Əhdi Ətiqdə Hz.Süleyman

Kitabın bura qədərki hissəsində Hz.Süleymanın bir çox xüsusiyyətləri ilə yanaşı onun yüksək sənət anlayışından və zənginliyindən də söhbət açdıq. Onun bütün görənlərin heyran olduğu sarayından, xidmətində olan cin və şeytanlardan istifadə edərək gördüyü sənət işlərindən bəhs etdik. Bəzilərinin bina ustaları və dalğıclar olduğu əmrindəki şeytanların Quranda da bildirildiyi kimi, "qalalar, heykəllər, hovuz böyüklüyündə qablar və yerindən sökülməyən qazanlar" düzəltməsindən danışdıq.

Əvvəl də qeyd etdiyimiz kimi, Allah Hz.Süleymanı eynilə atası Hz.Davud kimi İsrailoğullarına peyğəmbər olaraq göndərmişdi. Hz.Süleyman onları Allahın ayələrindən xəbərdar etmiş, gözəl əxlaqlı olmağa dəvət etmişdi. Bu səbəbdən də İsrailoğullarının kitabı olan Əhdi-Ətiqdə Hz.Süleyman haqqında bir çox məlumatlar var.

Əvvəlcə Əhdi-Ətiqin quruluşunu açıqlamaq lazımdır. Əhdi-Ətiq Hz.Musaya verilən Tövratın, Hz.Davuda verilən Zəburun (Məzmurların) və müxtəlif yəhudi peyğəmbərlər tərəfindən yazıldığı və ya onların həyatından danışıldığı qəbul edilən kitabların toplusudur. Yəhudilər Əhdi-Ətiqə inanır. Xristianlar isə həm bu kitaba, həm də əlavə olaraq "Əhdi-Cədid" adlandırdıqları və Hz.İsa haqqında olan "İncil" adlı dörd kitabın və başqa bəzi məktubların olduğu ikinci bir kitablar toplusuna inanır.

Ancaq Qurana görə, Tövrat, Zəbur və İncil Allahın vəhyindən sonra insanlar tərəfindən təhrif edilmişdir. Bundan sonra mövcud olan Əhdi-Ətiqə və Əhdi-Cədidə bir ilahi kəlam kimi deyil, içində haqqın olduğu ehtimal edilən, ancaq bununla yanaşı müxtəlif əfsanə və xurafatların da olduğu qaynaq kimi baxmaq lazımdır.

Dolayısı ilə Əhdi-Ətiqdən daha çox tarixi bir qaynaq kimi yararlanmaq doğru olardı. Bu tarixi qaynağın nə dərəcədə doğru olduğunu isə onun Qurana uyğun olub-olmaması ilə müəyyən edə bilərik.

Hz.Süleymanın həyatından bilgilər olan Əhdi-Ətiq kitabında isə bir çox tarixi məlumat toplamaq mümkündür. Xüsusilə də bunların arasında Hz.Süleymanın dünyadakı güclü hakimiyyətindən, yüksək hikmətə malik bir qul olduğundan, Allaha olan güclü imanından qeydlər Quranla çox uyğun gəlir. Əhdi-Ətiqdə Hz.Süleyman krallığının Nil və Fərat çayları arasında qalan sahəni əhatə etdiyi yazılır ki, o dövrdə dünyanın mədəni və iqtisadi mərkəzi olan Mesopotamiyada bu qədər geniş sahəyə hakim olmaq, üstəlik Səba nümunəsində olduğu kimi ətraf ölkələri idarə edəcək bir güc göstərmək əlbəttə ki, çox böyük bir siyasi iqtidarın əlamətidir.

Bununla yanaşı, Əhdi-Ətiqdə Hz.Süleymanın zənginliyinə dair verilən məlumatlar çox diqqətçəkicidir. Onun sarayının tikilişi, kömək aldığı insanlar, sarayının tikilişində istifadə etdiyi materiallar haqqındakı məlumatlar və sarayın böyüklüyünə aid bilgilər aşağıdakı şəkildədir.

Hz.Süleyman Allahın diləyi ilə böyük bir ev tikmişdi

"Allahım Rəbbin adına böyük bir ev tikəcəyəm... Və tikməkdə olduğum ev böyükdür..." (2. Tarixlər, Bab 2/2-5).

"Və budur, mənə bol ləvazimat hazırlasınlar deyə qullarım sənin qullarınla bərabər olacaqlar; çünki tikəcəyim ev böyük və gözqamaşdırıcı bir şey olacaqdır" (2. Tarixlər, Bab 2/9).

