MADDƏNİN YARADILIŞI

Böyük Partlayışdan sonra maddənin təməli olan atom meydana gəlmişdir. Daha sonra bu atomlar bir yerə yığılaraq, içində ulduzlar və Günəş olan kainatı əmələ gətirmişlər. Ətrafda gördüyünüz hər şey- bədəniniz, oturduğunuz kreslo, əlinizdə tutduğunuz kitab, pəncərədən gördüyünüz göy üzü, torpaq, meyvələr, bitkilər, -bütün maddələr Böyük Partlayışdan sonra əmələ gələn atomların bir yerə yığılması ilə təşəkkül tapmışdır.

Bəs hər şeyin təməli olan atom nədən təşkil olunb və necə tərkibə malikdir?

Atomların quruluşu araşdırılarkən, onların hər birinin çox mükəmməl quruluşda olduğu görünür. Hər atomun bir nüvəsi, nüvənin içində isə müəyyən sayda protonlar və neytronlar var. Bundan başqa, nüvə ətrafında dəyişməyən orbitlərdə 1000 km/saniyə sürətlə fırlanan elektronlar mövcuddur[11]. Atomdakı elektron və protonların sayı həmişə bərabər olur. Əgər birinin sayı digərindən fərqli olsa, elektromaqnit tarazlığının pozulması səbəbindən atom əmələ gəlməz. Atomun nüvəsi, nüvənin içindəki proton və neytronlar, ətrafındakı elektronlar daima sürətlə fırlanmaqdadırlar. Onlar həm öz oxları ətrafında, həm də bir-birilərinin ətrafında durmadan müəyyən sürətlə fırlanırlar. Hissəciklərin fırlanma sürətləri də hər zaman bir-birilərini tənzimləyəcək nisbətlərdə və atomun varlığını davam etdirməsini təmin edəcək şəkildədir. Əsla bir ahəngsizlik, dəyişiklik və fərqlilik ola bilməz.

Yoxluğun içində meydana gələn böyük bir partlayışdan sonra bu qədər düzgün və nizamlı quruluşu olan varlıqların əmələ gəlməsi insanı heyrətə salacaq hadisədir. Çünki Böyük Partlayışın nəzarətsiz, təsadüfi olduğunu fərz etsək, razılaşmalıyıq ki, sonra da nəzarətsiz cinslər əmələ gəlməliydi və əmələ gələn hər şey də böyük qarışıqlıqla dağılmalıydı. Lakin varlığın başlanğıcından etibarən hər nöqtədə bütöv bir sistem hakimdir. Məsələn, fərqli yerlərdə və zamanlarda əmələ gəlmələrinə baxmayaraq, sanki bir-birindən xəbərdarmış və eyni fabrikdən çıxmış kimi çox düzgün atomlar əmələ gəlməkdədir. Əvvəl elektronlar özlərinə bir nüvə tapır və onun ətrafında fırlanmağa başlayırlar. Sonra atomlar bir yerə yığılaraq, maddəni təşkil edirlər və bütün bunların nəticəsində bütöv məna ifadə edən, məqsədyönlü və məntiqli maddələr, cismlər meydana gəlir. Ən kiçik vahiddən, ən böyük parçaya qədər hər şey yerli-yerində və çox məqsədəuyğun olur.

Bütün bunlar böyük qüvvə sahibi olan Yaradıcının varlığının qəti isbatı, hər şeyin Onun dilədiyi şəkildə və dilədiyi zamanda əmələ gəldiyinin açıq göstəricisidir. Necə ki, Allah yaratmasını Quranda belə ifadə edir: ''Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun ''OL!'' deyəcəyi gün dərhal olar. Onun sözü haqdır..'' (''Ənam'', 6/73).
(harun yahya Allah ağılla bilinir)

11. A Dorling Kindersley Book - The Science, Published in the United States by Dorling Kindersley Inc., s. 24.