Əhdi-Ətiqin "Süleymanın Məsəlləri" hissəsindən Açıqlamalar

Əhdi-Ətiqdə mövcud olan "Süleymanın Məsəlləri" hissəsinin Hz.Davudun Hz.Süleymana verdiyi nəsihətləri ehtiva etdiyi iddia edilir. Əlbəttə Əhdi-Ətiq təhrif edilmiş bir kitabdır. Və bu kitabdakı açıqlamaları Allahdan gələn vəhy olaraq qəbul etmək mümkün deyil. Hər nə qədər içində təhrif edilməmiş hissələr olma ehtimalı olsa da, biz bu açıqlamaları ancaq gözəl sözlər olaraq dəyərləndirə bilərik. Bu məntiqlə oxuyanda bəhs edilən hissədə Qurana uyğun gələn çox sayda gözəl söz və nəsihətin olduğunu görmək olar. Gözəl sözün harada olmasından asılı olmayaraq qəbul etmək uyğun olduğu üçün bu hissədə Əhdi-Ətiqdəki Quran ayələri ilə məna yönündən uyğun olan bəzi hissələrə yer verilir.

Təbliğə qulaq asmayanlar

"Mən çağırdım siz çəkindiniz. Əlimi uzatdım baxan olmadı. Nəsihətlərimi əhəmiyyət vermədiniz. Mən də buna görə başınıza gələcək müsibətə güləcəyəm. Sizə qorxu gələndə, fırtına kimi gələndə, başınıza gələcək fəlakət qasırğa kimi gələndə istehza edəcəyəm. O vaxt Məni çağıracaqlar, lakin cavab verməyəcəyəm. Tez Məni axtaracaqlar, ancaq tapa bilməyəcəklər. Çünki onlar elmdən nifrət etdilər və Rəbbin qorxusunu seçmədilər. Mənim nəsihətimi istəmədilər. Buna görə də öz yollarının səmərəsindən yeyəcəklər. Və öz sistemlərinə doyacaqlar. Bu adamların dönüklükləri onları öldürəcəkdir. Və ağılsızların qayğısızlığı onları yox edəcəkdir. Fəqət Mənə qullaq asanlar əmin-amanlıqda olacaqlar. Və pisliklərdən qorxuları olmadığı halda rahatlıq tapacaqlar" ("Hz.Süleymanın məsəlləri", Bab 1, 24-33).

Gözəl əxlaqla balı

"Yaxşılığa haqqı çatan adamlara əlindən gədlən yaxşılığı əsirgəmə. Yanında varsa, qonşuna "Get, sonra gəl" və "sabah verərəm" demə. Qonşun yanında əmin-amanlıqda qalarkən onun üçün şər düşünmə! Sənə qarşı şər etməyibsə, bir adamla boş-boşuna mübahisə etmə! Zalim adama qibtə etmə və onun yollarından heç birini seçmə. Ancaq Rəbbinin dostluğu doğrularladır. Rəbbinin lənəti pislərin evindədir. Ancaq salehlərin yaşadı yeri mübarək edər. Həqiqi Rəbb gülünc vəziyyətdə olanlara istehza edər. Ancaq təvəzökarlara mərhəmət edər. Hikmətli olanlar izzəti miras alacaqlar. Ağılsızlar utancı alacaqlar" ("Hz.Süleymanın məsəlləri", Bab 3, 27-35).

"Doğruluqla addımlayan doğru yolda addımlayar. Ancaq yollarını azdıran məlum olar" ("Hz.Süleymanın məsəlləri", Bab 10, 9).

"Yaxşı adam Rəbbindən mərhəmət görər. Niyyətləri pis olanları isə Rəbb məhkum edər" ("Hz.Süleymanın məsəlləri", Bab 12, 2).

"Salehlərin düşüncələri haqqdır. Ancaq pislərin nəsihətləri hiylədir" ("Hz.Süleymanın məsəlləri", Bab 12, 5).