"Və tuncdan bir məzbah tikdi; uzunluğu iyirmi arşın, (4 arşın 1,78 metrə bərabərdir) və eni iyirmi arşın və hündürlüyü on arşın" (2. Tarixlər, Bab 4/1).

"Və Süleymanın Rəbb üçün tikdiyi evin uzunluğu altmış arşın, eni iyirmi və hündürlüyü otuz arşındır. Və evin məbədi önündəki eyvanın uzunluğu evin eninə görə iyirmi arşındı; və onun eni evin qabağında on arşındı. Və ev üçün qəfəslə bağlanmış pəncərələr düzəltdi. Və evin divarı ətrafına bitişik, həm məbədin, həm də içəridəki otağın ətrafındakı evin divarlarına bitişik mərtəbələr tikdi; və ətrafından otaqlar tikdi. Aşağı mərtəbə beş arşın enində və orta mərtəbə altı arşın enində və üçüncüsü isə yeddi arşın enində idi; girişlər evin divarını tutmasın deyə evin divarı ətrafında bayır tərəfdən dayaqlar qoydu" (1. Krallar, Bab 6/2-6).

Evin tikilməsində bacarıqlı işçilərlə çalışmışdır


Kənarda Qüdsü təmsil edən məbədlərdən biri olan və Qübbətüs-Səhra adlandırılan Hz.Ömər məscidi görünür.

"Və indi atam Davudun hazırlamış olduğu Yahudada və Yerusəlimdə yanımda olan bacarıqlı adamlarla bərabər mənə bir adam göndər, qızıl və gümüş və tunc və dəmir və qırmızı və lacivərd işlərində hünərli olsun və bütün növ oyma işlərini bilsin. Və mənə Livandan ərz ağacı və sərv və sandal ağacı göndər; çünki bilirəm ki, sənin qulların Livandan taxta-şalban kəsməyi bilirlər" (2. Tarixlər, Bab 2/7-8).

Oyma işlərində müxtəlif ağaclardan istifadə etmişlər

"Və ev tikilməkdə ikən daş ocağında hazırlanmış daşdan tikildi; və tikilən evin içindən nə çəkic, nə balta, nə də dəmir bir alət səsi eşidilmədi. Orta kənar otaqların qapısı evin sağ tərəfində idi; və dolanbac nərdivanla orta mərtəbəyə və orta mərtəbədən üçüncü mərtəbəyə çıxardılar. Evi belə tikdi və onu bitirdi; və evi ərz ağaclarından girişlər və qalın taxtalarla örtdü. Və bütün evə bitişik mərtəbələri hər birinin hündürlüyünü beş arşın olaraq tikdi və onları ərz ağacından taxtalarla evə bağladı" (1. Krallar, Bab 6/7-10).

"Və içəridəki otaqda hər bir on arşın hündürlüyündə zeytun ağacından iki kərubi (Yəhudi inancına görə, Kərubilər Sfinksə oxşayan, aslan bədənli, insan başlı, qanadlı mələkdir) düzəltdi. Və kərubinin bir qanadı beş arşındı və kərubinin o biri qanadı beş arşındı; bir qanadının ucundan o birinin ucuna on arşındı. Bir qanadının ucundan o birinin ucuna on arşındı. Və o biri kərubi on arşındı; hər iki kərubi bir ölçüdə və bir biçimdə idi. Bir kərubinin hündürlüyü on arşındı, o biri kərubininki də belə idi. Və kərubiləri içəridəki evin içinə qoydu; və kərubilərin qanadları gərilmişdi, belə ki, birinin qanadı bir divara, digər kərubinin qanadı o biri divara dəyirdi; və qanadları evin ortasında bir-birinə dəyirdi. Və kərubilərə qızıldan üz çəkdi" (1. Krallar, Bab 6/23-28).

