Molekullar arasındakı əlaqə

Atomları bir-birinə bağlayan bağlar molekullar arasındakı əlaqəyə nisbətən çox güclüdür. Bununla belə, həmin əlaqənin sayəsində milyonla müxtəlif maddələr yaranır. Bəs molekullar maddəni əmələ gətirmək üçün necə birləşirlər?


Zülallar vücudumuzda çox önəmli bir funksiyanı yerinə yetirmək üçün üç ölçülü quruluşa sahibdirlər. Bu quruluş molekullar arasındakı zəif rabitə nəticəsində meydana gəlir.

Molekullar formalaşdan sonra tarazlıq pozulmasın deyə, atomlar arasındakı elektron alış-verişi kəsilir. Bəs onları bir arada tutan nədir? Bu sualı cavablandırmağa çalışan kimyaçılar müxtəlif nəzəriyyələr irəli sürüblər. Araşdırmalar göstərib ki, molekullar onları yaradan atomların xüsusiyyətlərindən asılı olaraq, müxtəlif cür birləşə bilirlər. "Canlıların kimyası" adlanan üzvi kimya üçün bu bağlar daha önəmlidir. Çünki üzvi maddələri əmələ gətirən ən önəmli molekular onun sayəsində ortaya çıxırlar. Məsələn, zülallara baxaq. Canlı orqanizmlərin əsaslarından biri olan zülalların mürəkkəb üçölçülü formaları məhz bu bağların sayəsində meydana gəlir. Yəni canlıların oluşması üçün atomlar arasındakı güclü kimyəvi əlaqəylə yanaşı, molekullar arasında zəif kimyəvi əlaqənin olması da vacibdir. Əlbəttə ki, bu əlaqənin gücü də müəyyən ölçüdə olmalıdır.

Zülallar "aminturşular" adı verilən molekulların birləşməsindən yaranan daha iri molekullardır. Aminturşuları əmələ gətirən atomlar kovalent əlaqələrlə birləşirlər. Zəif molekulyar əlaqə isə bu aminturşuları üçölçülü formaya sahib olacaq şəkildə bir-birinə bağlayır. Zülallar ancaq müəyyən üçüölçülü formada mövcud olduqları halda canlı orqanzimlərdə gərəkən funksiyaları yerinə yetirə bilirlər. Demək, əgər zəif molekuylar əlaqə olmasaydı, nə zülallar, nə də dolayısıyla, canlı aləm yaranardı.

Bu cür zəif əlaqələrdən olan hidrogen rabitəsi də həyatımızda çox böyük rol oynayır. Məsələn, yaşamın təməli olan su məhz hidrogen rabitəsi nəticəsində əmələ gəlib.
(harun yahya Atom möcüzƏsi)