektronlar əvvəlki durumlarına dönmək istəyirlər.
.Öz orbitlərinə geri dönərkən xaricə enerji yüklü bir foton göndərirlər.
. Bax, elektronlardan əks olunan həmin fotonlar da elə cismin rəngini müəyyənləşdirir.

Bütün bu proseslərin sonucunda bir cismdən əks olunaraq, gözümüzə çatan həmin işıq dənəcikləri (fotonlar) həmin cismin rəngini yaradır. Öz işığı olmayan və Günəşdən aldığı işığı yayan cismin rəngi həm aldığı işıq, həm də o işığı necə əks etdirməsilə bağlıdır. Bəyaz işıqla aydınlanan cism gözümüzə qırmızı görünürsə, bu, o deməkdir ki, həmin cism Günəşdən gələn işığın spektrlərinin böyük bir hissəsini udur, yalnız qırmızını əks etdirir. İndisə gəlin izah edək ki, burada "işığı udmaq" ifadəsini necə başa düşmək lazımdır.

Öncə dediyimiz kimi, atomdakı hər bir orbitin altında bir "alt orbit" (suborbit) var və elektronlar onların arasında səyahət edirlər. Hər orbitin bəlli bir enerji səviyyəsi var və elektronlar yerləşdikləri orbitin enerji səviyyəsinə uyğun enerji daşıyırlar. Orbitlər nüvədən uzaqlaşdıqca sahib olduqları enerjinin miqdarı da artır. Əgər elektronun bulunduğu suborbitin yuxarısındakı başqa bir suborbitdə boş yer varsa, elektron bir anlığa yoxa çıxır və dərhal üst enerji səviyyəli həmin yerdə peyda olur. Ancaq elektronun bu hərəkəti edə bilməsi üçün enerjisinin keçid aldığı alt orbitin enerji səviyyəsinə uyğun gəlməsi lazımdır. Elektron da öz enerjisini Günəşdən gələn foton hissəciklərini udaraq artırır.


Rənglərin yaranmasındakı bu mükəmməl layihələndirmə bizi tək bir gerçəyə götürür: Kainat ən kiçik hissəciklərindən ən böyüyünə qədər qüsursuz bir uyğunluq və düzən içində yaradılıb. Rənglərdəki sənət Allahın qüsursuz yaradılış dəlillərindən sadəcə biridir.

Daha bir neçə örnəklə məsələni lap aydın izah edə bilərik. Bir Morfo (Morpho) kəpənəyi götürək. Kəpənəyin vücudundakı piqmentlər Günəş işığının bütün spektrini soraraq, bircə mavi rəngi buraxır. Bu rəngə uyğun foton hissəcikləri gözümüzə çatanda oradakı duyğu reseptorları beynimizə mavi rəngi kodlaşdıran elektrik siqnalları göndərir. Və beyində mavi rəng yaranır.

Yəni bir cismin rəngi işıq qaynağından gələn işığın özəlliyi və həmin cismin bu işığı necə əks etdirməsilə müəyyənləşir. Məsələn, bir paltarın rəngi Günəş işığında və mağazada baxanda eyni cür görünmür. Beynimiz əgər bir cismin qara olduğunu dərk edirsə, bu, o deməkdir ki, həmin cism Günəşdən gələn işığın bütün spektrini udur xaricə heç bir hissəcik (foton) buraxmır. Eynilə, əgər cism Günəşdən gələn işığın bütün spektrini əks etdirirsə, heç bir spektri udmursa, onda beynimiz onu bəyaz kimi dərk edir.

Bu yerdə aşağıdakı məqamlara xüsusilə diqqət yetirmək gərəkdir:

1. Cismin rəngi işıq qaynağından gələn işığın özəlliyilə bağlıdır.

2. Cismin rəngi öz atomlarındakı elektronların hərəkətilə, bu elektronların işığın hansı spektrini udub, hansını əks etdirməsilə bağlıdır.

3. Cismin rəngi gözümüzə yetişən fotonu beynimizin necə dərk etməsilə bağlıdır.

İndi isə bir daha düşünək. Gözlə görülməyəcək qədər kiçik bir nəsnə olan atomun nüvəsinin ətrafında inanılmaz sürətlə dönən elektronlar öz orbitlərindən bir anda qeyb olaraq, "suborbit" adı verilən başqa bir məkanda meydana çıxırlar. Bu keçid üçün suborbitdə boş yerin olması da şərtdir. Elektronlar keçidin baş tutması üçün gərəkən enerjini təmin etmək məqsədilə fotonları udurlar. Sonra isə yenidən əvvəlki orbitlərinə geri dönürlər. Bu hərəkət əsnasında insan gözünün aldığı rəng əmələ gəlir. Sayları sonsuza yaxın olan atomlar hər an heç durmadan bu hərəkətləri təkrarlayırlar. Nəticədə biz rəngləri davamlı olaraq görə biririk.