"Və içəridə və bayırda boydan-boya evin bütün divarlarına qabartma şəkillər, kərubilər və xurma ağacları və açılmış çiçəklər oydu. Və içəridə və bayırda evin döşəməsini qızılla örtdü. Və içəridəki otağın girəcəyinə zeytun ağacından qapı qanadları tikdi; üst eşiklə qapı çərçivələri divarın beşdə biri idi. Beləcə zeytun ağacından iki qapı qanadı düzəltdi; və üzərilərinə qabartma kərubilər və xurma ağacları və açılmış çiçəklər oydu və onları qızılla üzlədi; və qızılı kərubilərlə xurma ağaclarının üstünə döşədi. Məbədin girəcək yerinə də zeytun ağacından divarın dörddə biri olmaqla qapı çərçivələri və sərv ağacından iki qapı qanadı tikdi; və bir qanad iki parçadan olub qatlanırdı və digər qanad iki parçadan ibarət olub qatlanırdı. Və üzərlərinə kərubilər və xurma ağacları və açılmış çiçəklər oydu. Və oyma işi üçün hazırlanmış qızılla onları bəzədi. Və içəridəki həyəti üç sıra yonulmuş daşla və bir sıra ərz ağacı kirişi ilə düzəltdi" (1. Krallar, Bab 6/29-36).

"Və Süleyman on üç ildir öz evini tikirdi və bütün evi bitirdi. Və Livan meşəsi evini tikdi; uzunluğu yüz arşın və eni əlli arşın və hündürlüyü otuz arşın olaraq sütunlar üzərində ərz ağacı kirişlər olmaq üzrə ərz ağacından dörd sıra dirəklər üzərində idi. Və dirəklərin üstündə olan qırx beş kirişin üzəri ərz ağacı ilə örtülü idi; bir sırada on beş. Və girişlər üç sıra idi, və pəncərə pəncərəyə qarşı idi, üç qat. Və bütün qapılar və çərçivələr kirişlərlə dördbucaqlı düzəldilmişdi; və pəncərə pəncərəyə qarşı idi, üç qat. Və sütunlar eyvanını tikdi; uzunluğu əlli arşın və eni otuz arşındı; və qarşılarında bir eyvan; və qarşılarında dirəklər və eşik vardı. Və taxt eyvanını, orada hökm verəcəyi hökm eyvanını tikdi; və döşəmədən tavana qədər ərz ağacı ilə örtülü idi. Və özünün oturacağı ev, eyvanın iç tərəfindəki həyətdə, eyni quruluşda idi..." (1. Krallar, Bab 7/1-8).

Yanında on minlərlə adam işləmişdi


Sarayın tikintisində işləyən insanları təsvir edən tablo

"...Və Süleyman atası Davudun İsrail diyarında olan bütün qəribləri saydıqdan sonra onları saydı; və yüz əlli üç min altı yüz nəfər oldular. Və onlardan yük daşıyan yetmiş min və dağlarda daş kəsən səksən min və qövmü işlətmək üçün iş başına üç min altı yüz nəfər qoydu" (2. Tarixlər, Bab 2/17-18).

"Və kral Süleyman bütün İsraildən məcburi işçiləri topladı; və məcburi işçilər otuz min adamdı. Ayda on min adam olmaq şərtilə bunları sıra ilə Livana göndərdi; bir ay Livanda və iki ay evdə qalardılar; və məcburi işçilərin başında Adoniram vardı. Və Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş kəsən səksən min adamı, bunlardan başqa Süleymanın işləyənlərin üzərində hökm edən, işin başında duran üç min üç yüz baş adamı vardı. Və kral əmr etdi və onlar evin təməlini yonulmuş daşla qoymaq üçün böyük və dəyərli daşlar kəsdilər" (1. Krallar, Bab 5/13-17).

Hz.Süleymanın tikdiyi evin təməli

"...Və Allah evinin tikilməsi üçün Süleymanın qoyduğu təməllər bunlardır. Uzunluğu qədim ölçüyə görə, altmış arşın və eni iyirmi arşın. Və evin qarşısında olan eyvanın uzunluğu evin eninə görə iyirmi arşın və hündürlüyü yüz iyirmi..." (2. Tarixlər, Bab 3/2-4).
Evin həm çölü, həm də içi xalis qızıl, tunc və qiymətli daşlarla bəzədilmişdir

"...Və onu içəridən xalis qızılla bürüdü. Və böyük evə sərv ağaclarından tavan düzəltdirib onu xalis qızılla bürüdü; və onun üstünə qabartma xurma ağacları və zəncirlər işlədi. Və gözəl olsun deyə evi qiymətli daşlarla bəzədi; və qızıl Parvaim qızılı idi. Və evi, kirişlərini, eşiklərini və divarlarını və qapılarını qızılla bürüdü və divarlara kərubilər oydu.

