Beyin



Beyində hər kub santimetrdə 10 milyon olmaqla, bütövlükdə isə 10-15 milyard arası sinir hüceyrəsinin min qatı qədər, yəni təqribən 15 trilyon sinir hüceyrəsi birləşməsi var. Sinir hüceyrələri ilə əlaqəli olan, onları bəsləyən və dəstəkləyən hüceyrələrin sayı isə 90 milyarddır.

Sinirlər yolu ilə beyinə daşınan məsajlar saatda 320 kilometr sürətlə hərəkət edir. Yəni beyin hüceyrələrindən vücuda şaxələnən sinirlərimiz beyinlə vücud arasında daşınan məlumatlar üçün ötürücü vəzifəsini yerinə yetirir. Vücudunuzda hər an meydana gələn hadisələr, məsələn, indi bu kitabı oxuyarkən gözlərinizi istifadə etməyiniz, səhifələri əlinizin köməyi ilə çevirməyiniz, oturarkən arxaya söykənməyiniz, oxuduqlarınızı başa düşməyiniz, ürəyinizin döyünməsi, nəfəs almağınız, gözlərinizi qırpmağınız, saçlarınızın uzanması, iyləri hiss etməniz, qulağınızın ətrafdakı səsləri eşitməsi, qısacası, saymaqla qurtarmayacaq fəaliyyətiniz hər an beyinə gedən siqnallar və beynin vücudun hər yerinə ayrı-ayrı göndərdiyi əmrlər yolu ilə davam edir. (Bir dəqiqə içində beyində 100000-1000000 arası kimyəvi reaksiya getdiyi məlumdur). Belə mürəkkəb və mükəmməl bir sistemin təsadüfən əmələ gəldiyini iddia etmək ağılsızlıqdır. Beyni olmayan bir canlının günlərin bir günü təsadüf nəticəsində yarısı işləyən beyinə sahib olması, sonra da yarısı işləyən beynin yuxarıda saydığımız möcüzəvi prosesləri aparmağa qabil olan inkişafa çatması əlbəttə ki, mümkün deyil.

Beynin sahib olduğu bütün qeyri-adi qabiliyyətləri yaradıb nəzarət altında saxlayan yeganə güc Allahın gücüdür. Allah insan deyilən varlığı mükəmməl mexanizmlərlə təchiz etmişdir və hər an nəzarəti altında yaşayışını davam etdirməsinə imkan yaradır.
(harun yahya Allah ağılla bilinir)