Vücuddakı koordinasiyalar



İnsan vücudunda vücudun canlılığının davamlılığı üçün bütün sistemlər birlikdə əlaqəli şəkildə və tam bir harmoniya içində çalışır. Hər gün elədiyimiz çox kiçik hərəkətlər, məsələn, nəfəs almaq, gülmək belə insan vücudundakı qüsursuz koordinasiyanın nəticəsidir.

İçimizdə hər an işləyən, ağlagəlməz dərəcədə mürəkkəb və bütöv bir koordinasiya şəbəkəsi vardır. Məqsəd canlılığı davam etdirməkdir. Bu koordinasiya xüsusilə vücudun hərəkət sistemində özünü büruzə verir. Çünki ən kiçik hərəkət üçün belə skelet sistemi, əzələlər və sinir sistemi mükəmməl iş birliyində çalışmaq məcburiyyətindədir. Vücuddakı koordinasiyanın ilk işi doğru məlumatların əldə olunmasını təmin etməsidir. Ancaq doğru məlumatların əldə edilməsi ilə yeni dəyərləndirmə aparıla bilər. Bunun üçün də son dərəcə inkişaf etmiş bir xəbəralma şəbəkəsi mövcuddur.

Koordinasiya edilmiş bir hərəkəti yerinə yetirmək üçün hər şeydən əvvəl o hərəkətlə əlaqədar olan vücud orqanlarının yerlərinin və bir-biriləri ilə əlaqələrinin öyrənilməsi lazımdır.

Beyinə bu məlumat gözlərdən, iç qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir. Hər saniyə milyardlarla məlumat işlənir, qiymətləndirilir və bunlara görə yeni qərarlar verilir. İnsanın isə vücudunda gedən və sürəti başgicəlləndirən bu proseslərdən xəbəri belə yoxdur. O, yalnız hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Amma təsəvvür edin ki, adicə gülümsəmə üçün 17 əzələnin eyni anda işləməsi lazımdı. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üzün ifadəsini tamamilə dəyişdirir. Yeriyə bilmək üçünsə ayaqlarda, budlarda və kürəkdə 54 müxtəlif əzələ harmoniya içində işləməlidir. Əzələlər və oynaqların içində vücudun o andakı vəziyyətinə aid məlumatlarla dolu mikroskopik qəbuledicilər vardır. Bu qəbuledicilərdən gələn ismarıclar mərkəzi sinir sisteminə çatır və burada aparılan qiymətləndirməyə görə əzələlərə yeni əmrlər göndərilir.

Vücuddakı koordinasiyanın mükəmməlliyi bu misalla daha yaxşı anlaşılacaq: əlinizi havaya qaldırmağınız üçün çiyninizin bükülməsi, ''biseps'' və ''triseps'' deyilən ön və arxa qol əzələlərinizin sıra ilə sıxılıb-boşalması, dirsəyiniz və biləyiniz arasındakı əzələlərin biləyi fırlatması lazım gəlir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla qəbuledici hər an əzələlərin yerlərini mərkəzə bildirir. Mərkəzdən isə əzələlərə bir an sonra nə etmələrinin lazım olduğu bildirilir. Təbii ki, insan sadəcə əlini qaldırmaq istəyir və qaldırır.

Başqa bir misal: vücudun dik durması üçün ayaq əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə, boyunda olan milyardlarla qəbuledicidən gələn məlumatlar qiymətləndirilir və veriləcək əmrlərin hamısı hər an əzələlərə bildirilir.

Danışmaq üçün də xüsusi bir səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan tökülməsi üçün səs tellərinin hansı açıqlıqda nə qədər titrəməsinin vacibliyini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını hansı sıra ilə neçə dəfə, hansı nisbətdə sıxıb-boşaltmağımızı, ciyərlərimizə neçə kub/santimetr hava alıb, bu havanı hansı güc və fasilələrlə boşaltmalı olduğumuzu hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağızdan çıxan tək bir kəlmənin əmələ gəlməsi insanın nəfəs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər şaxələnən bir çox quruluşun harmoniya ilə işləməsinin nəticəsidir.

Bu koordinasiyada bir axsaqlıq olsa, nələr baş verər? -gülümsəmək istəyərkən üzümüzdə başqa bir ifadə əmələ gələr, ya da danışmaq istəyərkən buna müvəffəq olmaya bilərik, və ya yeriyə bilmərik. Lakin nə zaman iistəsək gülürük, danışırıq, yeriyirik, ancaq çoxlarımız fərqində olmuruq ki, hər şey ''sonsuz qüdrət'' tərəfindən yaradıldığı üçün baş verir.

Bu səbəbdən insan bütün həyatını və varlığını, onun özünü yaradan Allaha borclu olduğunu hər zaman bilməlidir. İnsanın öyünüləsi və qürurlanası heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlıq, ya da gözəllik özünün əsəri deyildir və özünə əbədi verilməmişdir. Mütləq yaşlaşacaq, mütləq sağlığını və gözəlliyini itirəcəkdir. Quranda bu həqiqətə belə diqqət çəkilir: ''Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bər-bəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər ağla gəlməzsinizmi?!'' (''Qəsəs'', 28/60).

Əgər insan bunlardan daha çoxunu əbədi olaraq axirətdə əldə etmək arzulayırsa, Allahın ona verdiyi nemətə şükr etməli və həyatına Onun istədiyi şəkildə yön verməlidir.

Bu misallardan da göründüyü kimi, insan vücudundakı orqanların və sistemlərin hamısı möcüzəvi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər araşdırıldığı zaman insan varlığının nə qədər incə hesablara dayandığını, yaradılışındakı möcüzələri görəcəkdir və Allahın sonsuz elminin, onun özünün timsalında qüsursuz sənətinin bir daha şahidi olacaqdır.
(harun yahya Allah ağılla bilinir)