Və bənzərsiz evini tikdi; onun uzunluğu evin eninə görə iyirmi arşındı və eni iyirmi arşın; və onu altı yüz talant qədər saf qızılla bəzədi. Və mismarların ağırlığı əlli şekel qızıl idi. Və yuxarıdakı otaqlar qızılla bəzədilmişdi" (2. Tarixlər, Bab 3/4-9).

"Və Süleyman evi içəridən xalis qızılla bəzədi; və içəridəki otağın qarşısına qızıl zəncirlər çəkdi; və onu qızılla bəzədi. Və bütün evi tamamilə qızılla bəzədi; içəridəki otağı da qızılla bəzədi" (1. Krallar, Bab 6/21-22).


"O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir" ("Həcc" surəsi, 41).


"Və bütün qüvvəmlə Allahımın evi üçün, qızıl şeylər üçün qızıl və gümüş şeylər üçün gümüş və tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir və ağac şeylər üçün ağac; əqiq daşları və oyulmuş daşlar və zinət daşları və müxtəlif rəngli daşlar və hər növ qiymətli daşlar və bir çox mərmər daşları hazırladım. Və bundan başqa müqəddəs ev üçün hazırlamış olduğum hər şeydən artıq olaraq, madam ki, qızıl və gümüş xəzinəm vardır, Allahımın evinə olan sevgim uğrunda onu Ofir qızılından üç min talant qızılı və evlərin divarlarını bəzəmək üçün yeddi min saf gümüşü; qızıl şeylər üçün qızılı, və gümüş şeylər üçün gümüşü, sənətkarlar əli ilə görüləcək bütün işlər üçün verirəm..." (1. Tarixlər, Bab 29/2-5).

"Və Süleyman Allahın evindəki bütün qapıları və qızıl məzbahı və üzərində dinclik çörəyi olan süfrələri; və adətə görə içəridəki otağın qapısında yanmaq üçün xalis qızıldan qəndillərlə bərabər şamdanlar; və qızıldan (bu da xalis qızıldan) cicəkləri və qəndilləri və maşaları; və xalis qızıldan qayçıları və ləyənləri və qaşıqları və qabları düzəltdi. Və evin girəcəyinə gəlincə onun müqəddəs evə açılan içəri qapı qanadları və evin, məbədin qapı qanadları qızıldan idi" (2. Tarixlər, Bab 4/19-22).

"...Və atası Davudun ayırdığı şeyləri, gümüşü və qızılı və bütün dəstləri Süleyman içəri gətirdi və onları Allah evinin xəzinəsinə qoydu" (2. Tarixlər, Bab 5/1).


"(O gün) bir çox üzlər isə sevinəcək; Zəhmətindən razı qalacaq; Yüksək Cənnətdə olacaq" ("Ğaşiyə" surəsi, 8-10).

"Bunlar hamısı, içəridən və bayırdan, təməldən dama qədər, mişarla kəsilmiş, yonulmuş, ölçüyə görə daşdan, qiymətli daşdandır; eşikdən böyük həyətə qədər də belə idi. Və təməl qiymətli daşlardan, böyük daşlardan, on arşınlıq və səkkiz arşınlıq daşlardan idi. Və üstündə ölçüyə görə dəyərli daşlar, yonulmuş daş və ərz ağacı vardı. Rəbb evinin içəridəki həyətində və evin eyvanında olduğu kimi böyük həyətin də ətrafında üç sıra yonulmuş daş və bir sıra ərz ağacı kirişləri vardı" (1. Krallar, Bab 7/9-12).

"Və tuncdan on ayaqlıq düzəltdi; bir ayaqlığın uzunluğu dörd arşın, eni dörd arşın və hündürlüyü üç arşındı. Və ayaqlıqların işi bu şəkildədi; yan lövhələri vardı; və pərvazlar arasında olan yan lövhələr vardı; və pərvazlar arasında olan yan lövhələrdə aslanlar, öküzlər və kərubilər vardı; və yuxarıdakı pərvazlar da belə idi; və aslanların və öküzlərin altında sallanmış çələnglər işlənmişdi. Və hər ayaqlığın dörd tunc təkəri və tunc oxları vardı; və onun dörd ayağının sütunları vardı; hər birinin yanında çələnglər olaraq sütunlar qazanın altında qoyulmuşdu. Və onun ağzı başlığın içində və yuxarıda bir arşındı; və ayaqlıq işinə görə ağzı dəyirmi (yuvarlaq), bir yarım arşında; və ağzında da oymalar vardı və onların yan lövhələri yuvarlaq deyil, dörd guşəli idi. Və dörd təkər yan lövhələrin altında idi; və təkərlərin oxları ayaqlıqda idi; və bir təkərliyin hündürüyü bir yarım arşındı. Və təkərlərin işi arabanınkı kimi deyil; oxları və barmaqları və başlıqlarının hamısı tökmə idi. Və hər ayaqlığın dörd küncündə dörd sütun vardı və bunlar özündəndi. Və ayaqlığın başında yarım arşın hündürlüyündə yuvarlaq bir şəkil vardı; və ayaqlığın başındakı qollar və yan lövhələr özündəndi. Və hər birinin eninə görə qollarının düz yerlərinə və yan lövhələrinə, kərubilər, aslanlar və xurma ağacları və çələnglər oydu. Beləcə on ayaqlığı düzəltdi; hamısının forması, ölçüsü və şəkli birdi" (1. Krallar, 7. Bab/27-37).

