Arim seli ilə həlak olan Səba qövmü



Tarixi mənbələrə görə, Səba xalqı Cənubi Ərəbistanda yaşamış dörd böyük sivilizasiyadan biridir. Səba xalqı tarixdə mədəni tayfa kimi tanınır. Onların ən önəmli əsərlərindən olan Mərib Səddi malik olduqları texniki səviyyənin göstəricisidir. Səbalılar dövlət qurmalarının daha ilk mərhələsindən burada bir sədd qurmuş, suvarma işinə başlamış və bu səddin sayəsində inkişaf etmişdilər.

Məribdəki bu səddin yüksəkliyi 16 metr, eni 60 metr, uzunluğu isə 620 metr idi. Hesablamalara görə, sədd vasitəsilə suvarıla bilən bütün sahə 9600 hektar idi ki, bunun da 5300 hektarı cənub, qalanı isə şimal düzənliyinə aid idi. Bu iki düzənlik Səba kitabələrində bəzən "Mərib və iki düzənlik" deyə qeyd olunurdu. Qurandakı "sağdan və soldan iki bağça" ifadəsi çox ehtimal ki, bu iki vadidəki bağ-bağçalara işarə edir. Bölgə bu səddin və suvarma qurğularının sayəsində Yəmənin ən yaxşı suvarılan və ən məhsuldar zonası kimi şöhrət qazanmışdı.

Bu sədd bizim eranın V-VI əsrlərində geniş şəkildə təmir edilmişdi. Ancaq bu təmir işləri səddin 542-ci ildə yıxılmasının qarşısını ala bilmədi. Bu tarixdə yıxılan sədd Quranda bəhs edilən "Arim seli"nə səbəb oldu. Səba xalqının illərdir becərdiyi bağları, bağçaları və təsərrüfat sahələri tamamilə məhv oldu. Səddin yıxılmasından sonra Səba xalqının sürətlə geriləməsi müşahidə edilir. Səddin yıxılması ilə Səba dövlətinin də sonu gəldi.

Quran ayələrini bu tarixi həqiqətlər işığında incələdiyimiz zaman ortada böyük bir harmoniya olduğunu görürük. Arxeoloji tapıntılar və tarixi həqiqətlər Quranda yazılanlara işarə edir. Quranda Səba xalqına göndərilən əzabdan "Səylül Arim", yəni "Arim seli" şəklində bəhs edilir. Qurandakı bu ifadə eyni zamanda bir selin meydana gəlmə səbəbini göstərir. Çünki "Arim" sözünün bir mənası da bənd və ya sədd deməkdir. Dolayısı ilə "Səylül Arim" ifadəsi də səddin yıxılması nəticəsində baş verən bir selə işarə edir.

"Müqəddəs Kitab doğrunu söylədi" ("Und Die Bibel Nat Doch Recht") kitabının müəllifi, alman arxeoloqu Verner Keller də Qurana uyğun olaraq Arim selinin baş verdiyini qəbul edir və belə yazır:

"Belə bir səddin varlığı və dağılaraq şəhəri tamamilə uçurması Qurandakı bağça sahibləri ilə bağlı verilən nümunənin həqiqətən də baş verdiyini sübut edir".2



Quranda bəhs edilən Arim selindən sonra Mərib Səddinin dağılması Səba ölkəsinin suyun altında qalmasına səbəb oldu və bütün şəhər dağıldı.

Səba xalqının yaşadığı və artıq tamamilə bir xaraba halına çevrilmiş Marib şübhəsiz ki, Səba xalqı kimi eyni səhvi etmiş bütün insanlar üçün bir ibrətdir. Onlar Allaha nankorluq edib əvəzində də bu fəlakəti görmüş, sahib olduqları bütün zənginlikləri bir anda itirmişlər (Ətraflı məlumat üçün bax: "Qövmlərin həlakı", 6-cı nəşr, Harun Yəhya, 2001, Vural Yayınçılık)
(harun yahya Allah ağılla bilinir)