Hissəciklərin proqramlanmış hərəkəti


"Spin hərəkəti" sadə dildə nəyinsə öz oxu ətrafında dönməsi anlamına gəlir. Bu hərəkət kainatdakı bütün sistemlərdə çox önəmli rol oynayır. Atomun daxilindəki hissəciklərdən fəzadakı ulduzlara qədər bütün sistemlər bu hərəkət üzərində qurulub. Müasir texnologiyalar kainatın belə hərəkətinin şəklini çəkməyə imkan versə də, hələ atoma qədər gedib çıxa bilməyib.

Bura qədər atomu oluşduran hissəciklərin özəlliklərini incələdik. İndi isə bu hissəciklərin öncə bəhs etmədiyimiz ortaq bir cəhətini öyrənəcəyik. Bu, "spin dönüşü" adlanır.

Atomu əmələ gətirən hissəciklərin öz oxları ətrafında fövqəladə bir sürətlə dönmələrinə fiziklər "spin" adı veriblər (İngiliscə spin - "fırlanma" deməkdir - tərc.). Spin hərəkəti kainatdakı bir çox sistemlərdə önəmli rol oynayır. Atomun içindəki hissəciklərdən tutmuş, fəzadakı ulduzlara qədər bütün sistemlər bu hərəkət üzərində qurulublar.

Hissəciklərin "spin" hərəkəti ilk dəfə 1925-ci ildə kəşf edilib. Və bu zaman bəlli olub ki, iki ayrı hissəcik heç vaxt eyni durumda olmurlar. Bildiyimiz kimi, atom - çox kiçik bir hissəcikdir və onun da içində həmişə mürəkkəb hərəkət mövcuddur. Bəs atomu oluşduran bütün hissəciklər eyni cür hərəkət etsəydilər, nə olardı? Gəlin, düşünək. Öncə protonu əmələ gətirən 3 kvarkdan başlayaq. Onlar eyni anda eyni sürətlə eyni istiqamətdə hərəkət etsəydilər, birləşib bir kvarka çevrilərdilər. Bu zaman isə protonun yaranması baş tumaz və dolayısıyla nə nüvə, nə də atom olardı. Çünki kvark enerjidən ibarətdir, eyni anda eyni yöndə eyni sürətlə hərəkət edən 3 ayrı enerjinin olması isə mümkünsüzdür. Onların nəyə görəsə bir-birlərindən fərqlənmələri gərəkdir. Bu da özünü ancaq hərəkət fərqində göstərə bilər. Ancaq bu halda kvarklar (kiçik enerji topaları) neytron və protonları əmələ gətirə bilərlər. Əgər kvarkların hamısı eyni yöndə eyni sürətlə hərəkət etsəydilər, dediyimiz kimi, nə protonlar, nə neytronlar, nə atom, nə də nüvə olardı. Yəni ümumiyyətlə, maddə var olmazdı.

Göründüyü kimi, "spin" hərəkəti də indiyə qədər incələdiyimiz bütün başqa amillər kimi kainatın yaranması üçün böyük rol oynayıb. Ünlü elm adamı Stiven Houkinq (Stephen Hawking) bu durumu belə izah edir:

“...Əgər dünya bu hərəkət olmadan yaradılsaydı, kvarklar heç vaxt proton və neytronları əmələ gətirə bilməzdilər. Proton və neytronlar da elektronlarla birgə atomları oluşdura bilməzdi. Bunların hamısı ilk pillədən bir-birlərinə uyğun yaradılıblar”.24

Çağdaş elm atomların alt hissəciklərinin bu hərəkətini kəşf etsə də, bu fövqəladə olayın izahını verməkdə acizdir. Bu şüursuz hissəciklərin "spin" şəklində hərəkət edə bilmələri üçün bizim şərh etdiyimiz bütün bu prosesləri düşünüb, dərk etmələri gərəkirdi. Daha sonra isə necə hərəkət etmək barədə qərar verməli, yəni bir strategiya hazırlamalıydılar. Hansı hissəciyin məhz hansı yöndə məhz hansı sürətlə hərəkət edəcəyi son dərəcə dəqiq şəkildə bəlirlənməliydi. Daha sonra isə bu strategiya kainatdakı sonsuz sayda hissəciklərin hamısına çatdırılmalı, onlar da qəbul etməliydilər...

İndi isə bu sualı cavablandıraq: niyə bütün hissəciklər bu "strategiyaya" əməl edirlər? Niyə onlardan heç biri ümumi qaydanı pozmur? Məgər bu hissəciklərin hamısının ağıl, iradə və zəkası var? Əlbəttə yox. Hətta kütləsi belə olmayan, sadəcə enerjidən ibarət bu hissəciklərin özləri şübhəsiz ki, müstəqil şəkildə plan qurub, qərar qəbul edə bilməzlər. Burada qarşımıza çıxan Allahın sonsuz ağlı, sonsuz gücü və sonsuz elmidir. Allah bütün bu hissəcikləri özünə tabe etdirib və beləcə də kainatı yaradıb.

Bir ayədə bu gerçək bizə belə çatdırılır:

"...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Ona boyun əyir" ("Bəqərə" surəsi, 116).
(harun yahya Atom möcüzƏsi)

24. Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet Yayınları, s. 117