Heykəltəraşlar evi bəzədilər

"Və bu müqəddəs evdə heykəltəraş iki kərubi tikdi; və onları qızılla bəzədilər. Və kərubilərin qanadları iyirmi arşın uzunluğunda idi; kərubinin bir qanadı beş arşın idi, evin divarına dəyirdi; və o biri qanadı da beş arşındı, o biri kərubinin qanadına dəyirdi. Digər kərubinin qanadı da beş arşın idi, evin divarına dəyirdi; və o biri qanadı da beş arşındı, o biri kərubinin qanadına dəyirdi. Bu kərubilərin qanadları iyirmi arşın yayılırdı; və kərubilər ayaq üstə dururdular və üzləri evə tərəf çevrilmişdi. Və pərdəni lacivərddən və ərquvanidən və qırmızıdan və incə kətandan düzəltdi və üzərinə kərubilər işlədi" (2. Tarixlər, Bab 3/10-14).


"Onlar ali bəzmə qulaq asa bilməz və hər tərəfdən qovulub atılar" ("Səff" surəsi, 8).

Çox böyük və möhtəşəm qazanlar, şamdanlar düzəltdilər

"Və on qazan düzəltdi və onlarda yuyunmaq üçün beşini sağa və beşini sola qoydu; bəzi şeyləri onların içində yuyardılar; ancaq dəniz kahinlərin yuyunması üçündür" (2. Tarixlər, Bab 4/6).

"Və on qızıl şamdanı qanunlarına görə düzəltdi; və beşi sağda və beşi solda olaraq onları məbədə qoydu. Və on masa düzəltdi; və beşi sağda və beşi solda olaraq onları məbədə qoydu. Və qızıldan yüz ləyən düzəltdi. Və kahinlərin həyətini və böyük həyəti və həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla bəzədi. Və dənizi evin sağına, şərq tərəfinə, cənuba tərəf qoydu" (2. Tarixlər, Bab 4/7-10).

"Və tuncdan on qazan düzəltdi; bir qazan qırx bat (37 litrə bərabərdir) tuturdu; hər qazan dörd arşındı və on ayaqlığın üzərində bir qazan vardı. Və beşi evin sağ tərəfində və beşi evin sol tərəfində olaraq ayaqlıqlar qoyuldu və dənizi evin sağına, şərqə tərəf, cənuba doğru qoydu" (1. Krallar, Bab 7/38-39).

Hətta savaş qalxanları da qızıldan düzəldilmişdi



"...Və bütün ərəb eli kralları və məmləkətin valiləri Süleymana qızıl və gümüş gətirdilər. Və kral Süleyman döymə qızıldan iki yüz böyük qalxan düzəltdi; bir böyük qalxana altı yüz şekel döymə qızıl getdi. Və döymə qızıldan üç yüz kiçik qalxan düzəltdi; bir qalxana üç yüz şekel qızıl getdi; və kral bunları Livan meşəsi evinə qoydu" (2. Tarixlər, Bab 9/14-16).

"Və kral Süleyman döymə qızıldan iki yüz böyük qalxan düzəltdi; bir böyük qalxana altı yüz şekel qızıl getdi. Və döymə qızıldan üç yüz qalxan düzəltdi; bir qalxana üç mina (1 mina təxminən 983 qrama bərabərdir) qızıl getdi; və kral bunları Livan meşəsi evinə qoydu" (1. Krallar, Bab 10/16-17).

