Külək təsadüfən bir təyyarə meydana gətirə bilərmi?

Tanınmış fizik Fred Hoylun həyatın başlanğıcı ilə əlaqədar çox maraqlı bir bənzətməsi var. Hoyl ''Ağıllı kainat'' (The Intellegeht Universe) adlı kitabında canlılığın təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi haqqında belə bir şərh verir: ''Həyatın başlanğıc ssenarisini belə düşünə bilərik: təsəvvür edin ki, bir qasırğa ''Boinq'' təyyarə zavodunun ehtiyyat hissələr saxlanılan ambarındakı materialları dağıdaraq ''Boinq-747'' təyyarəsi əmələ gətirir''[26].

Hoylun bu bənzətməsi şübhəsiz, son dərəcə düzgündür. Bu ana qədər göstərdiyimiz nümunələrdən də başa düşüldüyü kimi, istər həyatın var olması, istər onun içində saxlanıldığı sistemlərin qüsursuzluğu bütün bunları meydana gətirən böyük bir qüvvəni axtarmağımıza səbəb olacaqdır. Çünki necə ki, bir qasırğa təsadüflər nəticəsində təyyarə yarada bilmir, kainatın plansız hadisələr nəticəsində meydana gəlməsi və üstəlik son dərəcə mürəkkəb quruluşları içində saxlaması da mümkün olmaz.

Bundan başqa, kainatı bir təyyarə ilə müqayisə etmək özü belə kainatın mürəkkəbliyi baxımından düzgün deyil.

Bu qismdə bəhs edilən bütün məlumatlar da qarşımıza istər yaxın ətrafımızdakı, istərsə kosmosun dərinliklərindəki qüsursuz planlamanın dəlillərini çıxartmışdır. Əsla rədd edil*məyəcək qədər aydın olan bu dəlillərdən sonra ağlı və vicdanı ilə dəyərləndirilən bir insanın gələcəyi tək nəticə budur: kainatda təsadüfə yer yoxdur, bütün kainat içindəki incəliklərlə birlikdə YARADILMIŞDIR. Bu qüsursuz quruluşu yaradan ALLAH sonsuz qüdrət, elm sahibidir.
(harun yahya Allah ağılla bilinir)

26. Nature Dergisi, 12 Kas?m 1981.