"Pislər yıxılır və yox olurlar. Ancaq salehlərin evi qalır" ("Hz.Süleymanın məsəlləri", Bab 12, 7).

"Salehə heç zərər dəyməz. Pislər isə şərlə dolar" ("Hz.Süleymanın məsəlləri", Bab 12, 21).

"Ürəyindəki qayğı insanı çökdürür, ancaq yaxşı söz ürəyi sevindirir" ("Hz.Süleymanın məsəlləri", Bab 12, 25).

"Kibirdən ancağ dava meydana gələr, lakin yaxşı nəsihətə qulaq asanın yanında hikmət olar" ("Hz.Süleymanın məsəlləri", Bab 13, 10).

"Sözü yaxşı görməyən özüzərinə həlak gətirər, lakin əmrdən qorxan mükafat alar" ("Hz.Süleymanın məsəlləri", Bab 13, 13).

"Yumşaq cavab hirsi yatızdırar, lakin sərt söz hirsi artırar" ("Hz.Süleymanın məsəlləri", Bab 15, 1).


Mehmet Əli Əfəndi, Ağ yerdə qara mürəkkəblə yazılıb. Hicri 1371 tarixli. "İbadət edən alimlər Allahdan qorxarlar". Qızıl cədvəli.


"Sözə qulaq asan yaxşılıq tapar, Rəbbinə güvənən xoşbəxt olar" ("Hz.Süleymanın məsəlləri", Bab 16, 20).

"Yaxşı ad zənginlikdən və mərhəmət görmək gümüş və qızıldan üstün tutulmalıdır. Varlı ilə kasıb qarşılaşırlar. Onların hamısını yaradan Rəbbdir" ("Hz.Süleymanın məsəlləri", Bab 22, 1-2).

"Təvəzökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyatdır. Azğın adamın yolunda tikanlar və maneələr var. Canını qoruyan onlardan uzaq qalır" ("Hz.Süleymanın məsəlləri", Bab 22, 4-5).

"Qazancını çoxaltmaq üçün kasıbı əzən, varlıya verən ancaq yoxsulluğa düşər. Qulağını yaxşı və hikmətli adamların sözlərinə qulaq as. Ürəyini mənim elmimə uyğunlaşdır. Çünki onları öz içində gizlətsən daha yaxşıdır..." ("Hz.Süleymanın məsəlləri", Bab 22, 16-18).

"Oğlum, əgər sənin ürəyin hikmətlidirsə, Mənim ürəyim də sevinər. Dodaqların düzgün şeylər danışdığı zaman Mənim könlüm də sevinclə dolar. Ürəyin günahkarlara qibtə etməsin. Ancaq bütün gün Rəbb qorxusunda ol. Çünki həqiqətən bir son var. Ümidin puç olmayacaqdır. Oğlum qulaq as və hikmətli ol və yolda ürəyini düzəlt" ("Hz.Süleymanın məsəlləri", Bab 23, 15-19).

"Öz atana qulaq as. Qocaldığı zaman ananı alçaltma" ("Hz.Süleymanın məsəlləri", Bab 23, 22).

"Həqiqəti satın al və onu satma. Hikməti, tərbiyəni və dərrakəni də" ("Hz.Süleymanın məsəlləri", Bab 23, 23).

"Pislik edənlərə görə hirslənmə. Pis adamlara da qibtə etmə" ("Hz.Süleymanın məsəlləri", Bab 24, 19).

"Mən gördüm, dərin düşündüm. Baxdım, ibrət aldım" ("Hz.Süleymanın məsəlləri", Bab 24, 32).

"Nəfsinə hakim olmayan insan dağılmış və divarsız şəhər kimidir" ("Hz.Süleymanın məsəlləri", Bab 25, 28).

"Səhərisi günlə lovğalanma. Çünki səhərisi gün nə olacağını bilmirsən" ("Hz.Süleymanın məsəlləri", Bab 27, 1).