Bu müdhiş mexanizm insanın yaratdığı heç nəylə müqayisə edilə bilməz. Məsələn, saat çox mürəkkəb mexanizmə sahibdir və onun düzgün işləyə bilməsi üçün bütün hissələri (çarxlar, dişli ötürücülər, vallar, yaylar və s.) lazımlı şəkildə lazımlı yerdə olmalıdır. Bu mexanizmdə ən kiçik bir axsama saatın işinə zərər verər. Fəqət atomların quruluşunu və elektronların bayaq anlatdığımız mexanizmini düşünsək, onunla müqayisədə saatın nə qədər sadə və bəsit olduğu açıq-aşkar görünər. Dediyimiz kimi, bu mexanizm insan əlilə yapılmış heç bir sistemlə müqayisə edilməyəcək qədər mürəkkəb, mükəmməl və eyni zamanda qüsursuzdur. İnsanı istər-istəməz heyrətə gətirən belə bir sistem materialist alimlərin dediyi kimi, təsadüflər sonucunda yarana bilərmi? Əlbəttə, yox və bir də yox!


Günəşdən gələn fotonlar Yer üzündəki maddələrin quruşlarına təsir göstərməklə, rəngli bir dünya görməyimizi təmin edir.

İndi isə belə bir sual verək: kimsəsiz səhrada gedərkən yerdə işləyən bir saat görsəniz, onun toz-torpaq, qum və daşların birləşməsi nəticəsində təsadüfən yarandığını düşünərsinizmi? Bunu heç kim düşünməz, çünki saatın ağıl, layihə və bacarıq nəticəsində düzəldildiyi göz önündədir. Elə isə, tək bircə atomdakı layihələndirmə və ağıl bayaq dediyimiz kimi, insanın düzəldə biləcəyi bütün mexanizmlərdən qat-qat artıqdır. Bu ağıl da böyük elm sahibi, hər şeyi bilən, görən və yaradan Allahdır.

Allah gördüyümüz və görmədiyimiz hər şeyi sonsuz bir sənətlə yaradaraq, xəbərimiz belə olmadan bizim ixtiyarımıza verib. Öncə heç bilmədiyimiz, bəlkə öyrənməyi heç ağlımıza da gətirmədiyimiz rənglər məsələsi elm inkişaf etdikcə bütün incəliklərilə insanlara bəlli olub. Elm inkişaf etdikcə ağıl və vicdan sahibi olan hər bir insan Allahın varlığını qəbul edir və Ona inanır. Bu gerçəkliyi görməzliyə vurmaq sadəcə olaraq, mümkünsüzdür. Çünki elmin inkişafı da Onun varlığını təsdiqləyir.

Di gəl ki, bütün bunlara baxmayaraq, kainatın hər nöqtəsində şahid olduğumuz üstün sənəti və ağlı görmək istəməyənlər də tapılır. Ünlü elm adamı Lui Pasterin (Louis Pasteur) bununla bağlı maraqlı bir fikri vardı: "Elmin azı insanı Allahdan uzaqlaşdırır, çoxu isə Onu doğru aparır".23

İnsan, ətrafındakı yaradılış örnəkləri haqqında bilikləri artıqca daha aydın dərk edir ki, Allah hər yerdə hər şeyi yönəldir, göydə də, yerdə də bütün baş verənləri nəzarətdə saxlayır və gün gələcək, mütləq bizim də canımız alınacaq, bu dünyada gördüyümüz işlərlə bağlı haqq-hesaba çəkiləcəyik. Ətrafımızdakı saysız-hesabsız olaylarla bağlı bilgimiz artdıqca, gündən-günə Allahın elminə heyranlığımız da çoxalır. Bu heyranlıq isə Allahın sonsuz qüdrətini, gücünü mümkün olduqca dərk etmə və dolayısıyla Ondan gərəkdiyi kimi qorxub-çəkinmə yolunda çox önəmli bir addımdır. Quranda bununla bağlı deyilir:

"Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi? Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ, qırmızı, tünd qara yollar peyda etdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah hər şeyə qalib olan və bağışlayandır" ("Fatir" surəsi, 27-28).
(harun yahya Atom möcüzƏsi)

23. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, s. 5