YOXLUQDAN VARLIĞA

İçində yaşadığımız ucsuz-bucaqsız kainatın necə var olduğu, hara getdiyi, içindəki quruluş və tarazlığı təşkil edən qanunların necə işlədiyi hər dövrdə insanları maraqlandıran mövzu olub. Elm adamları bu mövzu ilə əlaqədar əsrlər boyu düşünüb, araşdırmalar aparmış, bir çox nəzəriyyələr irəli sürmüşlər.

XX əsrin başlanğıcına qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik olduğu, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklindəydi. ''Statik kainat modeli'' adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son yoxdur.

Materializm maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən bir düşüncə sistemidir. Tarixi qədim Yunanıstana qədər uzanan, amma xüsusilə XIX əsrdə yayılmağa başlayan bu sistem Karl Marksın dialektik materializm nəzəriyyəsi ilə daha da tanınmışdır.

XIX əsrdəki dəyişməz kainat modeli başda bildirdiyimiz kimi, materialist fəlsəfəyə zəmin olaraq hazırlanmışdı. Materialist filosof George Politzer bu kainat modelinə əsaslanaraq, ''Fəlsəfənin başlanğıc müddəaları'' kitabında ''kainatın yaradılmış bir şey'' olmadığını irəli sürmüş və belə demişdir: ''Kainat yaradılmış bir şey deyil. Əgər yaradılmış olsaydı, o zaman onun Tanrı tərəfindən bəlli bir anda yaradıldığını və yoxdan var edildiyini qəbul etmək lazım gələrdi. Yaradılışı qəbul edə bilmək üçün hər şeydən əvvəl kainatın olmadığı bir zamanın olduğunu qəbul etmək lazım gəlir. Bu isə elmin qəbul etməyəcəyi bir şeydir''[1].

Politzer kainatın yoxdan var edilmədiyini iddia edərkən XIX ərin dəyişməz kainat modelinə əsaslanır və buna görə də ortaya elmi bir müddəa qoyduğunu sanırdı. Lakin XX əsrdə inkişaf edən elm və texnologiya materialistlər üçün zəmin rolunu oynayan dəyişməz kainat modeli kimi əsas anlayışı kökündən silib atdı. Başlanğıcı olmadığı halda kainatın anidən böyük bir partlayışla yaradıldığı yaşadığımız XXI əsrdə müasir fizika tərəfindən bir sıra təcrübə, müşahidə və hesablamalarla isbat olunmuş vəziyyətdədir.

Bundan başqa, artıq kainatın matrialistlər iddia etdikləri kimi sabit və dəyişməz olmadığı, tam tərsinə, sürətli bir hərəkət və dəyişiklik içində olduğu, genişləndiyi müəyyənləşdirilib. İndi bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilməkdədir. Kainatın bir başlanğıcının olması onun yoxdan var edildiyi, yəni yaradıldığı mənasında başa düşülür. Əgər (daha öncə yoxkən) yaradılan bir varlıq varsa, onun mütləq bir Yaradıcısı olduğunu yaxşı başa düşürük. Yoxdan var olma insan ağlının qavrayacağı bir şeydir. Yoxdan var etmək (sənət əsərləri və ya texnoloji ixtiralar) nələrisə bir yerə yığıb, yeni bir şey düzəltməkdən çox fərqlidir. Çünki yaradılanın heç bir nümunəsi yoxkən, hətta yaratmaq üçün zaman və məkan belə olmadığı halda, bir anda bir dəfəyə qüsursuz var olması onu ancaq Allahın yaratdığına sübutdur.

Kainatın yoxdan var olması da onun yaradılmış olduğuna ən böyük dəlildir. Bu həqiqət dərindən düşünülərsə, çox şeyi dəyişdirər, insanların həyatın mənasını dərk etmələrinə və həyata baxışlarını, məqsədlərini buna uyğun müəyyənləşdirmələrinə səbəb olar. Lakin tarix boyunca bir qrup insan sübutları aşkar gördüyü halda, tam dərk etmədiyi yaradılış həqiqətini görməyib. Digər insanlarda da səhv düşüncə yaratmaq məqsədilə bir qrup alternativ varolma nəzəriyyələri icad edilib. Ancaq elm işığının üzə çıxartdığı dəlillər qısa zamanda bu iddiaları qəti olaraq rədd edib.

İndi də kainatın var olması ilə bağlı inkişaf prosesini elmi şəkildə qısaca nəzərdən keçirək.
(harun yahya Allah ağılla bilinir)

1. Georges Politzer, Felsefenin Baslang?c Ilkeleri, Sosyal Yay?nlar, Istanbul, 1989, s.84