ÜÇ OXŞAR MOLEKUL
NƏTİCƏ: ÜÇ ÇOX FƏRQLİ MADDƏ

Molekullar arasındakı bir neçə atomluq fərq çox böyük nəticələr verə bilər. Məsələn, aşağıdakı iki molekulun quruluşuna diqqət baxın. Bir-birlərinə çox bənzəsələr də, karbon və hidrogen atomlarının saylarında kiçik bir fərq var. Buna görə də bir-birlərinə tamam zidd olan iki maddə əmələ gəlir:

C18H24O2 və S19H22

Bu molekulların nə olduğunu təxmin edə bilirsinizmi? Birincisi Ostrogen, ikincisi isə Testosterondur; yəni birincisi qadınlıq, digəri kişilik hormonudur. Göründüyü kimi, bir neçə atomluq fərq də nəticədə son dərəcə ciddi dəyişikliklərə səbəb ola bilir.
İndi isə bu formula diqqətlə baxın:
C6H 12O2

Sizcə, bu, nə ola bilər? Başqa bir hormonmu? Xeyr, bu, şəkər molekuludur.
Bu örnəklər açıq-aşkar göstərir ki, eyni elementlərdən yaranan maddələr sadəcə, atomların sayına görə nə qərər fərqli ola bilərlər! Bir tərəfdə cinsiyyəti əmələ gətirən hormonlar, digər tərəfdə isə əsas qida maddəsi olan şəkər!..


İngilis kimyaçısı Nevil Siduik (Nevil Sidgwick) də "Chemical Elements and Their Comrounds" (Kimyəvi elementlər və onların birləşmələri) adlı əsərində karbonun canlılar üçün son dərəcə önəmli olduğunu vurğulayır:

“Karbon yarada bildiyi birləşmələrin sayı və çeşidləri baxımından digər elementlərdən tamamilə fərqlidir. İndiyə qədər karbonun milyon yarımdan çox fərqli birləşmə yaratdığı bəlirlənib. Amma bu da karbonun gücü haqqında çox yetərsiz bilgi verir, çünki karbon bütün canlı maddələrin təməlidir”.31


Çox dəyərli maddə olan almaz adi halda təbiətdə qrafit kimi tapılan karbonun bir növüdür.

Karbonun sadəcə hidrogenlə qurduğu müxtəlif bağlar "hidrokarbonatlar" adlanan böyük bir ailəni əmələ gətirir. Bu ailəyə təbii qaz, neft, neftin müxtəlif fraksiyaları və s. daxildir. Etilen və propilen kimi tanınan hidrokarbonatlar isə neft-kimya sənayesinin təməlidir. Bu sıraya benzin, toluen və s. kimi birləşmələr də daxildir. Pal-paltarımızı güvədən qorumaq üçün şkaflara qoyduğumuz naftalin isə bir başqa cür hidrokarbonatdır. Xlor və ya flüorla birləşən hidrokarbonatlar anesteziya maddələri, yanğın söndürücüləri və soyuducularda işlədilən freon kimi fərqli maddələr əmələ gətirir. Kimyaçı Siduikin də dediyi kimi, sadəcə 6 proton, 6 neytron və 6 elektrondan ibərət olan bu atomun gücünü və imkanların tam dərk etmək mümkünsüzdür. Eyni zamanda, bu atomun canlı aləm üçün önəmli olan hansısa bir özəlliyi təsadüfən qazandığını iddia etmək də absurddur. Qısası, bütün başqa varlıqlar kimi karbon atomu da Allah tərəfindən qüsursuz və canlı aləmə tamamilə uyğun şəkildə yaradılıb.

"Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi ehtiva edir" ("Nisa" surəsi, 126).
(harun yahya Atom möcüzƏsi)

29. Vlasov Trifonov, 107 Kimya Öyküsü, TÜBİTAK Yayınları, s. 118
30. David Burnie, Life, Eyewitness Science, London: Dorling Kindersley, 1996, s.8
31. Nevil V.Sidgwick, The Chemical Elements and Their Compounds, vol.1, Oxford: Oxford University Press, 1950, s.490