Canlı həyatın təməl daşı - karbon atomu



Karbon canlılar üçün ən həyati elementdir. Çünki bütün canlı maddələr karbonun çeşidli birləşmələrindən yaranıblar. Bizlərin varlığı üçün son dərəcə önəmli olan karbon atomunun özəllikləri haqqında cild-cild kitablar yazsaq belə, onların hamısını əhatə etmək mümkün deyil. Halbuki, kimya elmi hələ də onun özəlliklərini tam kəşf edə bilməyib. Biz burada sadəcə karbonun bir neçə çox önəmli cəhətlərindən danışacağıq.

Hüceyrə membranından ağac qabığına, göz büllurundan maralın buynuzlarına, yumurtanın ağından ilan zəhərinə qədər son dərəcə fərqli olan üzvi maddələrin hamısı karbon əsaslı birləşmələrdən yaranır. Karbon hidrogen və oksigen atomlarıyla müxtəlif həndəsi formalarda birləşərək, son dərəcə fərqli maddələr əmələ gətirir. Amma bununla belə, karbonun təxminən 1,7 milyon birləşmə yarada bilməsinin səbəbi nədədir?

Karbon atomlarının ən önəmli özəlliklərindən biri də çox asan şəkildə zəncir yarada bilmələridir. Ən qısa karbon atomu zənici 2 atomdan ibarət olur. Ən uzun zəncirə gəlincə isə, bu barədə konkret bir rəqəm deyilməsə də, onun halqalarının sayının təxminən 70-ə bərabər olduğu bildirilir. Karbon atomlarından sonra ikinci ən uzun zəncir yarada bilən atomların cəmisi 6 halqa düzəldən silisium olduğunu nəzərə alsaq, karbonun qeyri-adi xüsusiyyətləri bir daha aydınlaşar.29

Karbonun bu qədər çox halqalı zəncir yarada bilməsinin səbəbi halqaların sadəcə düz xətlə sıralanmamasındadır. Onun zəncirləri budaqlana və ya çoxbucaqlı fiqurlar əmələ gətirə bilərlər. Aydındır ki, zəncirin məhz hansı şəkildə olması çox ciddi və önəmli məsələdir. Məhz onların necə birləşməsindən asılı olaraq, karbon atomları iki tamamilə ayrı-ayrı maddə yarada bilirlər. Beləcə, karbon atomunun yuxarıda saydığımız özəlliklərilə canlı həyat üçün çox vacib olan molekullar əmələ gəlir.

Dediyimiz kimi, karbonun bəzi birləşmələri sadəcə bir neçə atomdan oluşduğu halda, bəziləri milyonlarca atomdan meydana gəlir. Bütün elementlərin arasında yalnız karbon atomları bu cür iri həcmli və dayanıqlı birləşmələr yarada bilirlər. Ünlü kimyaçı Devid Börni (David Bernie) "Life" (Həyat) adlı kitabında bununla bağlı yazır:

"Karbon çox fövqəladə bir elementdir... Əgər karbon və onun bu fövqəladə özəllikləri olmasaydı, dünyada həyat mümkün olmazdı".30,
(harun yahya Atom möcüzƏsi)

29. Vlasov Trifonov, 107 Kimya Öyküsü, TÜBİTAK Yayınları, s. 118
30. David Burnie, Life, Eyewitness Science, London: Dorling Kindersley, 1996, s.8