KAİNATIN GENİŞLƏNMƏSİ



1929-cu ildə Kaliforniyada Mount Vilson kosmik müşahidə məntəqəsində amerikalı astronom Edvin Hubbl astronomiya tarixində ən böyük kəşflərdən birini etdi. Hubbl teleskopla göy üzünü müşahidə edərkən, ulduzların qırmızı rəngli işıq yaydığını müəəyyən etdi. Bu kəşf elm dünyasında böyük əks-səda yaratdı. Çünki məlum olan fizika qanunlarına görə, müşahidənin aparıldığı nöqtəyə doğru hərəkət edən işıqların izi tədricən bənövşəyi rəngə, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıqların izi isə qırmızı rəngə çevrilər. Hubbl isə müşahidələrində ulduzların işıqlarında qırmızı rəngə meyl görmüşdü. Yəni ulduzlar bizdən müntəzəm olaraq uzaqlaşmaqdaydılar.

Az vaxtdan sonra Hubbl çox mühüm bir məsələni də kəşf etdi: ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat düşüncəsi qarşısında əldə ediləcək tək nəticə kainatın hər an ''genişlənməkdə'' olmasıydı.

Bunu daha yaxşı başa düşmək üçün kainatı şişirdilən şar səthi kimi təsəvvür etmək olar. Şar şişdikcə onun üzərindəki nöqtələr bir-birindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də o genişləndikcə bir-birindən uzaqlaşmaqdadırlar.

Əslində bu həqiqət daha öncədən də nəzəri olaraq kəşf edilmişdi. Böyük elm adamlarından sayılan Albert Eynşteyn nəzəri fizika sahəsində apardığı hesablamalarda kainatın dəyişməz qalmayacağı qənaətinə gəlmişdi. Fəqət, o dövrdə əksəriyyətin qəbul etdiyi dəyişməz kainat modelinin əksinə olduğunu nəzərə alaraq, bu kəşfi bir kənara qoymuşdu. Sonra isə bu hərəkətini ''karyerasının ən böyük xətası'' adlandırmışdı. Lakin bir müddət sonra Hubblın müşahidələri ilə kainatın genişləndiyi dəqiqləşdi.

Bəs kainatın genişlənməsinin onun var olmasını sübut etmək üçün əhəmiyyəti nə idi?

Kainat genişləndiyinə görə, onun tək bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu ''tək nöqtə''nin ''sıfır həcmə'' və ''sonsuz sıxlığa'' malik olduğunun labüdlüyünü göstərdi. Beləliklə, kainatın sıfır həcmə malik bu nöqtənin partlaması nəticəsində yarandığı fikri təsdiqləndi. Kainatın başlanğıcı olan bu böyük partlamaya ingiliscə ''Biq Banq'' adı verildi və bu nəzəriyyə eyni adla adlanmağa başladı.

Burada bildirmək lazımdır ki, əslində, ''sıfır həcm'' bu mövzunun nəzəri ifadəsidir. Elm insan ağlının dərketmə sərhədini aşan ''yoxluq'' anlayışını ancaq ''sıfır həcmli nöqtə'' kimi ifadə edir. Həqiqətdə isə ''sıfır həcmli nöqtə'' ''yoxluq'' mənasına gəldiyindən, demək olar ki, kainat da yoxluqdan var olmuşdur. Digər bir ifadə ilə yaradılmışdır.

Bəlli olduğu kimi, ''Biq Banq'' nəzəriyyəsi başlanğıcda kainatdakı bütün cisimlərin bütöv olduğunu, sonradan ayrıldıqlarını göstərir. ''Biq Banq'' nəzəriy*yəsinin ortaya qoyduğu bu həqiqət 14 əsr əvvəl -insanların kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə nazil olan Quranda əksini bu cür tapır: ''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?!'' (''Ənbiya'', 21/30).

Bu ayədə bildirildiyi kimi, hər şey -hətta hələ yaradılmamış göy və yer belə tək bir nöqtədəykən böyük partlayışla yaradılmış və bir-birilərindən ayrılaraq, kainatın bu günkü şəklini meydana gətirmişlər. Ayənin ifadələrini ''Biq Banq'' nəzəriyyəsi ilə müqayisə edərkən, bir-birinə tam uyğun gəldiklərini görürük. Lakin ''Biq Banq''ın elmi nəzəriyyə kimi ortaya atılması ancaq XX əsrdə mümkün olmuşdur.

Kainatın genişlənməsi ''Biq Banq'' nəzəriyyəsinin, yəni kainatın yoxdan var edildiyinin ən mühüm dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən bu həqiqət müasir elm tərəfindən ancaq ötən əsrdə kəşf edildiyi halda, Quran bu həqiqəti 14 əsr əvvəl xəbər vermişdi: ''Biz göyü qüdtətimizlə yaratdıq və Biz qadirik'' (''Zariyat'', 51/47).

''BİQ BANQ''A ALTERNATİV TƏDQİQATLAR

Aydın göründüyü kimi, Böyük Partlayış nəzəriyyəsi kainatın yoxdan var edildiyinə, yəni Allah tərəfindən yaradıldığına sübut idi. Buna görə də materialist fəlsəfəni mənimsəyən astronomlar ''Biq Banq''a qarşı çıxmağa və sabit vəziyyət nəzəriyyəsini müdafiə etməyə çalışdılar. Bu, tanınmış materialist fizik A.S.Eddinqtonun ''fəlsəfi olaraq təbiətin birdən-birə başlamış olduğu düşüncəsi mənə cəzbedici gəlmədi'' sözündən başa düşülürdü[2]. ''Biq Banq'' nəzəriyyəsindən narahat olanlardan biri də bütün dünyada məşhur olan astronom Sir Fred Hoyl idi. Hoyl əsrin ortalarında ortaya XIX əsrdəki dəyişməz kainat anlayışına bənzər ''Sabit durum'' adında bir nəzəriyyyə atdı. Sabit durum nəzəriyyəsi kainatın ölçü və zamana görə sonsuz olduğunu iddia edirdi. Göründüyü kimi, tək məqsədi materialist fəlsəfəni dəstəkləmək olan bu nəzəriyyə kainatın başlanğıcı olduğunu deyən ''Biq Banq'' nəzəriyyəsinə tamamilə ziddir. Sabit durum nəzəriyyəsini müdafiə edənlər uzun zaman ''Biq Banq''a qarşı çıxdılar. Amma elm onların əleyhinə işləyirdi. 1948-ci ildə Georq Qamov ''Biq Banq''la bağlı yeni bir iddia irəli sürdü. Bu iddiaya görə, əgər kainatın Böyük Partlayışla yarandığı əsas götürülürsə, onda bu partlayışdan sonra radiasiya əmələ gəldiyi də qəbul edilməlidir. Üstəlik, bu radiasiyanın kainatın hər tərəfinə bərabər miqdarda yayılması düşünülməlidir. Olması lazım olan bu dəlil çox keçmədən tapıldı.
(harun yahya Allah ağılla bilinir)

2. S. Jaki, Cosmos and Creator, Regnery Gateway, Chicago, 1980, s. 54