BAŞQA BİR DƏLİL - KOSMİK FON RADİASİYASI

1965-ci ildə Arno Penzias və Robert Vilson adlı iki tədqiqatçı bu dalğaları təsadüfən kəşf etdilər. ''Kosmik Fon Radiasiyası'' adı verilən bu radiasiya yer mənşəli deyil və kainatın hər tərəfinə yayılıb. Beləcə, uzun bir zamandır kainatın hər yerindən eyni ölçüdə alınan istilik dalğalarının Böyk Partlayışın ilk dövrlərindən qalma olduğu ortaya çıxdı. Penzias və Vilson isə bu kəşflərə görə Nobel mükafatı qazandılar.

1989-cu ildə Amerika Kosmik Araşdırmalar Mərkəzi -NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa ''COBE'' peykini göndərdi. Bu geniş imkanlı peykə yerləşdirilən həssas skanerlərin Penzias və Vilsonun hesablarını təsdiqləməsi cəmi 8 dəqiqə çəkdi. ''COBE'' kainatın başlanğıcındakı Böyük Partlayış qatlarını tapmışdı. Bütün zamanların ən böyük astronomik kəşfi adlandırılan bu yenilik ''Biq Banq'' nəzəriyyəsinin açıq isbatı idi. ''COBE''-dən sonra kosmosa göndərilən ''COBE -2'' peykinin kəşfləri də ''Biq Banq''a əsaslanaraq aparılan hesabları təsdiqlədi.

''Biq Banq''ın digər bir mühüm dəlili isə kosmosdakı hidrogen və helium qazlarının miqdarı idi. Müasir elmi hesablamalar nəticəsində məlum olub ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti Böyük Partlayışdan sonrakı hidrogen və helium nisbətinin nəzəri hesablamalarına uyğundur. Əgər kainatın bir başlanğıcı olmasaydı və o, sonsuzdan bəri mövcud olsaydı, içindəki hidrogen tamamilə yanaraq heliuma çevrilərdi.

Bütün bu açıq dəlillər ''Biq Banq'' nəzəriyyəsinin elm dünyasında qəti qəbul olunmasına şərait yaratdı. ''Biq Banq'' modeli elmin kainatın yaranması və başlanğıcı barədə gəldiyi qəti qənaət idi.

Fred Hoylla birlikdə uzun illər sabit durum nəzəriyyəsini müdafiə edən Dennis Sciama bir-birinin ardınca gələn və ''Biq Banq''ı təsdiq edən bütün dəlillər qarşısında gəldiyi nəticəni belə bildirir: ''Sabit durum nəzəriyyəsini müdafiə edənlərlə sınaqdan keçirənlər və məncə, onu yıxmaq istəyənlər arasında sərt mübahisə var idi. Bu mərhələdə mən də üzərimə bir vəzifə götürmüşdüm; doğruluğuna inandığım üçün deyil, doğru olmasını istədiyim üçün. Sabit durum nəzəriyyəsinə qarşı dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyl bu dəlillərlə mübarizə aparmaqda lider rolunu öz üzərinə götürmüşdü. Mən də onun yanında bu dəlillərə necə cavab verilə biləcəyi barədə fikirlər irəli sürürdüm. Amma dəlillər toplandıqca artıq oyunun bitdiyi və sabit durum nəzəriyyəsini bir kənara qoymağın vaxtı olduğu ortaya çıxırdı''[3].

Kaliforniya Universitetindən prof. George Abel də ''bu gün mövcud olan dəlillər kainatın milyardlarla il öncə ''Biq Banq''la başladığını göstərir, ''Biq Banq'' nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz yoxdur'' deməkdədir. ''Biq Banq''ın bu qələbəsi ilə birlikdə materialist fəlsəfənin təməli olan ''əzəli maddə'' anlayışı da tarixə düşmüş oldu. Bəs o zaman -''Biq Banq''dan əvvəl nə vardı və olmayan kainatı bu böyük partlayışla var edən güc nə idi? Əlbəttə ki, bu sual Artur Edinqtonun sözü ilə desək, materialist üçün fəlsəfi olaraq həqiqət, Yaradıcının varlığı əvəzinə ''kainatın yaradılmış olduğu''nu göstərməkdədir. Tanınmış ateist filosof Antoni Flev bu mövzu ilə bağlı belə deyir: ''Etiraf etmənin insan ruhuna xoş gəldiyini söyləyirlər. Mən də bir etiraf edəcəyəm: ''Biq Banq'' modeli bir ateistə görə olduqca sıxıntı vericidir. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir ki, bu da kainatın bir başlanğıcı olduğu iddiasıdır. Sadəcə olaraq, kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul etdiyimiz zaman onun indiki varlığının qəti bir açıqlaması olduğunu söyləyə bilərik. Mən hələ də bu izaha inanıram, amma bunu ''Biq banq'' qarşısında müdafiə etməyin çox asan və rahat olmadığını etiraf etməliyəm''''[4].

Kor-koranə ateistliyi qəbul etməyən bir çox elm adamı isə kainatın yaradılışında sonsuz güc sahibi olan bir Yaradıcının varlığını qəbul etməkdədir. Bu Yaradıcı isə həm maddəni, həm də zamanı yaradan, lakin onların heç birindən asılı olmayaraq mövcud olan bir varlıq olmalıdır. Tanınmış amerikalı astrofizik Huqh Ross bu həqiqəti belə açıqlayır: ''Əgər zaman və maddə partlayışla birlikdə ortaya çıxmışdırsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan kənarda, tamamilə müstəqil olmalıdır. Bu, bizə Yaradıcının kainatdakı bütün ölçülərin fövqündə durduğunu göstərir. Eyni zamanda, Yaradıcının bəzilərinin müdafiə etdiyi kimi, kainatın özü olmadığını və onu əhatə etdiyini, sadəcə olaraq kainatın içində bir güc olmadığını sübut edir''[5].

Maddə və zaman bütün bu anlayışlardan asılı olmayan, sonsuz güc sahibi olan bir Yaradıcı tərəfindən var edilmişdir. O Yaradıcı göylərin və yerin Rəbbi olan Allahdır.
(harun yahya Allah ağılla bilinir)

3. Stephen Hawking, Evreni Kucaklayan Kar?nca, Alk?m Kitapc?l?k ve Yay?nc?l?k, 1993, s. 62-63.
4. Henry Margenau, Roy Abraham Vargesse, Cosmos, Bios, Theos, (La Salle IL: Open Court Publishing, 1992) s. 241
5. Hugh Ross, Cosmos and the Creator, 1993, s. 112