Pilotsuz təyyarə texnologiyası

Pilotsuz təyyarə texnologiyası gündən-günə inkişaf edir. Ölkəmizdəki İHD (İnsansız Hava Daşımaları) adlı bu yeni texnologiya hər ölkənin müdafiə layihələrində ön sıralarda yer alır. Amerika Hava Qüvvələri bu baxımdan iki mühüm proqram irəli sürüb. UAV (Unmanned Aerial Vehicle - İnsansız Hava Daşımaları) və UCAV (Uninhabited Combat Air Vehicle - İnsansız Hərbi Hava Daşımaları) adlandırılan bu iki proqram yaxın gələcəkdə pilotsuz təyyarələrin çox önəm qazanacağını ortaya qoyur. Bu yeni texnologiyanı "yeni bir çağ" kimi təqdim edən Amerika Hava Qüvvələrinin səlahiyyətli şəxsləri sözügedən texnologiyanın pilotlu təyyarələrlə müqayisədə çox böyük üstünlüklərinin olduğunu söyləyirlər. Həm yerdən idarə edilən, həm də proqramlaşdırılaraq istifadə edilə bilən bu vasitələrin bəzi üstünlükləri bunlardır:



* İnsanın həyatı ilə risk edilmir. Hər hansı bir itki vermədən kəşfiyyat aparmaq və müharibə etmək mümkündür;

* Pilotsuz təyyarələrin ölçüsü kiçik olduğu üçün maddi baxımdan da sərfəlidir;

* Ölçülərinə və malik olduqları texnologiyaya görə düşmən radarları tərəfindən müəyyən edilmə ehtimalları daha az olur. Məsələn, NASA-da həyata keçirilən X-36 proqramı uzunluğu 5-6 metr, çəkisi isə təxminən 600 kq olan təyyarələrin istehsalını nəzərdə tutur. Bu təyyarələr komanda mərkəzində simulyatorla işləyən pilot tərəfindən idarə olunur. Hücumlara qarşı tədbir də vasitədəki kameralardan ötürülən təsvirlərə görə yerdəki pilot tərəfindən idarə edilir;

* Ölçüləri səbəbi ilə və pilotsuz olduqları üçün yüksək manevr qabiliyyətinə malikdirlər;

* Sahib olduqları rəngli və infraruj kameraların köməyi ilə əlçatmaz bölgələrdən belə kəşfiyyat xəbərləri ala bilirlər. Bu qeydlər peyk vasitəsilə qısa müddət ərzində idarə mərkəzinə çatdırıla bilər;

* Araşdırmalara görə, pilotlu bir təyyarədə uçuş saatlarının 80 faizi pilotun təlimi, 20 faizi isə iş məqsədi olduğu halda insansız təyyarələrdən 100 faiz iş məqsədilə istifadə olunur. Bunun həm zaman, həm də maddi baxımdan böyük faydası var.
Bu üstünlüklər pilotsuz təyyarələrin seçilməsi üçün ağıla ilk gələn səbəblərdir.

Yuxarıda adını çəkdiyimiz layihələr hamısı hələ tam həyata keçirilməyib. Ancaq bu layihələr şübhəsiz ki, yaxın gələcəkdə təyyarə texnologiyasında layiq olduğu yeri tutacaq.3
(harun yahya Həzrəti Süleyman)

3 [ Science et vie, "Les avions sans pilote passent a l'attaque..." Şubat, 1998, no: 965, s. 119