Torpaqdan ləzzətin çıxarılması



Əmələ gələcək ağacın şəkil və quruluşu haqqında məlumatları toxum içində saxladığını daha əvvəl demişdik. Bundan daha da maraqlı olan bilgi toxumun ağacı əmələ gətirəcəyi haqda məlumatlara malik olmasıdır. Meyvə isə özü-özlüyündə bir möcüzədir.

Meyvənin ən mühüm xüsusiyyəti insanın damağı və səhhətinə tamamilə uyğun olmasıdır. Hər meyvə özünə xas olan bir ləzzətə və iyə sahibdir. Bundan başqa, meyvələrin rəngləri də son dərəcə estetik və cəlbedicidir. Bununla bərabər, hər meyvə mükəmməl bir ötüklə örtülü olur: naringi, portağal, banan və s. son dərəcə gözəl və soyulması rahat olan qabıqlara sahibdirlər.

Lakin heç bir meyvə belə deyildir: məsələn, portağal son dərəcə acı ola bilərdi, ya da bildiyimiz gözəl dada sahib olardı, amma çox pis qoxusu olardı. Rəngi də palçıq rəngində ola bilərdi. Ancaq hər meyvə mümkün olan ən gözəl dada və ətirə sahibdir. İşin daha da maraqlısı onların malik olduqları bu dad və ətirləri torpaqdan əldə etdikləri maddələrlə əmələ gətirmələridir. Di gəl, torpağın qoxusu çox da yaxşı deyil, dadı isə pisdir. Ancaq ağac bu palçıq yığını içindən lazımlı olan maddələri mənimsəyərək onları kimyəvi proseslərdən keçirib, mükəmməl dad və qoxular əmələ gətirir.

Burada ikinci bir nöqtə də vardır; ağacın yaxşı qoxu və dad əmələ gətirdiyini söyləyirsiniz, amma əslində, hadisə daha da mürəkkəbdir. Çünki ''yaxşı qoxu'' və ya ''yaxşı dad'' kimi anlayışlar insana aid anlayışlardır və ağac özbaşına bir dad ya da qoxunun yaxşı, ya da pis olduğunu bilə bilməz. Bunu bilməsi üçün insandakı estetik anlayışlara sahib olması, insanın nədən ləzzət aldığını, hansı dadı bəyəndiyini, necə dil quruluşuna sahib olduğunu öyrənməsi lazım gəlir. Bunları öyrəndikdən sonra isə az əvvəl dediyimiz işi görəcək, yəni palçıqdan topladığı maddələrlə mükəmməl bir kimyəvi hadisə gerçəkləşdirəcək.

Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad, ya da rənglə məhdud deyildir. Bu taxta parçası bir də insan vücudunun hansı vitaminlərə ehtiyac duyduğunu bilir və onları əmələ gətirdiyi meyvənin içinə qoyur. Hətta bu vitamin qüvvətlənməsinin mövsümlərə görə tənzimləndiyini görürük: qış aylarında məhsul verən portağal, naringi kimi meyvələrdə yay meyvələrinə nisbətən daha çox S vitamini var. Məqsəd qışın soyuğuna qarşı insanın ehtiyac duyduğu S vitamini qıtlığını aradan qaldırmaqdır.

Gəlin indi bütün bunların üzərində düşünək. Bu sadalananlar necə və nə üçün olur? Necə olur ki, taxta parçası olan ağac yaxşı dad və qoxu əmələ gətirir? Necə olur ki, insanın zövqünü, estetik təsəvvürünü, vitamin ehtiyaclarını bilir və buna görə bir məhsul ortaya qoyur?

Ağacın elədiklərini süni şəkildə əldə etməyə çalışsaq, olduqca uzun bir cəhd gstərməyimiz lazımdır. Ağacın əmələ gətirdiyi dadı ''istehsal etmək'' mümkün deyildir, dünyada torpaqdan meyvə çıxaran bir dəzgah hələ icad edilməmişdir. Əldə edə biləcəyimiz tək şey qoxudur. Müasir laboratoriyada uzun proseslər nəticəsində bir meyvənin qoxusunu əldə edə bilərik, necə ki, ətirlər bu şəkildə əldə edilir. Ancaq ətirlər də əslində tamamilə süni deyildirlər, bütün ətirlər müxtəlif gözəl qoxulu bitkilərdən istifadə edilməklə hazırlanır. Qısacası, insan əlindəki bütün ağıl və texnologiyaya baxmayaraq, bitkilərin, ya da ağacların sahib olduqları gözəl qoxuları əmələ gətirmək qabiliyyətinə malik deyildir.