"Yoxsulları əzən kasıb adam süpürən və çörək buraxmayan yağı kimidir" ("Hz.Süleymanın məsəlləri", Bab 28, 3).

"Qəbahətlərini ört-basdır edən nailiyyət qazana bilməz. Ancaq onları etiraf edib tərk edən mərhəmət görər. Həmişə qorxan adam nə gözəl bəndədir! Ürəyini qatılaşdıran isə müsibətə düçar olar" ("Hz.Süleymanın məsəlləri", Bab 28, 13-14).

"Öz ürəyinə etimad edən ağılsızdır. Ancaq kim hikmətlə addımlayarsa, o xilas olar. Kim kasıba verərsə, onun nöqsanı olmaz. Ancaq kim ondan üz çevirərsə, o çox lənət olar" ("Hz.Süleymanın məsəlləri", Bab 28, 26-27).

"Qanlı adamlar kamil adamdlan nifrət edərlər. Düzgün adamlar isə onun canını qoruyarlar. Ağılsız bütün hirsini ortaya çıxarar. Hikmətli adam isə onu saxlayar və sakitləşdirər" ("Hz.Süleymanın məsəlləri", Bab 29, 10-11).
"İnsanın bəsirəti hirsinin qarşısını alar. Və günahı bağışlamaq onun gözəlliyidir" ("Hz.Süleymanın məsəlləri", Bab 19, 11).

"Nəsihətə qulaq as və tərbiyə al ki, öz axırın da hikmətli olsun" ("Hz.Süleymanın məsəlləri", Bab 19, 20).

"Hiyləli tərəzi Rəbbə məkruhdur. Ancaq düzgün tərəzi məqbuludur. Lovğalıq gələndə utanc da gələr. Ancaq hikmət təvəzökarladır. Doğruların kamalı onlara yol göstərər. Lakin xainlərin azğınlıqları onları həlak edər. Qəzab günündə malın bir faydası olmaz. Ancaq saleh əməllər ölümdən xilas edər. Ancaq pis adam öz pisliyi ilə alçalar. Doğruların saleh əməlləri onları xilas edər. Ancaq xainlər öz fəsadları ilə tutularlar. Pis adam öldüyü vaxt gözləməyi hədər gedər. Və ümidi də puç olar. Saleh isə sıxıntıdan xilas olar..." ("Hz.Süleymanın məsəlləri", Bab 11, 1-8).

İnkar edənlərin yoluna tabe olmamaq

"Çünki sənin ürəyinə hikmət daxil olacaq. Canına elm xoş gələcək. Ağıl sənə nəzarətçi olacaq. Dərrakə səni qoruyacaq. Ta ki səni şərli adamın yolundan, əyri sözlü adamdan qorusun. Onlar qaranlığın yollarında addımlamaq üçün doğruluq yollarını buraxırlar. Şər etməklə sevinirlər. Şərin çoxalması ilə sevinirlər. Onları yolları əyridir..." ("Hz.Süleymanın məsəlləri", Bab 2, 10-15).

"Pislərin yolu ilə getmə, şərli adamları yolu ilə addımlama. Sən ondan çəkin, yanından keçmə. Onun yanından başqa tərəfə dön keç. Çünki onlar pislik etməsələr yata bilməzlər. Heç kimi yolundan azdıra bilməsələr yuxuları qaçar" ("Hz.Süleymanın məsəlləri", Bab 4, 14-16).


Tomas Koul, "Memarın röyası", 1840, Sənət Muzeyi, Ohio.

Dürüst olanların yolu

"Yaxşı adamların yolunda yeri və salehləçrin yolunu tut. Çünki məmləkətdə doğru adamlar oturacaqlar. Və kamillər orada qalacaqlar. Ancaq pis adamlar məmləkətdən çıxarılacaqlar. Xainlər oradan qovulacaqlar" ("Hz.Süleymanın məsəlləri", Bab 2, 20-22).

