Kəşfiyyat və xəbərləşmə cihazlarından istifadə edilməsi



Bu gün mikrokameraların köməyi ilə kəşfiyyat məqsədli təsvir yaratma çox asanlaşıb. Əvvəllər yalnız kəşfiyyat qurumları tərəfindən istifadə edilən və texnologiyası ictimaiyyətdən gizlədilən mikrokameraları bu gün hər istəyən satın ala bilər.

Qalstuk, qol saatı, stolüstü lampa və ya saat, qələm, eynək, qələmyonan, kitab, alışqan, papaq, kiçik radio, oyuncaq, səsləmə aləti, telefon, duman detektorları, bitkinin altı kimi yerlərə yerləşdirilə bilən mikrokameralar sayəsində heç kim bilmədən görüntü əldə edilir. Hər gün bir az da kiçilən bu kameraların ölçüləri 2 millimetrlə bir neçə santimetr arasındadır.7 Eyni mikrokameraları yuxarıda sadaladıqlarımızla yanaşı heyvanların üzərinə də yerləşdirmək mümkündür.

Bu mikrokameraların bir çox xüsusiyyətləri var. Məsələn, bir mikro yazı aləti ilə əldə edilən görüntülər normal bir yazı aləti ilə qeyd edilənlə eyni keyfiyyətdədir. Batareya ilə işləyən bu kameralarla ağ-qara yaxud da rəngli çəkiliş aparmaq mümkündür. Bəzi kameralar fasiləsiz çəkiliş apararkən digərləri də şəraitə uyğun olaraq avtomatik dönərək hərəkət edir. Batareya ilə işləyən bu mikrokameralar saatlarla çəkiliş apara bilir. İnfraqırmızı kameralar isə təqribən 150 metrlik bir sahəni zülmət qaranlıqda qeyd edə bilir.8

Kəşfiyyat məqsədli gizli dinləmə cihazlarına ingiliscə "vuq" ("böcək") deyilir. Bu "böcək"lər bir sahəyə yerləşdiriləndə əlaqəni əngəlləyən və ya məlumatı bir sahədən digərinə ötürən cihazlardır. Bu cihazları dinləyən şəxs hədəfdən bir neçə yüz metr uzaqda ola bilər. Bu dinləmə cihazlarının istehsalı, satışı və tətbiqi ABŞ-da milyardlarla dollarlıq bir sənayeni təşkil edir.9 Böyük cinayətlərin araşdırılmasında, telefonların dinlənilməsində bu cihazlardan geniş istifadə edilir. "Böcək" adlı dinləmə cihazlarının bir neçə növü var. Ultrasonik olanları səsi normaldan yüksəyə qaldırır. Daha sonra bu siqnal normal səs dalğasına çevrilir.
(harun yahya Həzrəti Süleyman)

8 [
9 [