Toxumdakı sirr



Minlərlə fərqli bitki arasından hər hansı bir portağal ağacını əlimizə götürək. Ağac bildiyimiz kimi, torpağa atılan toxumdan əmələ gəlir. Toxum kiçik (bir kub santimetr belə olmayan) bir cismdir, amma necə də olur, o toxumun içindən qısa vaxt ərzində 4-5 metr uzunluğunda və yüz kiloqramlarla ağırlığında böyük bir ağac əmələ gəlir?! Toxumun özünə nisbətən min dəfələrlə böyük olan ağacı əmələ gətirərkən istifadə edə biləcəyi tək material isə içinə basdırıldığı torpaqdır.

Bəs toxum ağac istehsal etməyi haradan bilir? Necə olur ki, torpağın içindəki materialları araşdırıb, ehtiyacı olanları götürür və bir ağac əmələ götirmək üçün bunları istifadə etməyi dərk edir? Əmələ gətirdiyi ağacın hansı şəklə və quruluşa malik olmasının lazım gəldiyini necə ehtimal edə bilir? Bu sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxmır. Toxum içində damarlar olan, torpaqdakı maddələri sormaq üçün gərəkli köklərə malik və yerin üstündəki qismi də şaxələrə ayrılmış, son dərəcə yaxşı planlanmış bir canlı maddə istehsal edir. İnsan yaxşı bir ağac rəsmi çəkmək lazım gələndə belə çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı incəlikləri çəkmək çətindir. Lakin toxum son dərəcə kompleks bir cism olan ağacı torpaqdakı materialları istifadə edərək sıfırdan əmələ gətirir.

Bu vəziyyətdə toxumun son dərəcə ağıllı, hətta bizdən də ağıllı bir varlıq olduğu qənaətinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsiredici bir ağlın gizli olduğunu başa düşürük. Bəs bu ağıl və ağacın əmələ gəlməsi üçün lazımlı məlumat toxuma haradan, necə gəlmişdir? Necə olur ki, kiçik bir toxum bir kompüter diski kimi məlumatları toplaya bilir? Kompüter diskləri ağıl və bilik sahibi olan insanlar tərəfindən hazırlanıb, kompüterlərə yerləşdirilir. Toxum da belədir, Allah tərəfindən ağac əmələ gətirmək qabiliyyətinə malik şəkildə yaradılmış və proqramlaşdırılmışdır. Torpağa atılan hər toxum Allahın elmi ilə əhatə olunur, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir: ''Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın!'' (''Ənam'', 6/59).



Toxumu yaradan da, torpağa düşdüyü zaman onun içindən yeni bir bitkini çıxardan da Allahdır. Digər bir ayədə bu mövzu ilə əlaqədar belə deyilir: ''Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür üz döndərirsiniz?'' (''Ənam'', 6/95).

Orta məktəblərdə hər şagirdə göstərilən məşhur bir təcrübə vardır; uşaq bir boşqabın içinə pambıq doldurur, bu pambıqları isladır və arasına da noxud dənəsi atır. Bir neçə gün keçir və pambığın içindəki toxumların cücərdiyini görür. Bu, əslində son dərəcə təəccübləndirici bir şeydir və çox uşaq da bu hadisəni gördüyü zaman təəccüblənir. Çünki, pambığın içinə qoyulan noxudlar və ya lobyalar aylardır, ya da illərdir bir canlılıq əlaməti göstərməyən cismlərdir. Amma uzun bir zamandır gözləyən bu sərt cismləri sulu pambığın içinə qoyunca, birdən-birə canlanır, ortaya təzə, yam-yaşıl cücərtilər çıxır. Aydındır ki, bu toxumlar münasib şəraitə düşdükləri zaman cücərmələri üçün proqramlaşdırılmışlar və ilk fürsətdə bu vəzifəni yerinə yetirirlər. ''Dənəni və çəyirdəyi yaran şübhəsiz Allahdır'' deyildiyi ayə bu möcüzəvi hadisənin sirrini açıqlayır. Digər bir ayədə isə belə deyilir: ''Göydən su endirən Odur. Biz o su ilə hər bir bitkini yetişdirib, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxarxtdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır'' (''Ənam'', 6/99).

Ayədə bizə məhsul verdiyi zaman və yetişəndə Allahın torpaqdan çıxartdığı toxumların meyvələrinə baxmağımız əmr edilir. Həqiqətən də toxumun torpaqdan çıxması qədər meyvənin əmələ gəlməsi də möcüzəvi bir hadisədir.
(harun yahya Allah ağılla bilinir)