"Salehlərin yolu isə ortaya çıxan işıq kimidir. Gün olana kimi get-gedə parıldayarlar. Pislərin yolu zülmət qaranlıq kimidir. Niyə yıxıldıqlarını bilməzlər" ("Hz.Süleymanın məsəlləri", Bab 4, 18-19).

Ancaq Allaha güvənmək

"Bütün ürəyinlə Rəbbə güvən. Öz dərrakənə güvənmə. Bütün yollarında Onu tanı. O da sənin yollarını düzəldər. Öz gözündə hikmətli olma. Rəbbdən qorx və şərdən ayrıl. Sənin bədəninə şəfa və sümüklərinə ilik olacaqdır. Malınla və bütün məhsulunla Rəbbi ucalt. Beləliklə anbarların bol-bol dolar..." ("Hz.Süleymanın məsəlləri", Bab 3, 5-10).

Hikmətin əhəmiyyəti

"Hikmət çağırmırmı və dərrakə səsinini eşitdirmirmi? Yol kənarındakı yüksək yerlərin başında yolların birləşdiyi yerdə o dayanır. Qapıların yanında, şəhərin qapısında, qapılara daxil olunacaq yerdə yüksək səslə çağırır: Ey insanlar! Sizi çağırıram və sözüm adəmoğullarınadır. Ey adamlar ayırd etməyi öyrənin. Ey ağılsızlar başa düşün. Qulaq asın çünki əla şeylər söyləyəcəyəm. Dodaqlarımın açılması doğru şeylər üçün olacaq. Çünki ağzım həqiqəti bəyan edəcək. Pislik dodaqlarıma məkruhdur. Ağzımın bütün sözləri saleh əməllərdir. Onlarda tərs, yaxud əyri şey yoxdur. Başa düşənə onların hamısı açıqdır. Elmi taapanlar üçün doğrudur. Gümüşü deyil, tərbiyəni, xalis qızıldan çox elmi alın. Çünki hikmət yaqutdan yaxşıdır. Xoş olan bütün şeylər ona bərabər ola bilməz. Mən hikməti, bəsirəti özümə məskən etdim. Və tədbir bilgisini tapıram. Rəbb qorxusu şərdən nifrət etməkdir. Kibirdən, qürurdan, şər yoldan və əyri sözdən nifrət edirəm. Nəsihət və səhih bilgi mənimdir. Mən dərrakəyəm, qüdrət mənimdir. Mənim vasitəmlə krallar hakimiyyət qurarlar və idarəçilər ədalətli əmr edərlər. Rəislərlə bəyzadələr, dünyanın bütün hakimləri vasitəmlə hökm edərlər. Məni sevənləri Mən də sevərəm. Tez axtaranlar Məni taparlar. Sərvət və izzət, dözümlü mal və salehlər yanımdadır. Meyvəm qızıldan, xalis qızıldan daha yaxşıdır. Məhsulum seçmə gümüşdən yaxşıdır. Saleh yolunda, ədalət yolları ortasında addımlayaram. Ta ki məni sevənləri mala vərəsə edim. Və onların xəzinələrini dodurum..." ("Hz.Süleymanın məsəlləri", Bab 8, 1-21).


Baqqal Arif, qara yerə yaldızla və istifli cəli sülüs xətlə hədisi-şərif: "Allahım, bizləri bağışla, çünki sən bağışlayansan, kərimsən" yazılıb. H.1309 tarixli. Qızıl cədvəlli və rokoko üslublu.


"Rəbb qorxusu hikmətin başlanğıcıdır. Və Qüddüsü tanımaq anlayışdır. Çünki günlərin mənim vasitəmlə çoxalacaq. Və ömrünün illəri çoxalacaq. Əgər hikmətlisənsə, özün üçün hikmətlisən. Əgər istehza etsən, onu ancaq sənin öz üzərinə götürmüş olarsan" ("Hz.Süleymanın məsəlləri", Bab 9, 10-12).
(harun yahya Allah ağılla bilinir)