Hz.Süleymanın taxtı

"...Və kral fil dişindən böyük bir taxt düzəltdi və onu xalis qızılla bəzədi. Və taxtın altı pilləsi və bir qızıl ayaq stulu vardı və bunlar taxta bağlı idilər və oturacaq yerin hər iki tərəfində qollar vardı, və qolların yanında iki aslan dururdu. Və altı pillənin üstündə, iki tərəfində, on iki aslan dururdu, heç bir ölkədə belə bir şey edilməmişdi" (1. Krallar, Bab 9/17-19).

"Və kral fil dişindən böyük bir taxt düzəltdi və onu təmiz qızılla bəzədi. Taxtın altı pilləsi vardı və arxa tərəfdən taxtın başı yuvarlaq idi və oturulacaq yerdə iki tərəfdən qollar vardı və qolların yanında iki aslan dururdu. Və altı pillə üzərində iki tərəfdə on iki aslan dururdu; heç bir ölkədə belə bir şey edilməmişdi" (1. Krallar, Bab 10/18-20).

"Kral Süleyman Livan ağaclarından özünə bir təxti-rəvan düzəltdi. Dirəklərini gümüşdən etdi, tavanını qızıldan, oturacaq yerini ərquvanidən..." (Nəşidələr Nəşidəsi. Bab 3/9-10).

Hz.Süleymanın süfrəsi

"Və kral Süleymanın içki qabları həmişə qızıldan və Livan meşəsi evinin bütün qabları xalis qızıldandı; Süleymanın günlərində gümüş bir şey sayılmazdı" (2. Tarixlər, Bab 9/20).

"Və Süleymanın evinin bir günlük azuqəsi otuz ölçək (1 ölçək 13 litrdi) narın un və altmış ölçək un, on bəslənmiş öküz və otlaqlardan iyirmi öküz və mallar və ceyranlar və sığırlar və bəslənmiş toyuqlardan başqa yüz qoyundu" (1. Krallar, Bab 4/22-23).

"Və o kəhyalar kral Süleyman üçün və kral Süleymanın süfrəsinə gələnlərin hamısı üçün hər biri öz ayında azuqə tədarük edərdi; bir şeyi əskik etməzdilər" (1. Krallar, Bab 4/27).

"Və Süleymanın bütün hikmətini və qurduğu evi və süfrəsinin yeməyini və qullarının oturuşunu və xidmətçilərinin duruşunu və onların ehtiyatlılığını və Rəbbin evinə çıxan pilləkəni Səba kraliçası gördüyü vaxt onda artıq can qalmadı" (1. Krallar, Bab 10/4-5).
Hz.Süleymanın atları


Con Frederik Herrinq, "Sr.Tajak və Hammon", 1845.

"Və atlarla döyüş arabaları üçün Süleymanın dörd min axuru vardı. Və on iki min atlısı vardı, onları araba şəhərlərinə və kralın yanına, Yerusəlimə qoydu. Və çaydan Filistilər diyarına və Misir sərhəddinə qədər, bütün krallara hökm etdi. Və kral gümüşü Yerusəlimdə daş qiymətinə endirdi və ərz ağaclarını Səfəladakı cəmiz ağacları kimi etdi. Və Misirdən və bütün məmləkətlərdən Süleyman üçün atlar gətirdilər" (2. Tarixlər, Bab 9/25-28).

"...Və Süleymanın döyüş arabaları üçün qırx min axur bölüyündə atları vardı. Və on iki min atlısı vardı" (1. Krallar, Bab 4/26).

"Və Süleyman döyüş arabaları ilə atlılar topladı; və onun özünün min dörd yüz arabası və on iki min atlısı vardı; onları araba şəhərlərinə, və Yerusəlimə kralın yanına qoydu. Və kral gümüşlə qızılı Yerusəlimdə daş qiymətinə endirdi. Və ərz ağaclarını əsasən Səfəladakı cəmiz ağacları kimi etdi. Və Süleymanın atları Misirdən gətirilirdi; kralın tacir heyəti onları sürü ilə bir qiymətə alardılar. Və bir döyüş arabasını altı yüz və bir atı yüz əlli şəkəl gümüşə Misirdən çıxarıb gətirərdilər; və bütün Xett kralları üçün və Suriya kralları üçün də beləcə onların əli ilə gətirilirdi" (2. Tarixlər, Bab 1/14-17).


"(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir!" ("Əhzab" surəsi, 27).
(harun yahya Allah ağılla bilinir)