Başqa sözlə, meyvə ağacında, ya da hər hansı bir bitkidə insanın əldə edə biləcəyi qədər yüksək ağıl, bilik və texnologiya vardır. Bu təəccüblü vəziyyətin isə tək bir izahı var: ağac mükəmməl və üstün ağıl, sonsuz bilik və qabiliyyətə sahib bir Yaradıcı tərəfindən xüsusi olaraq planlaşdırılmışdır. Məqsədi insanlara meyvə verməkdir və bu çətin işi ta qədimlərdən bu yana böyük uğurla yerinə yetirir. Pis dadı olan qəhvə rəngli torpağın içindən dünyanın ən ləzzətli və gözəl qoxulu qidalarını çıxarır. Çünki Allah onu bu iş üçün yaratmışdır. Quranda bu barədə belə deyilir: ''Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükr etməzlər?''. (''Yasin'', 36/33-35).

Başqa bir ayədə isə belə deyilir: ''Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş hündür xurma ağacları bitirdik. Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkəti cana gətirdik. Dirilib-çıxmaq da belədir!'' (''Qaf'', 50/9-11).

Bilindiyi kimi, inkarçılar təbiətdəki bütün canlıların malik olduqları xassələri təkamül nəzəriyyəsi ilə açıqlamağa çağırırlar. Bir təkamül nəzəriyyəsi tərəfdarından soruşsanız ki, ''necə olur, ağaclar belə ağla və qabiliyyətə sahib olurlar, nəyə görə insan üçün qida əmələ gətirirlər'', sizə yalnız ''təsadüfən belə olmuşdur'' cavabını verəcək. Lakin təsadüf cəfəngiyyatdan başqa bir şey deyildir. Heç bir təsadüf insanın ləzzət anlayışını bilməz, heç bir təsadüf insanın xoşuna gələn qoxuları əmələ gətirməz. Heç bir təsadüf insanın vücuduna mövsümlərə uyğun vitamin verməyi tənzimləyə bilməz.

Təsadüflər hər zaman xəta və çətinlik doğurur. Bunu bir nümunə ilə açıqlaya bilərik: təsadüfən gözəl qoxu əldə etmək üçün bir təcrübə apardığımızı düşünək. Torpağa təbiətdəki müxtəlif ''material''lardan əlavə edək -peyin, bitki qırıntıları və s. Bunun üzərinə də müxtəlif kimyəvi qarışıqlar tökək. Qabı bağlayıb gözləyək. Bir neçə gün sonra qabı açdığımız zaman həyatımızda hiss etdiyimiz ən pis qoxulardan biri ilə qarşılaşacağıq. Bu təcrübənin nə qədər fərqli versiyalarını yoxlayırsınız, yoxlayın, həmişə bir-birindən pis qoxular əldə edəcəksiniz.

Gözəllik, estetika və təmizlik öz-özünə əmələ gəlmir. Ancaq bir ağıl sayəsində əmələ gəlirlər və xüsusi olaraq da yaradılmış olduqları labüddür.

Məsələnin bu yönünü də düşünə bilərik: əgər bütün qidalar bizim tam istədiyimiz kimi olsa, ancaq həzm sistemimiz ''təsadüfən'' əmələ gəlmiş olsaydı, yenə böyük bir sıxıntı içində yaşayacaqdıq. ''Təsadüfən'' əmələ gələn bir dilin dadbilmə xüsusiyyəti olmayacaqdı və biz ən ləzzətli qidanı yeməklə taxta gəmirmək arasında heç bir fərq hiss etməyəcəkdik.

Bütün yediklərimiz və onlardan ləzzət almağımızı təmin edən bədənimiz Allah tərəfindən xüsusi bir yaradılışla yaradılmışdır. Allahın adlarından biri ''Rəqqas'', yəni ruzi verəndir və hamısı xüsusi bir mükəmməlliklə yaradılmış bütün ruziləri bizə verən də Odur. Bunun əvəzində insanın nə etməsi lazım gəldiyi Quranda belə bildirilir: ''...Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin..''. (''Səba'', 34/15).
(harun yahya Allah ağılla bilinir)