Quşların öz aralarındakı rabitə dili



Quşların öz aralarında xüsusi bir rabitə dili var və bunun üçün səslərindən ustalıqla istifadə edirlər. Quşlar müəyyən səs dalğalarından - UV-A dalğa boyu - istifadə edərək əlaqə qurur. Bizim eşitmədiyimiz səs dalğalarında danışdıqları üçün biz bunları qavraya bilmirik. Quşlar balalarını, ata-analarını, cütlərini bu səslərlə tanıyır, sürülərinin toplanmasını təmin edir, bir-birini təhlükədən xəbərdar edirlər. Onlar rabitə dalğalarını dəyişib çox sürətlə məlumat daşıya bilirlər.4

Bunlardan başqa, Hz.Süleyman digər ölkələr və düşmənləri haqqında kəşfiyyat məlumatı əldə etmək üçün quşlara ötürücü cihaz yerləşdirmiş, bu şəkildə həm təsvir, həm də səs yazısı əldə etmiş, beləliklə də bunlardan ölkəsinin idarəçiliyində müxtəlif şəkildə istifadə etmiş də ola bilər.

Hz.Süleymanın cinlər və şeytanlar üzərində böyük bir hakimiyyətinin olduğu məlumdur. Allah "Səba" və "Ənbiya" surələrində bununla bağlı belə buyurur:

"...Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi... " ("Səba" surəsi, 12). "...Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik..." ("Ənbiya" surəsi, 82).

Bu baxımdan düşündükdə quşlardan da çox quş görkəmindəki cinlərdən meydana gələn bir ordu ola bilər.

Başqa bir ehtimal da var ki, ayədə sözügedən quşlar cinlər tərəfindən idarə edilir. Və Süleyman peyğəmbər də cinlər vasitəsilə quşlara istədiyi bütün işləri gördürmüş ola bilər.

Quran Allahın qiyamət gününə qədər bütün insanlar üçün keçərli saydığı Kitabdır. Buna görə Hz.Süleyman qissəsindəki hadisələrin bəziləri axırzamanda da yaşana bilər. Bu ayələr Allahın cinləri və şeytanları axırzamanda da insanların xidmətinə verəcəyinə işarə ola bilər. Yenə bu qissədə işarə edilərək diqqətin yönəldildiyi yüksək texnologiyadan axırzamandakı insanların da çox geniş şəkildə istifadə edəcəyinə diqqətimizi çəkmiş ola bilər (Doğrusunu Allah bilir).



Ultrasonik və transonik adlandırılan səslər normal insanın eşitməsi üçün lazım olan səs dalğalarıdır. Bir sıra quş, həşərat və ya gəmirici, yarasa, it, pişik kimi məməlilər bu yüksək dalğaları duyub onlarla rabitə qurur. İnsanlar isə bu səsləri eşidə və bu səbəbdən onlar arasındakı əlaqəni anlaya bilmir. Ancaq ayələrdən də gördüyümüz kimi, Allah Hz.Süleymana bu səsləri qəbul edəcək və anlaya biləcək bir elm və texnologiya vermiş ola bilər.5
(harun yahya Həzrəti Süleyman)

4 [
5 [