Elektrikdən istifadəyə dair işarələr



"...Onun üçün mis mədənini sel kimi əridib axıtdıq..." ("Səba" surəsi, 12).

Allahın Hz.Süleymanın əmrinə verdiyi böyük nemətlərdən biri də "ərimiş mis mədənidir". Bu ayəni fərqli şəkillərdə izah etmək mümkündür.

Hz.Süleyman sərəncamında olan şeytan və cinlərdən istifadə edərək ərimiş misdən həm dekorativ, həm də istifadəyə yararlı iri qablar, qazanlar və heykəllər düzəltdirmiş ola bilər. Həmçinin bu qab, qazan və heykəllər ayələrdə qeyd edilir ("Səba" surəsi, 13).

Ərimiş misdən istifadə ilə Hz.Süleyman dövründə elektriklə işləyən yüksək bir texnologiyanın varlığına da işarə olunur. Bildiyimiz kimi, mis elektriki və istiliyi ən yaxşı ötürən metallardan biridir və bu səbəbdən elektrik sənayesinin təməlini təşkil edir. Dünyada istehsal edilən misin mühüm bir hissəsindən elektrik sənayesində istifadə edilir.



"(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik" ("Səcdə" surəsi, 24).


Hz.Süleyman dövründə çox miqdarda istehsal edilən elektrik inşaat və rabitə kimi bir çox sahələrdə istifadə edilmiş ola bilər. Ayədəki "sel kimi axıtdıq" ifadəsi də buna işarə ola bilər (Doğrusunu Allah bilir).

Bəzi tədqiqatçılar ayədəki "aynəl qıtri" ifadəsini neft kimi izah edir. Müasir dövrdə neft yüksək texnologiyanın ən başlıca xammalıdır. Hz.Süleyman da neftdən öz dövrünün texnologiyasında çox geniş şəkildə istifadə etmiş ola bilər (Şübhəsiz ki, doğrusunu Allah bilir).



"Səba" surəsinin 12-ci ayəsində gedən "aynəl ketri" ifadəsi ərimiş mis kimi qəbul edilsə, bununla bugünkü elektrik sənayesinə işarə edildiyi ehtimal olunur. İstiliyi və elektriki ən yaxşı ötürən metallardan biri olan mis yüksək texnologiyanın başlıca maddələrindən biridir.
(harun yahya Həzrəti Süleyman)