''biq banq''dan sonra



Atomun quruluşundakı nizam bütün kainatı təsiri altına alır. Atom və parçaları müəyyən bir quruluş daxilində hərəkət etdikləri üçün dağlar dağılmır, yerlər bir-birindən ayrılmır, göy parçalanmır, qısacası, birlikdə və sabit qalır.

''Amma kainatın qəti olaraq müəyyən məqsədinin olduğunu göstərən bir məsələ var ki, o da onun orada (yerində) təsadüfən durmamasıdır. Bəzi insanlara görə, ''kainat sadəcə olaraq oradadır, elə olmağa davam edir, biz də özümüzü birdən-birə bu şeyin içində kəşf etmişik''. Bu nöqteyi-nəzərin kainatının anlamamızda çox məhsuldar, ya da yardımçı olacağını zənn etmirəm. Məncə, kainat və onun varlığının altında bu gün hələ tam anlamadığımız çox dərin məchullar qalır''[12], -kainatın mənşəyi ilə bağlı müxtəlif araşdırmalar aparan fizik Rocer Penrosenin bu sözləri son dərəcə əhəmiyyətlidir. Bu ifadə də təsdiqldəyir ki, bir çox insan kainatın bütün mükəmməl tarazlığı ilə sadəcə var olduğunu, təbii olaraq yaşadığını düşünməklə səhv yola düşür.

Lakin bu gün elmi dairələr tərəfindən kainatın var olma səbəbi kimi qəbul edilən Böyük Partlayışdan sonra son dərəcə qüsursuz və heyrətamiz bir quruluşun əmələ gəlməsi əslində heç də təbii qarşılana biləcək bir hal deyil. Qısa olaraq, kainatdakı möhtəşəm sistemi araşdırdığımız zaman onun var olması və proseslərin təsadüfi səbəblərlə açıqlanmayacaq qədər qarışıq bir quruluş və həssas tarazlıqlara arxalandığı həqiqəti ilə qarşılaşırıq. Aydın başa düşülür ki, bu həssas tarazlığın və quruluşun güclü bir partlayışdan sonra öz-özünə və təsadüfən əmələ gəlməsi qətiyyən mümkün deyil. ''Biq Banq'' kimi partlayışdan sonra bu cür quruluşun yaranması ancaq qeyri-təbii yaradılış nəticəsində baş verə bilər. Kainatdakı bu tayı-bərabəri olmayan düzən və quruluş maddəni yoxdan var edən, onun hər anını nəzarəti və hakimiyyəti altında saxlayan sonsuz bir bilik, güc və ağıl sahibi olan Yaradıcının varlığını sübut edir. O Yaradıcı göylərin, yerin və hər ikisi arasında olan hər şeyin Rəbbi olan Allahdır.

Bütün bu həqiqət*lər bizə XIX əsrdə doğulan materialist fəlsəfənin müd*də*alarının XX əsr elmi tərəfindən necə hökmsüz edildiyini göstərməkdədir. Müasir elm kainatda hakim olan böyük plan, layihə və quruluşu ortaya çıxaracaq bütün varlıqları yaradan və nəzarəti altında saxlayan bir Yaradıcının -yəni Allahın varlığını isbat edir.

Əsrlər boyu bir çox insana təsir edən, hətta bir dövr ''elmilik'' maskasına bürünən materializm isə hər şeyin maddədən ibarət olduğunu iddia edib, maddəni yoxdan var edən və quran Allahın varlığını rədd edərək böyük bir səhvə yol verib. Bu üzdən də ağla, elmə zidd prinsip və batil bir inanc sistemi kimi tarixin bir küncünə atılmağa məhkumdur.
(harun yahya Allah ağılla bilinir)